Adi adamlar ölü ikən diridirlər, elmlilər
isə öldükdən sonra da yaşayırlar.
Məhəmməd Peyğəmbər
Dilbər
Süleymanova 1993-cü il oktyabrın 8-də Bərdə rayonunun Qaradəmirçi kəndində
dünyaya göz açıb. Adını nənəsi öz anasının şərəfinə qoyub.
Anası
Elmira xanım söyləyir ki, Dilbər körpəlikdə sakit, ağıllı, sözəbaxan uşaq olub.
Ən çox gəlinciklərlə oynamağı və şəkil çəkməyi xoşlayırdı. Müxtəlif mahnıları
oxuyaraq “konsert” verməyi, nağıllara qulaq asmağı da sevirdi.
Məktəbə
gedənə qədər yazıb-oxumağı, saymağı, hesablamağı böyük bacısı Firuzədən öyrənmişdi.
Dilbər
4-5 yaşlarında şeirlər əzbərləməyi və söyləməyi xoşlayırdı. Güzgünün qarşısında
dayanaraq stulun üstünə çıxar, müxtəlif əl-qol hərəkətləri ilə ucadan şeir söyləyərdi.
Dilbər
ibtidai təhsilini (1999-cu ildə) Qaradəmirçi kənd orta məktəbinin I sinfində
alıb. Həmin məktəbin məzunudur.
Dərslərini
yaxşı və əla qiymətlərlə oxuyan Dilbərin sevimli fənləri Azərbaycan dili, ədəbiyyat,
tarix və ingilis dilidir.
Dilbər
məktəbdə keçirilən yeni il şənliklərində, yardıcılıq gecələrində, əlamətdar
hadisələrlə bağlı tədbirlərdə adətən aparıcı rolunda çıxış edib, müxtəlif
mövzularda şeirlər söyləyib. Dərs əlaçısı olduğuna və tədbirlərdə fəal
iştirakına görə bir neçə dəfə məktəb rəhbərliyi tərəfindən tərifnamə ilə təltif
olunub.
Qazandığı
uğurlara görə özünü müəllimlərinə və valideynlərinə borclu sayan Dilbər hesab
edir ki, ədəbiyyatı sevməyində müəllimi Nizami Hüseynovun böyük rolu olub. Dilbər
xalq şairi Zəlimxan Yaqubun nitqinə və poeziyasına heyranlığını da gizlətmir. Onun
sənət idealı Əminə Yusifqızıdır.
Asudə
vaxtlarını səmərəli keçirən Dilbər bədii qiraətlə məşğul olmağı xoşlayır.
Dilbər
Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə YAP Bərdə rayon təşkilatının
keçirdiyi inşa müsabiqəsində I yer tutaraq fəxri fərman və qiymətli hədiyyələrlə
təltif edilib.
Respublika
məktəbliləri arasında keçirilən inşa yazı müsabiqəsində fərqləndiyinə görə
“Heydər Əliyev məktəblilərin gözü ilə” kitabına daxil edilib.
Azərbaycan
dili və ədəbiyyat müəllimi Nizami Hüseynov şagirdi Dilbəri digərlərindən gözəl
xətti, davranışı, nitqi və şeir söyləmək qabiliyyətinin olması ilə fərqləndirir.
Dilbər
dəfələrlə məktəblilərin fənn olimpiadalarında da uğurlar qazanıb.
Xoşbəxtliyi
xalqına, vətəninə xidmətdə, Azərbaycanın çiçəklənməsində, inkişafında əməyinin
olmasında, xalq üçün faydalı insan olmaqda görür.
Valideynləri
Dilbərin arzu və istəklərinə sədd çəkmirlər. Əksinə, onu savadlı, qabiliyyətli
bir müəllim kimi görmək istəyirlər.
Tarixin
yaddaşında yaşamaq onun ən ümdə istəklərindən biridir. Bunun üçün də Dilbər
daim oxumaq, öz bilik və bacarığını artırmaq, ali təhsil almaq fikrindədir.
Sinif
rəhbəri Alidə Məmmədova isə Dilbərin gələcəkdə sevib-seçdiyi sahədə yüksək
nailiyyətlər qazanacağına inanır və ona gələcək həyat yollarında uğurlar diləyir.
Dilbər, qoy qəlbində tutduğun,
böyütdüyün istəklərin vaxtında yerinə yetsin. Hər zaman uğurlarınla valideynlərinin
və yaxınlarını sevindirəsən.
Комментариев нет:
Отправить комментарий