elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

4 сентября 2012 г.

Gənc ifaçının uğurları (Ramil Şıxağa oğlu Xələfov)

Sənəti bilmək üçün onu yaxşı mənimsəmək lazımdır. Gələcəkdə əsl incəsənət adamı kimi özünü görmək istəyən istedadlı gənclərimizdən biri də Ramil Şıxağa oğlu Xələfovdur. O, bir çox tədbirlərin diplom və mükafatlarını qazanmışdır.
Ramil 1991-ci il yanvarın 23-də Bakı şəhərində anadan olub. Adını atası o zamanlar populyar olan Zeynəb Xanlarovanın “Ramilim” mahnısından götürüb. Ramil körpəlikdə sakit uşaq olub. O, musiqi dinləməkdən böyük zövq alardı. Anası Validə xanım söyləyir ki, Ramil qəmli musiqinin sədaları altında yuxuya gedərdi. O zamanlar televiziya kanalında yayımlanan mahnıları zümzümə etməyi xoşlayırdı. Atası musiqiçi olduğu üçün Ramil də məhz musiqi sahəsinə böyük önəm verirdi.
Məktəbə gedənə kimi yazıb-oxumağı anası Validə xanımdan öyrənmişdi. Ramil 190 saylı orta məktəbin və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin məzunudur. Təhsildən əlavə məşğuliyyəti futbol oynamaq və bilgisayarla məşğul olmaqdır.
Orta məktəbdə dərslərini əla qiymətlərlə oxuyan Ramilin sevimli fənləri Azərbaycan ladları, harmoniya, musiqi ədəbiyyatı idi.
Ramilin həyatında maraqlı və uğurlu günlər çoxdur. 2001-ci il oktyabrın 26-da Səbail rayon məktəblilərinin “İstedadlar sorağında” adlı bədii baxış müsabiqəsində mahnı janrında I yer tutduğuna görə diplom, 2001-ci il noyabrın 15-də “Milli Dirçəliş Günü”nə həsr olunmuş “Gənc istedadlar- yeni minilliyə” mövzusunda keçirilən Bakı şəhər məktəblilərinin musiqi festivalının və diploma, 2001-ci il dekabrın 15-də 190 saylı məktəbdə keçirilən musiqi olimpiadasında I yer tutduğuna görə diploma, 2003-cü il fevralın 23-də Bakı şəhər istedadlı uşaq və yeniyetmələrin “Dan ulduzu” müsiqi müsabiqəsində bəstəkar mahnıları (vokal) janrında qalib olduğuna görə diploma layiq görülüb. 2007-ci il dekabrın 12-də Bülbülün 100 illik yubileyinə həsr olunmuş festivalın laureatı adını qazanıb. 2008-ci ildə H. Əliyev adına Müasir Təhsil Kompleksində keçirilən konsertdə fəal iştirakına görə tərifnaməyə, mərhum prezident H. Əliyevin 85 illik yubileyinə həsr olunmuş I respublika müsabiqəsində I yerə layiq görülüb.
Qazandığı uğurlara görə ilk növbədə Allaha, sonra isə valideynərinə borclu olan Ramil müəllimi Şəfiqə Əliyevaya hər zaman minnətdar olacaq. Çünki musiqi sahəsində böyük uğurlara addım atmağında məhz Şəfiqə xanımın əməyi olub.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru Nigar Cərulla qızı, sinif rəhbəri Gülnarə müəllimə, vokal müəllimi Vera Soboleva, Fəridə Bünyatova Ramilin gələcəkdə musiqi sahəsində yüksək zirvələr əldə edəcəyinə ümid bəsləyirlər.
Gələcəkdə öz sənəti üzrə məşhur piano ifaçısı olmaq istəyən Rəşad vokalist olduğu üçün hər bir ifa etdiyi mahnını özü pianoda müşayət etmək istəyir.
İstedadı ilə bağlı “Respublika” qəzetinin 13 noyabr sayında, 2008-ci il sentyabrın 1-də onun haqqında “Vedibasar” qəzetində Lider kanalında yayımlanan “Xeyli xəbər” verilişində məlumat verilib.
Tarixin yaddaşında dünya şöhrətli vokal ifaçısı kimi qalmağı düşünən Rəşad vokalın vətəni İtaliyada vokal dərsləri alıb peşəkar səviyyəyə çatmaq niyyətindədir. 

3 сентября 2012 г.

Ağa həqiqətən ağadır (Ağa Həbib oğlu Mürsəlov)

Ağa Həbib oğlu Mürsəlov 1987-ci il dekabrın 7-də Latviya Respublikasının paytaxtı Riqa şəhərində dünyaya göz açıb. Adını babasının adına istinadən veriblər.
Ağa körpəlikdə çox çevik və cəld uşaq olub. Xoşladığı məşğuliyyət rəngli kitablara baxmaq idi.
Ağa 4 yaşında ikən artıq bütün hərfləri və uşaqlar üçün kitabları oxumağı bilirdi.
1994-cü ildə Bakı şəhəri Yasamal rayon 286 saylı orta məktəbdə ibtidai təhsilə başlayan Ağanın sevimli fənləri tarix və coğrafiya olub. Məktəbdə keçirilən bir çox fənn olimpiadalarında iştirak edib. VII, VIII, IX, X siniflərdə ingilis dili, riyaziyyat, tarix və coğrafiya fənləri üzrə məktəb birincisi olub. 2005-ci ildə Azərbaycan tarixi fənni üzrə olimpiadanın əvvəlcə məktəb üzrə, sonra isə rayon turunun qalibi olub və Yasamal Rayon Təhsil Şöbəsi tərəfindən diplomla, məktəb direktoru tərəfindən fəxri fərmanla təltif edilib.
Orta məktəbi müvəffəqiyyətlə bitirən Ağa 2005-ci ildə 576 balla Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər ixtisasına daxil olub. Ali məktəbdə də Ağanın sevimli fənləri çoxdur. Geopolitika, milli təhlükəsizlik, beynəlxalq təşkilatlar və Azərbaycanın xarici siyasəti onun sevimli fənləri sırasındadır.
Ağa həyatının hər bir gününü maraqlı və uğurlu hesab edir. Lakin ali məktəbə qəbul olduğu gün onun üçün xüsusi əhəmiyyət kəsb edir.
Asudə vaxtlarını maraqlı və səmərəli keçirməyi xoşlayan Ağa əsasən təhsillə - ingilis, rus və ispan dillərini öyrənməklə məşğul olur. İdmanın üzgüçülük və kinq-boksinq növü ilə məşğul olmağı da xoşlayır. Təbiətin qoynunda dincəlməkdən böyük zövq alır.
Hər kəs kimi Ağa da tarixin yaddaşında bir şəxsiyyət - ən əsas Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin və respublikamızın ərazi bütövlüyünün bərpa olunmasında əlindən gələni əsirgəməyən bir şəxs kimi qalmağı düşünür. Ruzvelt, Franklin, Delano kimi güclü siyasətçi olmaq Ağanın ən ümdə istəkləri sırasındadır. 

Qarşısına böyük məqsədlər qoyub (Mehman Ələddin oğlu Paşazadə)

Мещман Ələddin oğlu Пашазадə 1989-ъу ил деkабрын 29-да Баkы шəщəриндə дцнйайа эюз ачыб. Адыны бабасы Мəммəдəли kişi “Ганун наминəфилминдəkи проkурор Мещман образы хошуна эəлдийи цчцн гойуб.
Мещман kюрпəлиkдə мəсулиййəтли olmağı, гейри-ади ъиддилийи илə йашыдларындан фəрглəнирди. Идмана бюйцk мараьы вар иди. Футбол ойнамаьы хошлайырды. Бцтцн футболчуларын шəkиллəрини албома топламышды.
Мəkтəбə эедəнə kими чохлу шеирлəр, наьыллар билирди вə бунлары да бабасындан, валидейнлəриндəн юйрəнмишди.
Илk тəщсилинə 126 сайлы орта мəkтəбдə башлайан Мещман дəрслəрини йахшы охуйуб. Əсасəн ъоьрафийа вə əдəбиййат фəнлəринə мараг эюстəриб. VIII-IX синифлəрдə ъоьрафийа фəнниндəн дəфəлəрлə олимпиадаларда иштираk едиб, район биринъиси олуб.
2007-ci ildə Мещман орта мəkтəби мцвəффəгиййəтлə баша вурараг елə щəмин илдə 550 балла Азəрбайъан Дювлəт Университетинин мцщəндис iгтисадиййаты вə идарəетмə фалтəсинə дахил олуб. Aсудə вахтларында мцталиə етмəйи, идманла мəшьул оlмаьы, мусиги динлəмəйи хошлайыр.
Ихтисасыna olan мараг онда щəлə ЫХ синифдəн йаранмаьа башлайыб. Сечдийи ихтисаса йийəлəнмəkдə юзцнц мцəллимлəринə вə валидейнлəринə борълу билəн Мещман сечдийи ихтисас цзрə МИЪРОСОФТ ширkəтлəр групунун президенти Билл-Гейсə бəнзəмək истəйир вə ону эцълц мцтəхəссис щесаб едир.
Азəрбайъан дили вə əдəбиййат мцəллими Ламиййə Мащмудова Мещманы диэəр шаэирдлəрдəн интизамы, тəрбийəлi, цнсиййəтъил вə нəзаkəтли олмасы илə фəрглəндирир вə ону эəлəъəkдə йцkсək kцрсцлəрдə эюрмək истəйир.
Ъоьрафийа мцəллими Сона Ширинова шаэирди Мещманла фəхр етдийини, ону эəлəъəkдə танынмыш вə пешəkар шəхсиййəт kими эюрмək истəдийини deyir.
Хошбəхтлийи она йахын олан вə севдийи инсанларын йанында олмаüында эюрəн Мещман эəлəъəkдə йцkсək зирвəлəр фəтщ етмək ниййəтиндəдир.
Али мəkтəби битирдиkдəн сонра щəр щансы бир нцфузлу ширkəтдə юз ихтисасы цзрə ишлəмək истəйир.
Шəхсиййəт kими тарихин йаддашында йашамаг цчцн гаршысына бюйцk мəгсəдлəр гойуб уьурлу аддымларла ирəлилəмək истəйир.

Sevimli Afaq (Afaq Mahmud qızı Aslanova)

Sevimli Afaq

Afaq Mahmud qızı Aslanova 1989-cu il iyulun 26-da Qazax (Ağstafa) rayonunda dünyaya göz açıb. Atasının nənəsi ədəbiyyata böyük maraq göstərən Tamara müəllim N. Gəncəvinin əsərlərini çox sevərdi. Bu səbəbdən o, Nizaminin həyat yoldaşı Afaqın adını məhz nəticəsinə qoydu. Bu da bütün ailə üzvləri tərəfindən sevinclə qəbul edildi. Balaca Afaq böyüdükcə öz xanımyanalığı və nizam-intizamı ilə adını doğruldurdu.
Ailədə hamının sevimlisi olan Afaq yalnız Tamara nənənin layla sədaları altında yuxuya gedirdi.
Yazıb-oxumağı da məhz Tamara xanımdan öyrənən Afaq 1996-cı ildə Dağkəsəmən kənd 2 saylı orta məktəbin I sinfinə qədəm qoyub. O, yaşıdlarından çox fərqlənirdi. Müəllimlərinin söylədiyinə görə onlar Afaqda nə isə axtarırdılar. Hələ tədrisin ilk günü gözəlliyi, mehribanlığı, incəliyi ilə sinif otağına daxil olan müəllimi heyran etmişdi. İngilis dili müəllimi Flora xanımı gördüyü gündən Afaq gələcəkdə ingilis dili müəllimi olmaq qərarını verdi. Bununla bərabər orta məktəbdə keçirilən dərslərin hamısını eyni səviyyədə oxuyur və mənimsəməyə çalışırdı.
2003-cü ildə rayon üzrə bilik olimpiadasında ingilis dili fənni üzrə I dərəcəli, 2004-cü ildə coğrafiya fənni üzrə keçirilən olimpiadada II dərəcəli, rayon və rayonlararası keçirilən şeir müsabiqəsində I və II dərəcəli diplomla təltif olunub. Bununla yanaşı, ictimai həyatda fəal şagird olduğu üçün UNİCEF-də Ağstafa rayonunun uşaqlarını təmsil etmək üçün nümayəndə seçilən Afaq 2007-ci ildə orta məktəbi uğurla başa vuraraq, elə həmin ildə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinə daxil olub.
Afaq ali məktəbdə də bacardığı qədər öz ənənəsinə sadiq qalıb, bütün dərsləri eyni səviyyədə oxuyub, maksimum səviyyədə bilik almağa çalışır. Magistraturanı bitirdikdən sonra respublikamızın ali məktəblərindən birində ingilis dili fənnini tədris etmək istəyir.
Xoşbəxtliyi valideynlərinə və xalqına layiqli övlad olmaqda görən Afaq gələcəkdə valideynlərinin və onun üçün zəhmət çəkən sevimli müəllimlərinin ümidini doğrultmaq istəyir.
İngilis dili müəllimi Flora Əmirova Afaqın səsinin İngiltərədən, Amerikadan, dünyanın ən mötəbər kürsülərindən gələcəyinə və onun Azərbaycanın fəxri olacağına inanır.

Tarix fənni üzrə hazırlıq müəllimi Pərvanə xanım Afaqın gələcəyinin günəş kimi parlaq olacağını deyir və ona gələcək həyat yollarında nailiyyətlər diləyir. 

Hər zaman fərqlənən Nicat (Nicat İlqar oğlu Məhərrəmov)

Hər zaman fərqlənən Nicat

Elə insanlar var ki, ilk baxışdan onların digərlərindən fərləndiyini düşünürük. Bir müddət sonra görürük ki, onlar heç də fərqli deyillər. Bəziləri də var ki, əvvəlcə çox sadə görünsələr də, sonralar onların həqiqi mənada digərlərindən fərqləndiyini müşahidə edirik. Nicat da belələrindəndir.
Amma o, çox təvazökardır. Atalar gözəl deyib: “Ağac bar verdikcə, başını aşağı əyər”. Nicat da biliyi artdıqca bar verən ağac kimi təvazökarlığını artırırdı.
Nicat İlqar oğlu Məhərrəmov 1989-cu il mayın 27-də Bakı şəhərində dünyaya gəlib. Adını babası, “El ağsaqqalları” kitabında adı çəkilən Bahadur Əliqulu oğlu Məmmədov qoyub.
Körpəlikdə sakit təbiətli uşaq olan Nicat liderlik qabiliyyətinə malik idi. Məktəbə gedənə kimi yazıb-oxumağa cəhd göstərməyən Nicata nənəsi Simuzər xanım müntəzəm olaraq şeirlər əzbərlədərdi.
O, 1995-ci il sentyabrın 1-də Gəncə şəhəri M. Müşfiq adına 14 saylı orta məktəbin I sinfinə qədəm qoyub. Bir müddət həmin məktəbdə təhsil aldıqdan sonra X sinifdən E. Bayramov adına Topalhəsənli kənd orta məktəbində təhsilini davam etdirib. Orta məktəbdə dərslərini əla qiymətlərlə oxuyan Nicatın sevimli fənni tarix, riyaziyyat, biologiya, ingilis dili olub. Anasının arzusu onu diplomat kimi görmək idi. Nicat müntəzəm olaraq məktəbdə keçirilən elmi yarışlarda və ictimai işlərdə iştirak edib. 1999-cu ildə C. Cabbarlının 100 illik yubileyində “Dilarə” əsərinin səhnələşdirilməsində iştirak edib. N. Gəncəvinin yubileyində “Kərpickəsən qoca” obrazını böyük məharətlə canlandırıb. Həmçinin məktəbdə keçirilən şeir söyləmək müsabiqəsində III yer tutaraq fəxri fərman qazanıb.
2007-ci ildə orta təhsilin başa vuran Nicat yüksək balla Sumqayıt Dövlət Universitetinin tarix ixtisasına daxil olub. Ali məktəbdə dərslərini əla və yaxşı qiymətlərlə oxuyur o, universitetdə keçirilən “Kim? Harada? Necə?” intellektual yarışında kapitan olaraq III yer qazanıb.
Asudə vaxtlarında idmanla və gitara alətində ifa etməklə məşğul olan Nicat musiqi məktəbini bitirərək diplom alıb. 2008-ci ildə Sumqayıt şəhərində keçirilən VI bağlı çempionatda karate üzrə II yeri tutub və gümüş medalla təltif edilib. Karatedən başqa ağırlıqqaldırma ilə də məşğul olur.
Tarix fənninə həvəsi onda anası yaradıb. Nicat bu sənətə yiyələnməkdə ilk növbədə valideynlərinə borcludur. Daha sonra onun üzərində böyük zəhməti olan müəllimlərinə minnətdardır.
Xoşbəxtliyi səmimi və mehriban insanlarla ünsiyyətdə olmaqda görür. İxtisası ilə bağlı hər hansısa bir zirvəyə çatmağı ən böyük xoşbəxtlik hesab edən Nicat hər zaman ona dayaq, dəstək olan, güvənən insanların əhatəsində özünü xoşbəxt hiss edir.
Ali məktəbi bitirdikdən sonra Qarabağ tarixi üzrə güclü mütəxəssis və ya siyasətçi kimi çalışmağı arzulayır. İxtisasından asılı olmayaraq sənətinin güclü mütəxəssisi olacağına inanan Nicat Qarabağın tarixi, ermənilərin səhv ideyaları haqqında araşdırma aparıb tarixdə iz qoymaq istəyir. Bir şəxsiyyət kimi tarixin yaddaşında tarixçi kimi qalmaq niyyətindədir.
Nicat, qoy zəhmətsevərliyin, əqidən, inamın, gələcək arzularının yerinə yetməsi uğrunda çəkdiyin zəhmətin hədər getməsin. Uğurlar sənə!

Şərəfli ömür sürür (Elvin Xanlar oğlu Əliyev)


Şərəfli ömür sürür

Elvin Xanlar oğlu Əliyev 1986-cı il oktyabrın 9-da Sumqayıt şəhərində anadan olub. Adını atası bu adı çox sevdiyi üçün qoyub.
Elvin körpəlikdə sakit, öz xəyalları ilə yaşayan uşaq olub. Rəsm çəkməyə və heykəltaraşlıqla məşğul olmağa böyük maraq göstərib. Çəkdiyi rəsmlər əsasən vətənpərvərlik mövzusunda idi.
Elvin məktəbə gedənə qədər yazıb-oxumağı böyük bacısı və qardaşından öyrənmişdi. 1993-cü ildə ibtidai təhsilə qədəm qoyan Elvin dərslərini əla qiymətlərlə oxuyub, tərifnamə və fəxri fərmanlarla təltif edilib. Ən sevimli fənləri ingilis dili, coğrafiya, riyaziyyat və ədəbiyyat olub.
Elvin 2004-cü ildə təhsil aldığı N. Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyini bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. Ali məktəbdə də dərslərinə məsuliyyətlə və böyük həvəslə yanaşan Elvinin sevimli fənləri informatika və menecment fənləri olub.
Elvin dərsdən əlavə bilgisayarda işləməyi xoşlayır. 2008-ci ildə ADİU-nin informasiya və idarəetmə fakültəsini müvəffəqiyyətlə bitirərək magistr pilləsinə qədəm qoyub. Sevdiyi ixtissasa yiyələnməkdə və qəbul imtahanlarında göstərdiyi uğurlu nəticələrə görə özünü müəllimlərinə və eyni zamanda valideynlərinə borclu sayır.
Azərbaycan dili və ədəbiyyat müəllimi Yeganə Haqverdiyeva Elvini digər şagirdlərdən həm fiziki cəhətdən boylu-buxunlu, sağlam görkəmi ilə, həm də təmkinli və səbrli olması ilə fərqləndirir.
Səidə Bayramova şagirdi Elvinə öz növbəsində gözəl gələcək, iqtisadçı kimi səsinin, sorağının bütün dünyada eşidilməsini arzu edir.
Xoşbəxtliyi arzularına çatmaqda və yüksək karyera əldə etməkdə görən Elvin magistr təhsili aldığı üçün özünü xoşbəxt sayır və gələcəkdə qazanacağı uğurları ilə yaxınlarını sevindirəcəyinə əmindir.
Asudə vaxtlarında bilgisayarla və idmanla məşğul olan Elvin tarixin yaddaşında tanınmış iqtisadçı və xalqına şərəflə xidmət edən iş adamı kimi qalmaq niyyətindədir. Ona gələcək həyat yollarında uğurlar və müvəffəqiyyətlər diləyirik. 

Arzu edirəm ki… (Aysel Rizvan qızı Məmmədova)

Aysel Rizvan qızı Məmmədova 1992-ci il yanvarın 20-də Şəmkir rayonunun Seyfəli kəndində dünyaya göz açıb. Anası Məleykə xanım söyləyir ki, Aysel körpəlikdə sakit, ətrafdakı hər bir hadisə ilə maraqlanan uşaq olub. Hələ kiçik yaşlarından yazıb-oxumağa böyük maraq göstərib. 5 yaşında həm latın, həm də kiril qrafikası ilə yazıb-oxumağı bacarırdı.
O, F. Ələkbərov adına Xanallar kənd orta məktəbinin məzunudur. Orta məktəbdə sinif nümayəndəsi kimi məsuluyyətli vəzifəni icra edib. Məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirakı ilə seçilirdi. Əsasən təbiət fənlərinə maraq göstərən Aysel biologiya fənni üzrə olimpiadada uğur qazanıb. Bütün fənlərə eyni dərəcədə maraq göstərir. Qazandığı uğurlara görə müəllimlərinə borclu olduğunu deyir.
Qazandığı uğurlarla bağlı 2008-ci ilin mart ayında dərc olunan “Elin səsi” qəzetində “Arzu edirəm” başlığı altında məqalə dərc edilib.
Aysel hesab edir ki, tədricən qəlbində yaşatdığı istəkləri həyata keçirə biləcək.
Asudə vaxtlarında o, idmanla məşğul olur, musiqi dinləyir.
Ayselin gələcəyə dair planları və məqsədləri çoxdur. Bu gün onun qarşısında çox vacib və mühüm məsələlər durur. Hesab edir ki, arzulara yetmək üçün əziyyət çəkmək lazımdır. Dahi Nizaminin “Qüvvət elmdədir başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” fikrini çox dəyərləndirir. Hesab edir ki, bilik, savad insanın məqsədlərinə çatmaqda vacib amillərdəndir.
Xanallar kənd orta orta məktəbinin direktoru Narxanım İsrafiova və məktəbin biologiya müəllimi Vilayət Aslanov Ayselin gələcəkdə seçəcəyi sahədə tanınmış mütəxəssis olacağına və hər zaman valideynlərinin və müəllimlrinin etimadını doğruldacağına inanırlar.
Tarixin yaddaşında xalqına xidmət edən şəxs kimi qalmaq istəyən Ayselə gələcək fəaliyyətində uğurlar və müvəffəqiyyətlər arzulayırıq.

İlin ən yaxşı tələbəsi (Elnarə Eldar qızı Əhmədova)


Elnarə Eldar qızı Əhmədova 1984-cü il iyulun 25-də Bakı şəhərində dünyaya göz açıb. Adını atası öz adına uyğun qoyub.
Elnarə körpəlikdə olduqca sakit, hərəkətlərində və davranışında nizam-intizamlı olan uşaq idi.
Yazıb-oxumaq həvəsi onda hələ kiçik yaşlarından yaranmışdı.
Elnarə 4-5 yaşında ikən dinlədiyi nağılların məzmununa uyğun şəkillər çəkərək yaxınlarını heyrətləndirərdi.
O, təhsilə 1991-ci ildə 213 saylı orta məktəbdə başlamışdır. 1997-ci ilin sentyabrından təhsilini 239 saylı orta məktəbin VIII sinfində davam etdirib. Orta məktəbdə bütün fənlərə maraq göstərən Elnarənin ən sevimli fənləri ingilis dili, riyaziyyat, Azərbaycan dili olub. Məktəbdə təşkil olunan bilik yarışlarının, müxtəlif fənn olimpiadalarının fəal iştirakçısı idi. 2 ilə yaxın müddətdə Şagird Gənclər Təşkilatının sədri vəzifəsini layiqincə icra edib. Bu təşkilatın üzvlərinin yardımı ilə məktəbdə keçirilən bir çox tədbirlərin təşkilində yaxından köməklik göstərib. İştirak etdiyi olimpiadalarda aşağıdakı nailiyyətləri əldə edib:
Azərbaycan dili və ədəbiyyatı fənni üzrə keçirilən bilik yarışında respublika olimpiadasının iştirakçısı fərmanına, “Azərbaycan dili milli mənəviyyatımız, milli mənliyimizdir” mövzusunda keçirilən inşa yazı müsabiqəsində I yerə, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə keçirilən olimpiadada Səbail rayonu üzrə I yerə layiq görülüb. Bakı şəhəri üzrə “20 Yanvar faciəsi şagirdlərin gözü ilə” mövzusunda keçirilən inşa yarışmasında I yer tutub.
Elnarə 2001-ci ildə orta məktəbi fərqlənmə attestatı ilə bitirərək elə həmin ildə Azərbaycan Dillər Universitetinin filologiya fakültəsinə (ingilis dili) daxil olub.
Ali məktəbdə təhsil aldığı müddətdə də dərslərini yaxşı oxuyub. Sevimli fənləri əksər hallarda ixtisas fənləri olub. Elnarə dəfələrlə fakültə dekanı tərəfindən təsis olunmuş “Dekanın fəxri vərəqi” adlı fəxri fərmana layiq görülüb. 2004/2005-ci tədris ilində isə “İlin ən yaxşı tələbəsi” elan olunaraq 1 il müddətinə fərdi təqaüd almaq şansı əldə edib. Bu, hər bir tələbənin əldə etmək istədiyi bir nailiyyət hesab oluna bilər. Elnarənin digər bir uğuru isə əvvəllər müəllim vəzifəsində çalışdığı “Avropa Dillər Mərkəzi” adlı tədris müəssisəsində 2007-ci ildə “İlin ən yaxşı müəllimi” elan olunaraq xüsusi təşəkkürnaməyə və qiymətli hədiyyələrə layiq görülməsidir. Bu hadisə pedaqoji fəaliyyətə yeni başlamış bir müəllim üçün çox böyük nailiyyət və stimul ola bilər.
Fəaliyyəti ilə bağlı “Tribuna” qəzetinin 1-15 aprel 1998-ci il tarixli 55-ci sayında “Qalib olmaq ənənəsi” adlı məqalə çap olunub.
1999-cu ilin ortalarında istedadlı şagirdlərlə söhbət aparmaq və onları respublikada tanıtmaq məqsədi ilə “Araz” radio stansiyasının təşkil etdiyi radio verilişlərdən birinin qonağı qismində çıxış edərək canlı yayımda müsahibə verib.
Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin dekanı, professor Əfqan Abdullayev fakültədə müəllim kimi fəaliyyət göstərən keçmiş tələbə Elnarəni fəxr olunacaq məzunlar sırasında hesab edir. Ona gələcək həyatında uğurlar və müvəffəqiyyətlər diləyir.
İngilis dili fakültəsinin dekan müavini, xarici ölkə ədəbiyyatı kafedrasının dosenti Nəsir Xankişiyev Elnarəni digər həmkarlarından məsuliyyəti, yeniliklər axtarıb tapmaq bacarığına malik olması, gördüyü hər bir işdən səmərəli yararlanmaq bacarığı ilə fərqləndirir.
İngilis dilinin leksikologiyası kafedrasının baş müəllimi Ema Mirzəyeva Elnarənin gələcəkdə gərgin pedaqoji səyinin nəticəsində elm dünyasında öz dəsti-xətti ilə seçiləcəyinə inanır və ona bu yolda nailiyyətlər diləyir.
Elnarə sevdiyi ixtisasa yiyələnməkdə özünü müəllimlərinə borclu sayır. Hazırda bitirdiyi universitetdə çalışan Elnarə çalışdığı kollektivdə tanınmış, hörmətli müəllimlərdən biri olmaq şansını qazanmağı ən böyük xoşbəxtlik hesab edir.
Hər kəs tarixin yaddaşında silinməz iz qoymağa çalışır. Elnarə də belə gənclərimizdəndir. Onun ən ümdə arzusu tarixin yaddaşında xalqına şərəflə, ləyaqətlə xidmət etmiş bir mütəxəssis kimi qalmaqdır. Yəni, gələcəkdə dilşünaslıq sahəsində əməkdar elm xadimi kimi fəxri ada layiq görülmə şansı əldə etmək və bu adı doğrultmaq Elnarə üçün ən yüksək zirvəni fəth etmək deməkdir. 

ƏDƏBİYYATI ÇOX SEVİR (Dilbər Süleymanova)

Adi adamlar ölü ikən diridirlər, elmlilər isə öldükdən sonra da yaşayırlar.
Məhəmməd Peyğəmbər
Dilbər Süleymanova 1993-cü il oktyabrın 8-də Bərdə rayonunun Qaradəmirçi kəndində dünyaya göz açıb. Adını nənəsi öz anasının şərəfinə qoyub.
Anası Elmira xanım söyləyir ki, Dilbər körpəlikdə sakit, ağıllı, sözəbaxan uşaq olub. Ən çox gəlinciklərlə oynamağı və şəkil çəkməyi xoşlayırdı. Müxtəlif mahnıları oxuyaraq “konsert” verməyi, nağıllara qulaq asmağı da sevirdi.
Məktəbə gedənə qədər yazıb-oxumağı, saymağı, hesablamağı böyük bacısı Firuzədən öyrənmişdi.
Dilbər 4-5 yaşlarında şeirlər əzbərləməyi və söyləməyi xoşlayırdı. Güzgünün qarşısında dayanaraq stulun üstünə çıxar, müxtəlif əl-qol hərəkətləri ilə ucadan şeir söyləyərdi.
Dilbər ibtidai təhsilini (1999-cu ildə) Qaradəmirçi kənd orta məktəbinin I sinfində alıb. Həmin məktəbin məzunudur.
Dərslərini yaxşı və əla qiymətlərlə oxuyan Dilbərin sevimli fənləri Azərbaycan dili, ədəbiyyat, tarix və ingilis dilidir.
Dilbər məktəbdə keçirilən yeni il şənliklərində, yardıcılıq gecələrində, əlamətdar hadisələrlə bağlı tədbirlərdə adətən aparıcı rolunda çıxış edib, müxtəlif mövzularda şeirlər söyləyib. Dərs əlaçısı olduğuna və tədbirlərdə fəal iştirakına görə bir neçə dəfə məktəb rəhbərliyi tərəfindən tərifnamə ilə təltif olunub.
Qazandığı uğurlara görə özünü müəllimlərinə və valideynlərinə borclu sayan Dilbər hesab edir ki, ədəbiyyatı sevməyində müəllimi Nizami Hüseynovun böyük rolu olub. Dilbər xalq şairi Zəlimxan Yaqubun nitqinə və poeziyasına heyranlığını da gizlətmir. Onun sənət idealı Əminə Yusifqızıdır.
Asudə vaxtlarını səmərəli keçirən Dilbər bədii qiraətlə məşğul olmağı xoşlayır.
Dilbər Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə YAP Bərdə rayon təşkilatının keçirdiyi inşa müsabiqəsində I yer tutaraq fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilib.
Respublika məktəbliləri arasında keçirilən inşa yazı müsabiqəsində fərqləndiyinə görə “Heydər Əliyev məktəblilərin gözü ilə” kitabına daxil edilib.
Azərbaycan dili və ədəbiyyat müəllimi Nizami Hüseynov şagirdi Dilbəri digərlərindən gözəl xətti, davranışı, nitqi və şeir söyləmək qabiliyyətinin olması ilə fərqləndirir.
Dilbər dəfələrlə məktəblilərin fənn olimpiadalarında da uğurlar qazanıb.
Xoşbəxtliyi xalqına, vətəninə xidmətdə, Azərbaycanın çiçəklənməsində, inkişafında əməyinin olmasında, xalq üçün faydalı insan olmaqda görür.
Valideynləri Dilbərin arzu və istəklərinə sədd çəkmirlər. Əksinə, onu savadlı, qabiliyyətli bir müəllim kimi görmək istəyirlər.
Tarixin yaddaşında yaşamaq onun ən ümdə istəklərindən biridir. Bunun üçün də Dilbər daim oxumaq, öz bilik və bacarığını artırmaq, ali təhsil almaq fikrindədir.
Sinif rəhbəri Alidə Məmmədova isə Dilbərin gələcəkdə sevib-seçdiyi sahədə yüksək nailiyyətlər qazanacağına inanır və ona gələcək həyat yollarında uğurlar diləyir.
Dilbər, qoy qəlbində tutduğun, böyütdüyün istəklərin vaxtında yerinə yetsin. Hər zaman uğurlarınla valideynlərinin və yaxınlarını sevindirəsən.

Arzularla yaşayan Nərmin (Nərmin Məhəmmədəli qızı Məmmədova)

Arzularla yaşayan Nərmin
Qısa da olsa namusla, səmimiyyətlə keçən ömrü, uzun sürən, lakin eyib və yalanla keçən şərəfsiz ömürdən üstün tut.
Epiktet
Nərmin Məhəmmədəli qızı Məmmədova 1990-cı il iyulun 7-də Azərbaycanın ən səfalı güşələrindən sayılan Qəbələ rayonunun Mamaylı kəndində ziyalı ailəsində dünyaya göz açıb. Adını bibisi Sədaqət xanım İlyas Əfəndiyevin “Unuda bilmirəm” əsərinin qəhrəmanının adına uyğun olaraq qoyub.
Körpəlikdə həddindən artıq sakit təbiətli olan Nərminin anası Rəsmiyyə xanım söyləyir ki, yalnız acanda ağlamağından bilinirdi ki, o körpədir.
Məktəbə gedənə qədər yazıb-oxumağı böyük bacısından öyrənmişdi.
İbtidai təhsilini 1996-cı ildə Mamaylı kənd orta məktəbində alan Nərmin əsasən coğrafiya və ədəbiyyat fənlərinə böyük maraq göstərib. Sinif nümayəndəsi və Uşaq Birliyi Təşkilatının sədr müavini olan Nərmin məktəbdə keçirilən tədbirlərdə aprıcı kimi çıxış edib. IX sinifdə oxuyarkən IX, X, XI siniflər arasında keçirilən “Zəif bənd” oyununun qalibi olub. Riyaziyyt fənnindən keçirilən rayon olimpiadasında I yer qazanıb.
2007-ci ildə məktəbi uğurla və müvəfəqiyyətlə başa vuran Nərmin elə həmin ildə Azərbycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsinə qəbul olub. Nərmin dərslərinə məsuliyyətlə yanaşıb. Ən sevimli fənləri cəbr və ədədlər nəzəriyyəsi, həndəsə və alqoritmlər nəzəriyyəsidir.
Nərminin həyatında ən maraqlı və uğurlu gün “İlin ən yaxşı şagirdi” adını qazandığı gündür. Müəllim peşəsini ən şərəfli peşə hesab edən Nərmin ibtidai sinif müəllimi olan Zenfira xanımı idealı hesab edir. Bu sənəti seçməyində məhz Zenfira xanıma borclu sayır özünü.
Qəbul imtahanlarında göstərdiyi nəticələrə görə müəllimlərinə və valideynlərinə borclu olan Nərmin anası Rəsmiyyə xanımı ixtisası üzrə ən güclü mütəxəssis hesab edir.
Məktəbin direktoru Ramazan Ədilov, Azərbaycan dili və ədəbiyyat müəllimi Həmayə Zamanova, sinif müəllimi Zenfira Yusifova, pofessor Əlif Məmmədov, sinif rəhbəri Dilşad İsrafilova, ədəbiyyat məllimi Cahan İsayeva Nərminin gələcəkdə peşəkar müəllim kimi çalışacağına və valideynlərinin, müəllimlərinin fəxri olacağına inanırlar.
Nərmin ali məktəbi bitirdikdən sonra Qəbələ rayonu Mamaylı kənd orta məktəbində müəllim vəzifəsində çalışmağı düşünür. Hesab edir ki, hər bir şagird üçün ona dərs deyən müəllimlə bir yerdə çalışmaq böyük fəxrdir.

Xoşbəxtliyi qarşısına qoyuğu məqsədlərə çatmaqda görən Nərmin tarixin yaddaşında nüfuzlu, peşəsini ürəkdən sevən və şagirdlər tərəfindən sevilən müəllim kimi qalmaq niyyətindədir.