Qəhrəmanımız
Nazlı nənəsinin adını daşıyır. Nazlı körpəlikdə şən və aktiv uşaq olub. İnsanlarla ünsiyyətdə olmağı çox sevib. Puzzle yığmağı və həmçinin dama oynamağı xoşlayırdı. Məktəbə qədərki dövrünü A.A.H.M-nin öhdəliyində olan uşaq bağçasında
keçirdiyi üçün həm yaza, həm də oxuya bilirdi. Həmçinin orada rus dilini öyrənmişdi. Bacarıqlı
əllər dərnəyində öyrəndiklərini düzəltməyi sevirdi. Uşaq bağçasında keçirilən bütün tədbirlərdə iştirak edirdi. Bağçada hər fəsil üzrə
bayram tədbirləri keçirlirdi. Şeirləri daha yaxşı öyrəndiyi və bildiklərini tamaşaçılara daha səlist çatdırdığı üçün
bayramlarda aparıcı rolunda iştirak edirdi. Nazlı, bağçada tərbiyə alan uşaqlara qayğı göstərən və onları öz övladları kimi sevən müdirə Sevdagül
xanıma minnətdarlığını bildirdi.
Nazlı
uşaqlıqdan mütaliə ilə məşğul olurdu. O, nağıl kitabları oxumağı çox
sevirdi. İndi də Şah İsmayıl Xətai adına kitabxananın üzvüdür. Riyaziyyat fənni üzrə məktəblərarası olimpiadalara
qatılıb və məktəb birincisi seçilib. Onda bu marağın yaranmasının səbəbkarları
ibtidai sinif müəllimi Balabəyim xanım və indiki sinif rəhbəri Firuzə xanım, həmçinin fənn müəllimləridir.
Nazlı Səbuhi qızı
Yolçiyeva 1995-ci il noyabrın 24-də Bakı şəhərində anadan olub. İlk təhsilinə
221 saylı orta məktəbdə başlayıb və VI sinifdən təhsilini 25 saylı orta məktəbdə
davam etdirir.
Təhsildən əlavə
üzgüçülük və həndbolla məşğul olmağı sevir. Dərslərini yaxşı oxuyur və bütün fənləri
çox sevir. Hər il keçirilən sınaqlara qatılır. Sınaq və olimpiadalarda uğur əldə
etdiyi, IX sinifdə keçirilən imtahanlarda yaxşı nəticə göstərdiyi günlər onun həyatındakı
ən uğurlu günlərdir.
Gələcəkdə
pediatr olmaq istəyir, çünki uşaqları çox sevir. Asudə vaxtlarında mütaliə ilə
məşğul olmağı sevir. Ən çox şeirləri, romantik və fantastik əsərlər oxumağı
xoşlayır. Bununla yanaşı asudə vaxtlarında şeir yazır. İlk dəfə V sinifdə içindəkiləri,
düşüncələrini insanlara şeirlə çatdırmağa cəhd edib. 221 saylı məktəbdə hər ay
uşaqların əl işləri və rəsm əsərlərilə bağlı “Tumurcuq” qəzetində məlumat verilirdi.
Və həmin qəzetdə Nazlının da rəsmi çap olunub.
Nazlı: “ - Xoşbəxtliyi
bilikdə, savadda görürəm. İnsanın biliyi artdıqca onun dünyagörüşü də dəyişir. Özümə
yetən qədər bilik toplasam xoşbəxt olaram. Əsas odur ki, bildiklərimi dərindən
mənimsəyim, sənətimi sevim və sənətimin hər xırdalığını dərk edim. Valideynlərim mənə həkimlik sənətini sevdiriblər. Məktəbi bitirdikdən sonra ATU-nə daxil
olmaq istəyirəm. Oranı bitirdikdən sonra həkim-pediatr olmaq arzusundayam. Sənətimi
daha dərindən öyrəndikdən sonra uşaqların psixologiyası haqqında kitab yazmaq
istərdim”.
e-mail: nazli.yolciyeva@list.ru
Комментариев нет:
Отправить комментарий