Sənəti bilmək üçün onu yaxşı mənimsəmək
lazımdır. Gələcəkdə əsl incəsənət adamı kimi özünü görmək istəyən istedadlı gənclərimizdən
biri də Ramil Şıxağa oğlu Xələfovdur. O, bir çox tədbirlərin diplom və
mükafatlarını qazanmışdır.
Ramil 1991-ci il yanvarın 23-də
Bakı şəhərində anadan olub. Adını atası o zamanlar populyar olan Zeynəb
Xanlarovanın “Ramilim” mahnısından götürüb. Ramil körpəlikdə sakit uşaq olub. O,
musiqi dinləməkdən böyük zövq alardı. Anası Validə xanım söyləyir ki, Ramil qəmli
musiqinin sədaları altında yuxuya gedərdi. O zamanlar televiziya kanalında
yayımlanan mahnıları zümzümə etməyi xoşlayırdı. Atası musiqiçi olduğu üçün
Ramil də məhz musiqi sahəsinə böyük önəm verirdi.
Məktəbə gedənə kimi yazıb-oxumağı
anası Validə xanımdan öyrənmişdi. Ramil 190 saylı orta məktəbin və Bülbül adına
Orta İxtisas Musiqi Məktəbinin məzunudur. Təhsildən əlavə məşğuliyyəti futbol
oynamaq və bilgisayarla məşğul olmaqdır.
Orta məktəbdə dərslərini əla qiymətlərlə
oxuyan Ramilin sevimli fənləri Azərbaycan ladları, harmoniya, musiqi ədəbiyyatı
idi.
Ramilin həyatında maraqlı və uğurlu
günlər çoxdur. 2001-ci il oktyabrın 26-da Səbail rayon məktəblilərinin
“İstedadlar sorağında” adlı bədii baxış müsabiqəsində mahnı janrında I yer
tutduğuna görə diplom, 2001-ci il noyabrın 15-də “Milli Dirçəliş Günü”nə həsr
olunmuş “Gənc istedadlar- yeni minilliyə” mövzusunda keçirilən Bakı şəhər məktəblilərinin
musiqi festivalının və diploma, 2001-ci il dekabrın 15-də 190 saylı məktəbdə
keçirilən musiqi olimpiadasında I yer tutduğuna görə diploma, 2003-cü il
fevralın 23-də Bakı şəhər istedadlı uşaq və yeniyetmələrin “Dan ulduzu” müsiqi
müsabiqəsində bəstəkar mahnıları (vokal) janrında qalib olduğuna görə diploma
layiq görülüb. 2007-ci il dekabrın 12-də Bülbülün 100 illik yubileyinə həsr
olunmuş festivalın laureatı adını qazanıb. 2008-ci ildə H. Əliyev adına Müasir
Təhsil Kompleksində keçirilən konsertdə fəal iştirakına görə tərifnaməyə, mərhum
prezident H. Əliyevin 85 illik yubileyinə həsr olunmuş I respublika müsabiqəsində
I yerə layiq görülüb.
Qazandığı uğurlara görə ilk növbədə
Allaha, sonra isə valideynərinə borclu olan Ramil müəllimi Şəfiqə Əliyevaya hər
zaman minnətdar olacaq. Çünki musiqi sahəsində böyük uğurlara addım atmağında məhz
Şəfiqə xanımın əməyi olub.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin
direktoru Nigar Cərulla qızı, sinif rəhbəri Gülnarə müəllimə, vokal müəllimi
Vera Soboleva, Fəridə Bünyatova Ramilin gələcəkdə musiqi sahəsində yüksək zirvələr
əldə edəcəyinə ümid bəsləyirlər.
Gələcəkdə öz sənəti üzrə məşhur
piano ifaçısı olmaq istəyən Rəşad vokalist olduğu üçün hər bir ifa etdiyi
mahnını özü pianoda müşayət etmək istəyir.
İstedadı ilə bağlı “Respublika” qəzetinin
13 noyabr sayında, 2008-ci il sentyabrın 1-də onun haqqında “Vedibasar” qəzetində
Lider kanalında yayımlanan “Xeyli xəbər” verilişində məlumat verilib.
Tarixin yaddaşında dünya şöhrətli
vokal ifaçısı kimi qalmağı düşünən Rəşad vokalın vətəni İtaliyada vokal dərsləri
alıb peşəkar səviyyəyə çatmaq niyyətindədir.
Комментариев нет:
Отправить комментарий