Elvin adı əslində
alman adıdır. Mənası iradəli, cəsarətli, dostluqda sədaqətli deməkdir. Elvin
körpəlikdə çox cəld, sağlam uşaq olub. Şəkilli, rəngli kitablara baxmağı,
nağıllara qulaq asmağı, həddindən artıq sual verməyi xoşlayırdı. Məktəbə gedənə
qədər Elvin demək olar ki, “Əilfba”nı əla bilirdi. Ona şəkilli hərflər kitabı
almışdılar. Şəkillərə baxıb hansı hərf olduğunu deyirdi. Elvin 2003-cü ildə
Nizami rayonu 113 saylı uşaq bağçasına getmişdir. Bağçanın müdiri Flora xanım
onu öz sualları ilə imtahana çəkdi. Sonra dedi : “Bu uşağın gələcəyi parlaqdır”.
Elvin
uşaqlıqdan “Cırtdan”, “Bala dili”, “Tumurcuq”, “Elli”, “Ümid” və “Sevimli” jurnallarının
oxucusu olub.
Uşaqlıq illərindən
yaddaqalan, maraqlı bir hadisəni qeyd etmək yerinə düşərdi. Əmisi Qarabağ
müharibəsinin veteranı, ikinci dərəcəli əlildir. Ona müharibə ilə bağlı çoxlu
suallar verməyi xoşlayırdı. 2000-ci ildə şəhərə gəzintiyə çıxmışdılar. Gəzinti
zamanı oyuncaq satılan dükanı görən kimi anasının əlindən buraxıb dükana qaçdı
və satılan oyuncaqlar arasından silahı götürdü. Satıcı əlindən silahı almaq istəyəndə
ağlayaraq qışqırdı: “Mən erməniləri öldürəcəm”. Bu zaman dükanda olan insanlar
təəccüblə uşağa baxıb gülürdülər. Vəziyyəti belə görən satıcının “bu silahı sənə
bağışlayıram” deməsi uşağın sevincinə səbəb oldu. O vaxtdan bu uşağın vətənə,
torpağına bağlılığı hiss olunurdu. O, hər bir şeyi öyrənməyə can atırdı. Ona
görə də artıq III sinifdə oxuyanda bilgisayarda rəsm çəkməyi, yazmağı bacarırdı.
Elvin Əhmədov
1997-ci il noyabrın 28-də Xaçmaz rayonunun Tel kəndində anadan olmuşdur. 2004-cü
ildə Bakı şəhər Nərimanov rayonundakı Bağça-məktəb-lisey kompleksinə Rəmziyyə
Babayevanın eksperimental sinfinə qəbul olunur. İbtidai sinfi əla qiymətlərlə
bitirir. V sinifdən isə Nizami rayonundakı “Zəngi” liseyində təhsil alır. Dərs əlaçısıdır,
sinif nümayəndəsidir. Dərsdən əlavə krossvordlar hazırlayır, əlavə kitablar
oxuyur, şəkillər çəkir. Riyazi təfəkkürlü güclüdür, dünyagörüşlüdür. İdmanın
karate növünü çox sevir, hərəkətlərini öyrənir.
O, bütün fənləri
çox sevir. Lakin riyaziyyat, ingilis dili fənnlərini öyrənməyə daha çox vaxt
ayırır. I sinifdə oxuyarkən açıq dərslərdə dəstə rəhbəri olub, “Əlifba bayramı”nda
riyaziyyat rolunda rəqəmlərə aid şeirlər söyləyib, səhnəcikdə içtirak edib. 2005-ci
ilin mayın 27-də onu “İctimai” radioda canlı yayımlanan “Çox bilmişlər” uşaq
verilişinə dəvət etmişdilər. Aparıcı Sevinc xanım ona çoxlu sualar verirdi. O
burada I yeri tutdu, fəxri fərmana layiq görüldü. Onun uğurları hələ irəlidədir.
Bunun üçün yaxşı oxumalı, daha çox çalışmalıdır. Elvin gələcəkdə kəşfiyyatçı
olmaq istəyir. Asudə vaxtlarında kitab oxuyur, bilgisayarda intellektual oyunlar
oynayır. İctimai radioda çıxış etmiş, “Ümid” mənəvi-əxlaqi uşaq jurnalında
qalib kimi şəkli çıxmışdır. Orada yazılan müsabiqələrdə içtirak edirdi. Suallara
cavab yazırdı. İlin yekunlarına görə istedadlı uşaqları “Ümüd” klubunun üzvü
seçmişdilər. Qalib olan uşaqları 20 may 2006-cı ildə Bakı Əyləncə Mərkəzinə
toplamışdılar. Orada onlara təntənəli şəkildə, hədiyyələr və klubun üzvlük vəsiqəsini
verdilər. 2008-ci ildə olimpiadada I yer tutub.
Məqsədi əla
oxumaq, prezident təqaüdünə layiq olmaqdır. 2010- 2011-ci illərdə VI-VII sinifdə oxuduğu
zaman “Zəngi” liseyinin “Kiçik Akademiya”nın
XIV və XV konfranslarında III dərəcəli diplomla təltif olunub. Elmi rəhbəri -
sinif rəhbəri, ingilis dili müəllimi Leyla Teymurova olmuşdur. “Kiçik
Akademiya”nın XV konfransında “Azərbaycan
tarixi” fənnindən I yerin diplomu ilə təltif olunmuşdur. Elmi rəhbəri Sona Qədimbəyli
Elvinin Səfəvilər dövlətinə böyük marağı olduğunu hiss etmişdir. Səfəvilər dövlətinin
xəritəsi daim Elvinin masasının üzərindədir. O, xəritəyə həmişə böyük qürur
hissi və maraqla baxır. Böyük və qüdrətli Azərbaycan dövləti haqqında çox
fikirləşir.
2012-ci
ildə VIII sinifdə oхuduğu zaman “Kiçik Akademiya”nın XVI konfransыnda coğrafiya fənnindən I dərəcəli diplomla təltif
olunmuşdur. Könül Novruzovanın elmi rəhbərliyilə “Azərbaycan qoruqları” məruzəsi
ilə çıxış etmişdir.
e-mail: cengaver@bk.ru
Комментариев нет:
Отправить комментарий