elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

3 сентября 2012 г.

Sevimli Afaq (Afaq Mahmud qızı Aslanova)

Sevimli Afaq

Afaq Mahmud qızı Aslanova 1989-cu il iyulun 26-da Qazax (Ağstafa) rayonunda dünyaya göz açıb. Atasının nənəsi ədəbiyyata böyük maraq göstərən Tamara müəllim N. Gəncəvinin əsərlərini çox sevərdi. Bu səbəbdən o, Nizaminin həyat yoldaşı Afaqın adını məhz nəticəsinə qoydu. Bu da bütün ailə üzvləri tərəfindən sevinclə qəbul edildi. Balaca Afaq böyüdükcə öz xanımyanalığı və nizam-intizamı ilə adını doğruldurdu.
Ailədə hamının sevimlisi olan Afaq yalnız Tamara nənənin layla sədaları altında yuxuya gedirdi.
Yazıb-oxumağı da məhz Tamara xanımdan öyrənən Afaq 1996-cı ildə Dağkəsəmən kənd 2 saylı orta məktəbin I sinfinə qədəm qoyub. O, yaşıdlarından çox fərqlənirdi. Müəllimlərinin söylədiyinə görə onlar Afaqda nə isə axtarırdılar. Hələ tədrisin ilk günü gözəlliyi, mehribanlığı, incəliyi ilə sinif otağına daxil olan müəllimi heyran etmişdi. İngilis dili müəllimi Flora xanımı gördüyü gündən Afaq gələcəkdə ingilis dili müəllimi olmaq qərarını verdi. Bununla bərabər orta məktəbdə keçirilən dərslərin hamısını eyni səviyyədə oxuyur və mənimsəməyə çalışırdı.
2003-cü ildə rayon üzrə bilik olimpiadasında ingilis dili fənni üzrə I dərəcəli, 2004-cü ildə coğrafiya fənni üzrə keçirilən olimpiadada II dərəcəli, rayon və rayonlararası keçirilən şeir müsabiqəsində I və II dərəcəli diplomla təltif olunub. Bununla yanaşı, ictimai həyatda fəal şagird olduğu üçün UNİCEF-də Ağstafa rayonunun uşaqlarını təmsil etmək üçün nümayəndə seçilən Afaq 2007-ci ildə orta məktəbi uğurla başa vuraraq, elə həmin ildə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinə daxil olub.
Afaq ali məktəbdə də bacardığı qədər öz ənənəsinə sadiq qalıb, bütün dərsləri eyni səviyyədə oxuyub, maksimum səviyyədə bilik almağa çalışır. Magistraturanı bitirdikdən sonra respublikamızın ali məktəblərindən birində ingilis dili fənnini tədris etmək istəyir.
Xoşbəxtliyi valideynlərinə və xalqına layiqli övlad olmaqda görən Afaq gələcəkdə valideynlərinin və onun üçün zəhmət çəkən sevimli müəllimlərinin ümidini doğrultmaq istəyir.
İngilis dili müəllimi Flora Əmirova Afaqın səsinin İngiltərədən, Amerikadan, dünyanın ən mötəbər kürsülərindən gələcəyinə və onun Azərbaycanın fəxri olacağına inanır.

Tarix fənni üzrə hazırlıq müəllimi Pərvanə xanım Afaqın gələcəyinin günəş kimi parlaq olacağını deyir və ona gələcək həyat yollarında nailiyyətlər diləyir. 

Комментариев нет:

Отправить комментарий