Eltac Əlişah oğlu Xəlilov 1996-cı
il dekabrın 11-də Dəvəçi rayonunda dünyaya göz açıb.
Körpəlikdə mehribanlığı, şirinliyi
və istiqanlılığı ilə özünü yaxınlarına sevdirə bilən Eltac şəkil çəkməyə böyük
maraq göstərirdi. Kiçik yaşlarından yazdığı şeirləri ilə valideynlərini təəccübləndirir,
şeirlərin sonunda “Eltac şair” imzasını qoyurdu. Bu isə onun gələcəkdə gözəl və
mənalı şeirlər yazacağını göstərirdi.
Eltac 2003-cü il sentyabrın 1-də Dəvəçi
şəhər T. Abbasov adına 1 saylı orta məktəbin I sinfinə gedib. Müəllimlər onun
istedadını görərək digər fərqlənən şagirdlər kimi riyaziyyat təmayüllü sinifdə
oxumasını məsləhət görmüşlər. Eltacın sevimli fənləri riyaziyyat, tarix, ingilis
dili və ədəbiyyatdır. O, məktəbdə keçirilən bütün tədbirlərdə gözəl, intonasiyalı
şeir söyləməsi ilə fərqlənir. Məktəbə qədəm qoyduğu gündən Eltac şeirə, poeziyaya
dərindən bağlanıb. Buna səbəb Abdulla Şaiqin şeirləridir. Eltac ilk şeirini I
sinifdə, 2004-cü il fevralın 12-də qələmə alıb.
“Tumurcuq” qəzetinin bir çox
saylarında Eltacın şeirləri işıq üzü görüb.
Asudə vaxtlarında incəsənətin rəssamlıq
və musiqi sahəsi ilə məşğul olur.
Eltacın həyatında maraqlı və
yaddaqalan günlər çoxdur. Bunlardan ən əsası dayısı Çingiz bəylə
tarixi-memarlıq abidəsi olan Çıraq qalaya getdiyi gündür.
Eltac 2007-ci ildə 20 Yanvar faciəsinə
həsr olunmuş sərgidə iştirakına görə, fəxri fərmanla təltif edilib.
İngilis dili müəllimi Almaz
Ağasiyeva, tarix müəllimi Gülnarə Ağayeva, musiqi müəllimi Qərib Bayramov, Azərbaycan
dili və ədəbiyyat müəllimi Nəsibə Hüseynova Eltacın gələcəkdə incəsənət sahəsində
böyük uğurlar və nailiyyətlər qazanacağına inanırlar.
Təhsildəki uğurlarına görə anasına,
müəllimlərinə və dayısına hər zaman minnətdar olan Eltacın bu sahəni seçməyinə
bütövlükdə ailəsindəki mühitin təsiri böyük olub. Gələcəkdə seçəcəyi sahə üzrə
tanınmış sənətkarlarla bir sırada olmaq istəyən Eltac şair kimi tarixin səhifələrində
yaşamaq niyyətindədir.
Vətənim
Azərbaycan, Azərbaycan!
Elim-obam, vətənim sənsən.
Təmiz havalı, yaşıl meşəli,
Buz bulaqların, uca
dağların,
Gözəl vətənim mənim.
Azərbaycanım mənim.
Şəhidlər xiyabanında
Şəhidlər xiyabanındayam,
Hər şəhid məzarı
Önündən keçəndə mən
Gözüm yaşla dolur,
Ağlayıram için-için,
O günahsız şəhidlərə
Baxıb öz-özümə deyirəm:
Kaş tez böyüyüb mən
Sizin qanınızı alaydım
düşməndən.
Çiçək
Yaz gəldi,
Çiçək açdı.
Mən də çiçəyi dərdim,
Apardım evə
Su töküb güldana
Çiçəyi qoydum ona.
Yaz gəlir
Yaz gəlir dağlara, dərələrə,
düzlərə,
Dəyişir donunu meşə, dağ,
dərə.
Bağlarda yaşıllaşır
ağaclar,
Tikirlər yuvalarını
qaranquşlar.
İsti ölkələrdən uçub gələn
quşların
Bəzəyir nəğmələri meşələrimizi.
Ərir dağın, çölün qarı,
Tökülür çaylara sarı.
Qış arxada qaldı, yenə
yaz gəlir,
Elimizə-obamıza xoş avaz
gəlir.
Oxuyur bağlarda
qaranquş, bülbül,
Açır novruzgülü, bənövşə,
nərgiz.
Комментариев нет:
Отправить комментарий