Elnarə
Eldar qızı Əhmədova 1984-cü il iyulun 25-də Bakı şəhərində dünyaya göz açıb. Adını
atası öz adına uyğun qoyub.
Elnarə
körpəlikdə olduqca sakit, hərəkətlərində və davranışında nizam-intizamlı olan
uşaq idi.
Yazıb-oxumaq
həvəsi onda hələ kiçik yaşlarından yaranmışdı.
Elnarə
4-5 yaşında ikən dinlədiyi nağılların məzmununa uyğun şəkillər çəkərək
yaxınlarını heyrətləndirərdi.
O,
təhsilə 1991-ci ildə 213 saylı orta məktəbdə başlamışdır. 1997-ci ilin
sentyabrından təhsilini 239 saylı orta məktəbin VIII sinfində davam etdirib. Orta
məktəbdə bütün fənlərə maraq göstərən Elnarənin ən sevimli fənləri ingilis
dili, riyaziyyat, Azərbaycan dili olub. Məktəbdə təşkil olunan bilik
yarışlarının, müxtəlif fənn olimpiadalarının fəal iştirakçısı idi. 2 ilə yaxın
müddətdə Şagird Gənclər Təşkilatının sədri vəzifəsini layiqincə icra edib. Bu təşkilatın
üzvlərinin yardımı ilə məktəbdə keçirilən bir çox tədbirlərin təşkilində yaxından
köməklik göstərib. İştirak etdiyi olimpiadalarda aşağıdakı nailiyyətləri əldə
edib:
Azərbaycan
dili və ədəbiyyatı fənni üzrə keçirilən bilik yarışında respublika
olimpiadasının iştirakçısı fərmanına, “Azərbaycan dili milli mənəviyyatımız, milli
mənliyimizdir” mövzusunda keçirilən inşa yazı müsabiqəsində I yerə, Azərbaycan
dili və ədəbiyyatı fənni üzrə keçirilən olimpiadada Səbail rayonu üzrə I yerə
layiq görülüb. Bakı şəhəri üzrə “20 Yanvar faciəsi şagirdlərin gözü ilə”
mövzusunda keçirilən inşa yarışmasında I yer tutub.
Elnarə
2001-ci ildə orta məktəbi fərqlənmə attestatı ilə bitirərək elə həmin ildə Azərbaycan
Dillər Universitetinin filologiya fakültəsinə (ingilis dili) daxil olub.
Ali
məktəbdə təhsil aldığı müddətdə də dərslərini yaxşı oxuyub. Sevimli fənləri əksər
hallarda ixtisas fənləri olub. Elnarə dəfələrlə fakültə dekanı tərəfindən təsis
olunmuş “Dekanın fəxri vərəqi” adlı fəxri fərmana layiq görülüb. 2004/2005-ci tədris
ilində isə “İlin ən yaxşı tələbəsi” elan olunaraq 1 il müddətinə fərdi təqaüd
almaq şansı əldə edib. Bu, hər bir tələbənin əldə etmək istədiyi bir nailiyyət
hesab oluna bilər. Elnarənin digər bir uğuru isə əvvəllər müəllim vəzifəsində
çalışdığı “Avropa Dillər Mərkəzi” adlı tədris müəssisəsində 2007-ci ildə “İlin ən
yaxşı müəllimi” elan olunaraq xüsusi təşəkkürnaməyə və qiymətli hədiyyələrə
layiq görülməsidir. Bu hadisə pedaqoji fəaliyyətə yeni başlamış bir müəllim
üçün çox böyük nailiyyət və stimul ola bilər.
Fəaliyyəti
ilə bağlı “Tribuna” qəzetinin 1-15 aprel 1998-ci il tarixli 55-ci sayında “Qalib
olmaq ənənəsi” adlı məqalə çap olunub.
1999-cu
ilin ortalarında istedadlı şagirdlərlə söhbət aparmaq və onları respublikada
tanıtmaq məqsədi ilə “Araz” radio stansiyasının təşkil etdiyi radio verilişlərdən
birinin qonağı qismində çıxış edərək canlı yayımda müsahibə verib.
Azərbaycan
Dillər Universitetinin ingilis dili fakültəsinin dekanı, professor Əfqan Abdullayev
fakültədə müəllim kimi fəaliyyət göstərən keçmiş tələbə Elnarəni fəxr olunacaq
məzunlar sırasında hesab edir. Ona gələcək həyatında uğurlar və müvəffəqiyyətlər
diləyir.
İngilis
dili fakültəsinin dekan müavini, xarici ölkə ədəbiyyatı kafedrasının dosenti Nəsir
Xankişiyev Elnarəni digər həmkarlarından məsuliyyəti, yeniliklər axtarıb tapmaq
bacarığına malik olması, gördüyü hər bir işdən səmərəli yararlanmaq bacarığı ilə
fərqləndirir.
İngilis
dilinin leksikologiyası kafedrasının baş müəllimi Ema Mirzəyeva Elnarənin gələcəkdə
gərgin pedaqoji səyinin nəticəsində elm dünyasında öz dəsti-xətti ilə seçiləcəyinə
inanır və ona bu yolda nailiyyətlər diləyir.
Elnarə
sevdiyi ixtisasa yiyələnməkdə özünü müəllimlərinə borclu sayır. Hazırda
bitirdiyi universitetdə çalışan Elnarə çalışdığı kollektivdə tanınmış, hörmətli
müəllimlərdən biri olmaq şansını qazanmağı ən böyük xoşbəxtlik hesab edir.
Hər
kəs tarixin yaddaşında silinməz iz qoymağa çalışır. Elnarə də belə gənclərimizdəndir.
Onun ən ümdə arzusu tarixin yaddaşında xalqına şərəflə, ləyaqətlə xidmət etmiş
bir mütəxəssis kimi qalmaqdır. Yəni, gələcəkdə dilşünaslıq sahəsində əməkdar
elm xadimi kimi fəxri ada layiq görülmə şansı əldə etmək və bu adı doğrultmaq
Elnarə üçün ən yüksək zirvəni fəth etmək deməkdir.
Комментариев нет:
Отправить комментарий