Arzularla yaşayan Nərmin
Qısa da olsa namusla, səmimiyyətlə
keçən ömrü, uzun sürən, lakin eyib və yalanla keçən şərəfsiz ömürdən üstün tut.
Epiktet
Nərmin
Məhəmmədəli qızı Məmmədova 1990-cı il iyulun 7-də Azərbaycanın ən səfalı güşələrindən
sayılan Qəbələ rayonunun Mamaylı kəndində ziyalı ailəsində dünyaya göz açıb. Adını
bibisi Sədaqət xanım İlyas Əfəndiyevin “Unuda bilmirəm” əsərinin qəhrəmanının
adına uyğun olaraq qoyub.
Körpəlikdə
həddindən artıq sakit təbiətli olan Nərminin anası Rəsmiyyə xanım söyləyir ki, yalnız
acanda ağlamağından bilinirdi ki, o körpədir.
Məktəbə
gedənə qədər yazıb-oxumağı böyük bacısından öyrənmişdi.
İbtidai
təhsilini 1996-cı ildə Mamaylı kənd orta məktəbində alan Nərmin əsasən
coğrafiya və ədəbiyyat fənlərinə böyük maraq göstərib. Sinif nümayəndəsi və
Uşaq Birliyi Təşkilatının sədr müavini olan Nərmin məktəbdə keçirilən tədbirlərdə
aprıcı kimi çıxış edib. IX sinifdə oxuyarkən IX, X, XI siniflər arasında
keçirilən “Zəif bənd” oyununun qalibi olub. Riyaziyyt fənnindən keçirilən rayon
olimpiadasında I yer qazanıb.
2007-ci
ildə məktəbi uğurla və müvəfəqiyyətlə başa vuran Nərmin elə həmin ildə Azərbycan
Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsinə qəbul olub. Nərmin dərslərinə
məsuliyyətlə yanaşıb. Ən sevimli fənləri cəbr və ədədlər nəzəriyyəsi, həndəsə və
alqoritmlər nəzəriyyəsidir.
Nərminin
həyatında ən maraqlı və uğurlu gün “İlin ən yaxşı şagirdi” adını qazandığı
gündür. Müəllim peşəsini ən şərəfli peşə hesab edən Nərmin ibtidai sinif müəllimi
olan Zenfira xanımı idealı hesab edir. Bu sənəti seçməyində məhz Zenfira xanıma
borclu sayır özünü.
Qəbul
imtahanlarında göstərdiyi nəticələrə görə müəllimlərinə və valideynlərinə
borclu olan Nərmin anası Rəsmiyyə xanımı ixtisası üzrə ən güclü mütəxəssis
hesab edir.
Məktəbin
direktoru Ramazan Ədilov, Azərbaycan dili və ədəbiyyat müəllimi Həmayə
Zamanova, sinif müəllimi Zenfira Yusifova, pofessor Əlif Məmmədov, sinif rəhbəri
Dilşad İsrafilova, ədəbiyyat məllimi Cahan İsayeva Nərminin gələcəkdə peşəkar
müəllim kimi çalışacağına və valideynlərinin, müəllimlərinin fəxri olacağına
inanırlar.
Nərmin
ali məktəbi bitirdikdən sonra Qəbələ rayonu Mamaylı kənd orta məktəbində müəllim
vəzifəsində çalışmağı düşünür. Hesab edir ki, hər bir şagird üçün ona dərs deyən
müəllimlə bir yerdə çalışmaq böyük fəxrdir.
Xoşbəxtliyi qarşısına qoyuğu məqsədlərə
çatmaqda görən Nərmin tarixin yaddaşında nüfuzlu, peşəsini ürəkdən sevən və
şagirdlər tərəfindən sevilən müəllim kimi qalmaq niyyətindədir.
Комментариев нет:
Отправить комментарий