Hər zaman fərqlənən Nicat
Elə
insanlar var ki, ilk baxışdan onların digərlərindən fərləndiyini düşünürük. Bir
müddət sonra görürük ki, onlar heç də fərqli deyillər. Bəziləri də var ki, əvvəlcə
çox sadə görünsələr də, sonralar onların həqiqi mənada digərlərindən fərqləndiyini
müşahidə edirik. Nicat da belələrindəndir.
Amma
o, çox təvazökardır. Atalar gözəl deyib: “Ağac bar verdikcə, başını aşağı əyər”.
Nicat da biliyi artdıqca bar verən ağac kimi təvazökarlığını artırırdı.
Nicat
İlqar oğlu Məhərrəmov 1989-cu il mayın 27-də Bakı şəhərində dünyaya gəlib. Adını
babası, “El ağsaqqalları” kitabında adı çəkilən Bahadur Əliqulu oğlu Məmmədov
qoyub.
Körpəlikdə
sakit təbiətli uşaq olan Nicat liderlik qabiliyyətinə malik idi. Məktəbə gedənə
kimi yazıb-oxumağa cəhd göstərməyən Nicata nənəsi Simuzər xanım müntəzəm olaraq
şeirlər əzbərlədərdi.
O,
1995-ci il sentyabrın 1-də Gəncə şəhəri M. Müşfiq adına 14 saylı orta məktəbin
I sinfinə qədəm qoyub. Bir müddət həmin məktəbdə təhsil aldıqdan sonra X sinifdən
E. Bayramov adına Topalhəsənli kənd orta məktəbində təhsilini davam etdirib. Orta
məktəbdə dərslərini əla qiymətlərlə oxuyan Nicatın sevimli fənni tarix, riyaziyyat,
biologiya, ingilis dili olub. Anasının arzusu onu diplomat kimi görmək idi. Nicat
müntəzəm olaraq məktəbdə keçirilən elmi yarışlarda və ictimai işlərdə iştirak
edib. 1999-cu ildə C. Cabbarlının 100 illik yubileyində “Dilarə” əsərinin səhnələşdirilməsində
iştirak edib. N. Gəncəvinin yubileyində “Kərpickəsən qoca” obrazını böyük məharətlə
canlandırıb. Həmçinin məktəbdə keçirilən şeir söyləmək müsabiqəsində III yer
tutaraq fəxri fərman qazanıb.
2007-ci
ildə orta təhsilin başa vuran Nicat yüksək balla Sumqayıt Dövlət Universitetinin
tarix ixtisasına daxil olub. Ali məktəbdə dərslərini əla və yaxşı qiymətlərlə
oxuyur o, universitetdə keçirilən “Kim? Harada? Necə?” intellektual yarışında
kapitan olaraq III yer qazanıb.
Asudə
vaxtlarında idmanla və gitara alətində ifa etməklə məşğul olan Nicat musiqi məktəbini
bitirərək diplom alıb. 2008-ci ildə Sumqayıt şəhərində keçirilən VI bağlı
çempionatda karate üzrə II yeri tutub və gümüş medalla təltif edilib. Karatedən
başqa ağırlıqqaldırma ilə də məşğul olur.
Tarix
fənninə həvəsi onda anası yaradıb. Nicat bu sənətə yiyələnməkdə ilk növbədə
valideynlərinə borcludur. Daha sonra onun üzərində böyük zəhməti olan müəllimlərinə
minnətdardır.
Xoşbəxtliyi
səmimi və mehriban insanlarla ünsiyyətdə olmaqda görür. İxtisası ilə bağlı hər
hansısa bir zirvəyə çatmağı ən böyük xoşbəxtlik hesab edən Nicat hər zaman ona
dayaq, dəstək olan, güvənən insanların əhatəsində özünü xoşbəxt hiss edir.
Ali
məktəbi bitirdikdən sonra Qarabağ tarixi üzrə güclü mütəxəssis və ya siyasətçi
kimi çalışmağı arzulayır. İxtisasından asılı olmayaraq sənətinin güclü mütəxəssisi
olacağına inanan Nicat Qarabağın tarixi, ermənilərin səhv ideyaları haqqında
araşdırma aparıb tarixdə iz qoymaq istəyir. Bir şəxsiyyət kimi tarixin yaddaşında
tarixçi kimi qalmaq niyyətindədir.
Nicat,
qoy zəhmətsevərliyin, əqidən, inamın, gələcək arzularının yerinə yetməsi uğrunda
çəkdiyin zəhmətin hədər getməsin. Uğurlar sənə!
Комментариев нет:
Отправить комментарий