Quluzadə Əkbər Rahib oğlu
23 avqust 2008-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. Körpəliyində sakit
uşaq olmasına baxmayaraq, ətrafdakılarda özünə maraq oyatması ilə seçilirdi.
Uşaqlara xas maraqları ilə öz uşaqlığını yaşayırdı. Məktəbə getməzdən əvvəl
ECİC-kids məktəbəqədər hazırlıq kursunda ilkin bilik və bacarıqlara yiyələnmişdir.
Hazırda Xarici Dillər Təmayüllü Gimnaziyada təhsil alır. Hazırlıq kursunda
qazandığı biliklər onun məktəb həyatında öz səmərəsini elə ilk vaxtlardan göstərməyə
başlamışdır. Bunun sübutu isə müəllimlərinin Əkbər haqqında söylədikləri müsbət
fikirlərdir. Məktəb dərslərinə yüksək səviyyəli hazırlığı müəllimlərin gözündə
Əkbəri daha da ucaltmışdır. Ən sevimli fənləri isə Azərbaycan dili və Təsviri
incəsənətdir. Dərsdən kənar fəaliyyətinə gəldikdə isə Əkbər milli rəqslərin
ifası ilə məşğuldur və bu sahədə bacarığını Nizami rayonunda yerləşən Uşaq
Yaradıcılıq Birliyi məktəbində rəqs dərsləri almaqla inkişaf etdirir. Məktəbdə
keçirilən bütün tədbir və yığıncaqlarda fəal iştirakı ilə seçilir. Gələcək həyatında
da rəqsi davam etdirməyi və bu sahədə Azərbaycanı xarici ölkələrdə təmsil etməyi
düşünür. Həyat və fəaliyyəti ilə bağlı planlarına gəldikdə isə o, polis olmaq
arzusundadır. Səbəb kimi isə Əkbər polis peşəsinin qoruyucu olmasını və onun da
arzusunun vətəndaşları qorumaq olduğunu bildirir. İncəsənətin incə ruhunun
verdiyi gözəl xislətdir bəlkə də bu arzu. Vətəninin, xalqının keşiyində durmaq,
qorumaq ali vəzifədir və həqiqətən də böyük məsuliyyət tələb edir.Biz də öz
növbəmizdə Əkbərə bu arzusunun
reallaşmasını arzulayırıq və ona bu şərəfli yolda uğurlar diləyirik.
Bu Azərbaycanın istedadlı yeniyetmə və gənclərinin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycan XXI əsrə istedadlarla" adlı kitab-almanaxının elektron variantıdır.
elan
1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru
18 мая 2016 г.
Cəfərova Həmidə Azil qızı
Həmidə
körpəlikdən sakit uşaq olub. Diqqətli olub, ünsiyyəti sevib, şıkilli kitablara baxmağı
sevirdi. Yazı yazmağı biraz bilirdi anası tərəfindən öyrədilmişdir. Eyni
zamanda inşa yazmağı sevir məktəbdə inşa müsabiqəsində iştirak edib. Bu
uğurları onun üçün çox önəmli olub indiki təhsilində.
Cəfərova
Həmidə Azil qızı 05.10.2003 Bakı şəhəri , Xəzər rayonu İ.Tağıyev adına 26 N-li
tam orta məktəbdə təhsil alır. Dərslərini əla oxuyur bu zamanadək bütün qiymətləri
əla olub. Sevdiyi fənnləri Azərbaycan-dili,
fizika, coğrafiya, ingilis-dili və tarixdir. Ana dili , vətən mövzularında
keçirilən tədbirlərdə, kiçik həcimli
tamaşalarda aparıcı və yaxud başqa rollarda yer alıb. Musiqi məktəbində isə “Novruz”,
“Gül bayramı”, “1 iyun Beynəlxalq Uşaqlar gününə, “Dünya müharibəsi” nə həsr
olunmuş tədbirlərdə bəstəkarların yaradıcılıq gecələrində çıxış edib. Həmidə əldə
etdiyi uğurlara görə ilk öncə valideyinlərinə sonra isə, müəllimlərinə borclu
olduğunu deyir. Həmidə eyni zamanda gələckdə öz işini sevən bir Hüquqşunas olmaqs
istəyir və xalqı üçün çalışmağı özünə borc
bilir. Daha çox kitab oxumağı və internetdə maraqlı məlumatları əldə etmək
istədiyinidə qeyd eden Həmidə gələcək planlarını da bizimlə bölüşür savadlı
hüquq işçisi olmağı qarşısına məqsəd qoyduğunu deyir. Bütün bunlarla yanaşı rəqsə
də gedir onun da öhdəsində layiqincə gəlir. Tarixin yaddaşında qalmaq üçün
xalqın yaddaşında qalmaq lazım olduğunu deyen Həmidə düşünür ki, bunun üçün isə
xalqa həmişə xidmət etmek lazımdır. “Tumurcuq”qəzetində “Tumurcuq sevənlər”
başlığı altında “Təhsil qəzetində “, isə “Millətin əməyinin bəhrəsi “ başlığı
altında yazılarda Həmidə haqqında məlumat verilib.
17 мая 2016 г.
Kərimov Murad Heydər oğlu
Kərimov Murad
Heydər oğlu 2003-cü il dekabr ın
27-də Şamaxı rayon Sis kəndində anadan
olub. Körpəlikdə çox sakit uşaq olub. Sevimli və ağıllı olduğu
üçün həmişə sevilib. Kiçik yaşlarından
başlayaraq yazmağa, oxumağa maraq göstərib. Hətta bir yaşında 10-a qədər
saymağı bacarıb. O, birinci sinfə gedəndə artıq yazıb, oxumağı bacarırdı.
Hazırda dərslərini yaxşı oxuyur. Futbol
oynamağı çox sevir. Murad məktəbə gedənə
qədər yazıb-oxumağı valideynlərindən öyrənib. O, özündən kiçik qardaşına da
yazıb-oxumaq öyrədib. Hal-hazırda da qardaşı dəsrlərində hansı fənndən əziyyət
çəkərsə ona kömək edir. Elmə maraq kiçik
yaşlarından başladığı üçün valideynləri ona şəkilli jurnallar alırmış ki,
Muradda maraq daha da artsın.
Birinci sinfə Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində
yerləşən 322 saylı məktəbdə başlayıb. Hazırda da həmin məktəbdə təhsil alır.
Sinifdəki fəal şagirdlərdən biridir. Onun bu uğurlarında müəllimi Məmmədzadə Gülşən xanımın böyük əməyi var. Sonradan da yuxarı
sinif müəllimlərinin əməyi danılmazdır. İbtidai sinifdə necə başlayıbsa Muradın
təhsili, eləcə də davam edir.
Murad müəllimlərinin əməyini yüksək dəyərləndirir.
Ona elm öyrətdikləri üçün müəllimlərinə minnətdardı. Sinif rəhbəri Pərvanə müəllimin
də diqqətini cəlb edib Muradın istedadı. O, Muradı sinif nümayəndəsi təyin
edib.
Murad bütün fənnləri çox sevir. İngilis dilini daha
çox sevir.
Məktəbdə təşkil olunan bütün tədbirlərdə fəal
iştirak edən Murad, əsasən tədbirlərdə
şeirlər səsləndirir.
Müxtəlif bilik yarışlarında diplomla təltif olunub.
2012-ci ildə rəsm sərgisində iştirak edib və birinci yerə layiq görülüb. 2016- cı ildə idman yarışında üçüncü yerə
çıxıb.
Öz uğurlarıyla valideynlərini sevindirdiyi günü ən
gözəl günü hesab edir Murad. Valideynləri
onun gözəl təhsil alması üçün əllərindən gələni əsirgəmirlər. Böyüyüb ali məktəbə
qəbul olmaq və sonra yenə təhsilini davam etdirmək arzusundadır. Gələcəkdə savadlı həkim olmaq istəyir, xəstə kimisə görəndə ürəyi
yanan Murad lap körpə yaşlarından bu qərara gəlib. Ən böyük arzusu isə həkim
olduqdan sonra ilk olaraq ata- anasını müalicə etməkdir.
Asudə vaxtlarında idman edir, futbol oynayır.
İdmanın cüdo növüylə də məşğul olur. Bir sıra yarışlarda uğurla iştirak
edib, yer qazanıb. Boş vaxtlarında rəsmlər
də çəkir.
Murad ölkəsi, milləti üçün yararlı həkim, kadr olmaq arzusundadır. O, istəyir ki, başqa
xarici ölkələrdən Azərbaycana həkimlər gəlməsin. Öz respublikamızda savadlı həkimlər çox olsun. Onun gələcək
planları çoxdur . Murad həm də xeyriyyəçi
olmaq arzusundadır.
Kərimov Elvin Heydər oğlu
Elvin məktəbə
gedənəcən yazıb-oxumağı valideynlərindən öyrənib. O, rəsm çəkməyi də çox sevir.
Böyük qardaşı Murad məktəbə gedəndən bəri Elvində də
məktəbə, elmə maraq yaranıb. Valideynləri böyük qardaşı Murada dərs ləövazimatları
alarkən məcbur olub, Elvinə də alırmışlar. Kiçik yaşlarından qardaşıyla yaxşı mənada
rəqabət aparıb Elvin.
İlk təhsilə Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində
yerləşən 322 saylı məktəbdə başlayıb. Hal-hazırda da həmin məktəbdə təhsil
alır. Dərs əlaçısıdır. Sinifdəki fəal şagirdlərdən biridir. Eyni zamanda sinif
nümayəndəsi təyin olunub. Onun bu
uğurlarında müəllimi Məlikova Nəzakət xanımın
böyük əməyi var.
Elvin bütün fənnləri çox sevir, riyaziyyata marağı
xüsusidir. Məktəbdə təşkil olunan bütün tədbirlərdə fəal iştirak edən Elvin, əsasən tədbir aparıcısı vəzifəsini üstlənir. Eyni
zamanda şeirlər də səsləndirir.
Elvinin ən sevdiyi günlər illik və yarımillik qiymətlərinin
əla olmasını valideynlərinə çatdırdığı gündür. Çünki həmin gün valideynləri ürəkdən
sevinir və üzləri gülür.
Qazandığı uğurlara görə valideynlərinə və qardaşına
minnətdardı Elvin. Valideynləri onun gözəl təhsil alması üçün əllərindən gələni
əsirgəmirlər. Böyüyüb ali məktəbə qəbul olmaq və sonra yenə təhsilini davam
etdirib, alimlik dərəcəsi almaq arzusundadır.
Gələcəkdə savadlı, hüquqşunas olmaq istəyir, cəmiyyətdə olan
haqqsızlıqları görüb bu qərara gəlib.
Asudə vaxtlarında idman edir, rəsmlər çəkir. Həm də
bədii kitablar oxuyur.
Elvin dövləti, xalqı üçün yararlı kadr olmaq
arzusundadır. Onun gələcək planları lap çoxdur .
Bu kiçik hüquqşünasa gələcək həyatında uğurlar
arzulayırıq!
5 мая 2016 г.
Əliyev Rəşad Rasim oğlu
Əliyev Rəşad Rasim oğlu 4
iyun 2004-cü il Naxçıvan şəhərində anadan olub. Uşaqlığı dəcəl və şıltaq uşaq
olub. Yazıb-oxumağı bilirdi. Çünki uşaq evində müəlliməsi İlahə müəllimə öyrətmişdi.
İstedadı rəqs etməkdir və 7 yaşında başlayıb. Nənəsi Almaz tərəfində məsləhət
görülüb. Dərslərini yaxşı oxuyur. Ən çox sevdiyi fənn riyaziyyat fənnidir. Müəlliməsi
Ülviyyə müəllimə hər zaman məsələ həllində birinci yerdə olduğunu deyirdi. Yeni
il şənliklərində, məktəb tədbirləriində rəqs etmişdi. Ən maraqlı gün 4-cü sinif
buraxılışında tədbirdə rəqs etmişdi və bunun direktor Teyyubə müəllimə tərəfindən
bəyənildiyi üçün çox sevindi. Lada müəlliməyə özümü borclu bilirəm. Dənizçi
olmaq istəyirəm. Əmim kimi geoloq olmaq istəyirəm, yeni kəşflər etmək istəyirəm.
Kompyuterdə oyunlar oynayıram. Gələcək planlarım dənizçi olub, gəmilərlə səyahət
etmək və başqa dövlətə getməkdir. Bunun üçün dərslərimi yaxşı oxumalıyam. Əlbəttə
yaddaşlarda olmağı istəyirəm. Bunun üçün dərslərimi yaxşı oxumalıyam. Ona görə
də mənə oxumağı-yazmağı öyrədən Ülviyyə müəlliməmə borcluyam. Yaxşı rəqs
etdiyimə görə də Lada müəlliməmə təşəkkür edirəm. Biz əslində ailəmlə birlikdə
Naxçıvan şəhərinin Culfa rayonunda yaşayırdıq. Sonra Bakı şəhərinə gəldik. Mən
ailənin 2 uşağından böyük uşağam və 3 yaşında bacım var və mən bacımı çox sevirəm.
4 мая 2016 г.
Əliyeva Ayan Akif qızı
Əliyeva Ayan Akif qızı 25 fevral 2007-ci ildə Bakı
şəhərində anadan olub. Ayan körpəlikdə sakit, ağıllı, təmkinli bir uşaq olub.
Oyuncaqları ilə oynamağı çox sevir. Bacısı Dəniz və rəfiqəsi Fidanla hər zaman
maraqlı, intelektual oyunlar təşkil edib, böyük həvəslə də qurduqları oyunları
oynayıblar. Ayanın bir çox sevdiyi oyuncaqları var. Bunlardan ən çox sevdiyi “Şəhzadənin
Evi” oyuncağıdır. Ayan gəlinciklərinin üzlərini və saçlarını rəngli qələmlərlə
müxtəlif rənglərə boyamağı sevir. Ayanın üç yaşı olarkən Tofiq Ismayılov adına
Pionerlər Evində məktəbəqədər hazırlıq kursu keçib. Həmin təhsil ocağında əsasən
şifahi təfəkkürün inkişafı əsas istiqamətlərdən biri idi. Dörd yaşında Ayan
“Kinder Club” məktəbəqədər hazırlıq kursuna gedib, orada yazıb-oxumağı müəllimləri
tərəfindən öyrənib. Bundan əlavə Ayan həmin dərnəkdə rəqslə də məşğul olub. Üç
yaşından dərnəklərə getməyə başlayan Ayan, artıq dörd-beş yaşında təhsildə nəaliyyətlər
əldə etməyə başlayıb.Bunların nəticəsi olaraq ibtidai sinifi yaxşı qiymətlərlə
bitirib. Ayan Avropa Azərbaycan Məktəbidə təhsil alır.Dərslərinə qarşı çox məsuliyyətlidir.
Ən sevdiyi fənlər Azərbaycan, İngilis və Rus dilləridir.Uşaq şairi Zahid Xəlil
Avrova Azərbaycan məktəbinə qonaq olan zaman Ayan həmin tədbirdə aparıcılıq
edib.
Ayanın məşğul
olduğu rəsm dərnəyində keçirilən sərgi zamanı çəkdiyi rəsm əsəri bəyənilərək,
diploma layiq görülüb. “Kinder club” məktəbəqədər hazırlıq kursunda göstərdi nəaliyyətlərə
görə diplom alıb. Təhsil aldığı məktəbdə keçirilən yarışmada həftənin qalibi
olub və sertifikartla qiymətləndirilib.
Bununla yanaşı “Bir avuc renk, bir avuc yürek- Uluslararası Ayvalik
Cocuk Sanat Etkinligi” Beynəlxalq tədbirdə sertifikata layiq görülüb. Ayan nəaliyyətlərinə
görə öncə valideynlərinə, sonra isə müəllimlərinə borclu olduğunu söyləyir. Ən
çox atasına oxşamaq istəyir, çünki o, müxtəlif dillərdə danışa bilir. Bu da
Ayanda əcnəbi dillərə qarşı böyük maraq oyadır. Bununla yanaşı Ayanın digər
sevdiyi məşğuliyyəti də var. O, skripkanı mükəmməl şəkildə ifa etməyi bacarır.
Ən böyük istəyi də konsertlərdə çıxış etmək, rəsmdə gözəl əsərlər yaratmaq, ali
təhsil almaq və Azərbaycana layiqli vətəndaş olmaqdır.
Ayan asudə vaxtlarında misal, məsələ həll etməyi və
cizgi filminə baxmağı sevir. Çəkdiyi rəsm
əsərlərində sülh, mavi səma, dəniz, günəş şəkillərinə daha çox üstünlük verir.
Ayanın ən böyük hədələrindən biri də atasının məzun olduğu ADA Universitetində
təhsil almaq, əcnəbi dilləri öyrənmək və hal-hazırda təhsil aldığı Avropa Azərbaycan
Məktəbində müəllimə olaraq çalışmaqdır. Ayanın elmə, təhsilə olan
marağı,qavrama qabiliyyəti səbəbsiz yerə yaranmayıb. Çünki o, ziyalı ailənin
övladıdır. Anası həkim, atası isə biologiya elmləri namizədidir. Ailəsindən
aldığı mənəvi dəstəyin nəticəsi olaraq Ayan dərslərini yaxşı oxuyur və hər bir
işin öhdəsindən böyük məharətlə gəlir.
Abbasova Rəhimə Natiq qızı
Abbasova Rəhimə Natiq qızı dərslərini yaxşı oxuyur valideyinləri
və müllimləri də təsdiq edir ki, Rəhimə həmişə yaşıdlarından fərqli istedadlı
olub . Həm müllimlərinin həm də etrafındakıların sevimlisi olan Rəhimənin sözlərinə görə isə ən sevimli fənnləri kimya, fizika, riyaziyyat
və ingilis dilidir. Ümumiyyətlə ictimai
işlərdə, məktəbin bütün tədbirlərində iştirak etməyi çox sevirem. Belə tədbirlərdən
biri 13 fevral 2016-cı ildə xarici məktəblər arasında “Qardaşlaşmış
məktəblər” layihəsində çox yaxından iştirak etmişəm
və bu tədbirdə Rusiya, Türkiyə məktəbləri arasında qardaşlıq- tərəfdaşlıq layihəsinə
imza atmışam və bu məktəblər arasında seçilərək Azərbaycan Respublikası
Prezidenti yanında “Bilik fondu”nun sertifkatına layiq görülmüşəm.
Əldə etdiyim uğur və nailiyyətlərə görə təhsil aldığım Eldar Məmmədov adına
189-190 saylı orta məktəbin direktoru xanım Ceyran Quliyeva başda olmaqla, kimya müəlliməm Nərminə Cəfərqızına, fizika müəlliməm Sevda
Teymurqızına, rus -ədəniyyatı müəlliməm Sevda Zahidqızına, həmçinin bu
imkanları mənə yaradan valideyinlərimə
minnətdaram. Hər zaman özümü onlara borclu bilirəm. Həmişə öz üzərimdə
çalışmağı sevirəm və ən yüksək zirvəni əldə etməyi özümə hədəf götürürəm. Hədəfim
Vətənim Azərbaycanı dünya ölkələrində neft- kimya sahəsində daha yüksək nailiyyətlərlə
tanıtmaqdan ibarətdir. Gələcəkdə neft –qaz sənayesi üzrə tanınmış mühəndis
olmaq və öz ixtiralarımla ölkəmi daha yüksək zirvəyə qaldırmaq üçün bütün
imkanlardan istifadə etmək üçün qarşıma məqsəd qoymuşam. Kitabları çox sevən Rəhimə
asudə vaxtlarını kitab oxumağa sərf edir və düşünür ki, kitablar onun gələcək məqsədlərini
həyata keçirməyə çəx kömək edecək. Gələcək planları yalnız gözəl və savadlı mütəxəssis
olmaq və Azərbaycanın iqtisadi-sosial inkişafına təsir edən bütün imkanlardan səmərəli
istifadə etməkdir. Bir sözlə Vətənimin inkişafı üçün ona xidmət etməkdən qurur
duyuram.Öz yaşadığım ölkəyə layiqli bir şəxsiyyət olmalı və atdığım hər addımda
ölkənin mənafeyinə xidmət etməklə yaddaşlarda qalmaq istəyirəm. Biz də
istedadlar redaksiyası olaraq gələcək kimyaçımıza uğurlar arzu edirik zaman öz
atını gələcəyin üzərində çapır.
Gəncimova Samirə Fikrət qızı
Gəncimova
Samirə Fikrət qızı 21 sentyabr 2000-ci
ildə Qəbələ rayonunda dünyaya göz açıb. Balaca vaxtdan insanlara tez öyrəşən hərfləri
yazmaq və şəkil çəkməyə marağı olan uşaq olub. Böyük bacısı tərəfindən yazmağı
öyrədilib. İlk təhsili 1 sayli tam orta internat məktəbində olub. Hazırda 217
saylı tam orta məktəbdə oxuyur.
Samirə:
I sinifdən VI sinfə kimi həvəsim olub yaxşı oxumuşam, amma sonra rəsm çəkməyə
marağım oldu uzaqlaşa bilmədim rənglərin sehrindən. Dərslərə həvəsim azaldı. Ancaq
çalışacam daha yaxşı oyuxum. Sevdiyim fənnlərim kimya, informatika, xarici dillərdən
ingilis dilinə həvəs göstərirəm.Bayramlarda iştirak etmişəm tədbirlərdə (novruz
bayramı və yeni il) orda da rəqqasə rolunu uğurla tamaşaçılara nümayiş etdirmişəm.
Xeyr diplomla təltif edilməmişəm inşallah gələcəkdə böyük uğurlarım olar
layiqincə fəxri diplomlara layiq görülərəm.Valideyinlərimə və daha çox bacıma
oxşamaq istəmişəm. Mən hələki həvəskar rəssamam ona görə də heç bir hədəfim
yoxdur zaman göstərər bunu . Bu haqda hələ düşünmürəm. Asudə vaxtlarımda şəkil
çəkirəm istəyirəm daha gözəl portiretler yaradım, insanlar rənglərlə insanlarla
edə bilmədiyi söhbəti etsinlər. Ən çox məişət,
insan şəkilləri çəkməyə üstünlük verirəm. Həmişə istəmişəm ki, elə bir işim
olsun maddi vəziyyəti aşağı olan
insanlara kömək edim . Hacı Zeynalabiddin Tağıyev kimi humanist biri kimi
tarixin yaddaşında əbədi qalmaq istəyirəm .
3 мая 2016 г.
Haqverdiyeva Adilə Teymur qızı
Haqverdiyeva Adilə
Teymur qızı 22.07.2001-ci ildə
Bakı şəhərində anadan olub.Uşaq yaşlarından çox mehriban və ağıllı idi.Artıq iki yasındaykən o,rus və
azərbaycan dilində şeir və nağılları bilirdi.Dörd-beş yaşında valideynlərinə
oyuncaq əvəzinə kitablar aldırırmış.Adilə uşaqlıqdan çox mehriban və agıllı
olub.Yazmağı.oxumağı tez bir zamanda öyrənib.Hal-hazırda o,dərslərinə məsuliyyətlə
yanaşır, dərs əlaçısıdır,əqidəsini başqalarına anlatmaq üçün hərtərəfli biliyə
malik olmağa çalışır.Baxmayaraq ki,onun 15 yaşı var,yaşından artıq dünyagörüşünə
malikdir.Adilə orta məktəbdə dəfələrlə uğurlar əldə etmişdir.Kiçik siniflərdən
olimpiadalarda şeir söyləməklə fəxri fərman,məktəblərarası fənn
olimpiadasında rus dili və ədəbiyyat fənni
üzrə 1-ci yer əldə etmişdir.Və bunlardan əlavə tədbirlərdə fəal iştirakına görə
bir neçə fəxri fərmanla təltif olunub.Adilə adının mənası kimi özüdə çox düzgün qızdır.O, bütün fənlərə eyni həvəs
göstərir.Bunun səbəbi də müəllimlərinin savadlı,yüksək səviyyəli dərs keçmə
qabiliyyətlərinin olmasıdır.2015-ci ildə L. və M. Rastropoviçlər adına 21 saylı
11 illik musiqi məktəbinin fortopiano ixtisası üzrə tam kursunu bitirən Adilə rəsm
və rəqs dərnəklərinə də gedib.Bugünkü dövrdə ingilis dilinə də həvəs göstərir və
bunun nəticəsində ingilis dilində sərbəst danışır.Adilə 2015-2016 cı tədris
ilində uşaq-insan hüquqları haqqinda Konstitusiyadan öz fikirləriylə məlumat
vermiş və şəhərlərarası olimpiadada iştirak etmişdir. Həmçinin Azərbaycan
folklyor musiqisi festivalında “Sarı gəlin”mahnısı ilə iştirak etmiş və fərqlənmə
almışdır.Adilənin ən çox sevdiyi dərslər rus dili,ədəbiyyat,cəbr,həndəsədir.Təhsil
aldiğı 264 No məktəb-liseyin direktoru Qocayeva Sevda müəllimə də Adiləni vokal
bacarıqda olduğundan bir çox tədbirlərdə,festivallarda
iştirak etməsi üçün dəstəkləyir və uğur əldə edəcəyinə inanırAdilənin arzusu təkcə
ali məktəbi bitirmək deyil.O,sonradan magistratura təhsili də almaq istəyir.
Biz
də Adiləyə gələcək həyatında uğurlar arzu edirik.Güman edirik ki bundan sonra
qarşısına çıxan bütün çətinlikləri mətanətlə qət edecək və cəmiyyətə xeyir verə
biləcək bir övlad olacaq.
2 мая 2016 г.
Səfərov Cavid Ramil oğlu
Səfərov Cavid Ramil oğlu 1 sentyabr 1997-ci ildə
Ağdaş şəhərində anadan olub. Cavidlə söhbətimiz çox maraqlı alınıb. O, özü
haqqında danışanda onu dinləmək çox böyük zövq verir insana. Caviddən adının mənasını
və bu adı ona kimin verdiyini soruşanda Cavid bu barədə fəxrlə danışdı. Onun
sözlərinə görə bu adı ona babası verib – böyük mütəfəkkirimiz, dahi Cavidin əziz
xatirəsi ilə bağlı olaraq. Cavid bildirdi ki, sevimli babası hələ Cavid beşinci sinifdə oxuyanda vəfat edib,
adı ona babasında yadigar qalan tək şeydir. Buna görə də yaşadığı ömür yolunda
həmişə Cavid adını doğrultmağa çalışacaq.
Cavid ilk təhsilinə 2004-cü ildə Ağdaş şəhər 3
saylı orta məktəbin 1c sinfində başlayıb, 2008-ci ildə isə Ağdaş şəhər
M.Şeyxzadə adına THT təmayüllü gimnaziyanın beşinci sinfinə qəbul olub. Məktəbəqədərki
dövrdə Cavidin ən sevimli məşğuliyyəti rəsm olub. Uşaqlıqdan bu sahəyə böyük
marağı olduğundan, əvvəllər təxminən heçə bərabər olan əl qabiliyyətini getdikcə
inkişaf etdirib, əlindən gələni əsirgəməyib. Məktəb həyatına başlayanda isə bu
qabiliyyətini artıq təkmilləşdirib. Təxminən yeddi - səkkizinci siniflərdə oxuyanda artıq istənilən bir nümunəyə
baxmaqla onun rəsmini asanlıqla çəkə bilib, müəllimi də onun rəsmlərini bəyənib.
Hətta müəllimi onun çəkdiyi rəsmlərin toplandığı albomu özü ilə götürərək digər
siniflərdəki şagirdlərə nümunə göstərib. Cavidin fikrincə, gözəl rəsm çəkməyinin
əsas səbəbi yorulmadan öz üzərində işləməsi olub. Cavid məktəbə getməzdən əvvəl
yazıb – oxumağı bacarmayıb. Bunları yalnız məktəbdə öyrənib. İlk vaxtlarda
uğurlu alınmasa da getdikcə yüksək səylə öz üzərində işləməsi öz bəhrəsini
verib, tədricən sinifdəki yaşıdlarını qabaqlaya bilib. 2015-ci ildə M.Şeyxzadə
adına THT təmayüllü gimnaziyanın məzunu
olub, TQDK – nın keçirdiyi qəbul imtahanında 681 bal toplayaraq Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul
olub. Təhsildən əlavə məşğuliyyətlərindən
biri məsciddə ərəb əlifbasını öyrənməsi olub, bundan sonra o müstəqil şəkildə
Qurani – Kərimi oxumağı öyrənib. Məsciddə uşaqlar arasında dini biliklər üzrə
keçirilən kiçik, həvəsləndirici yarışlarda iki dəfə yoldaşlarını qabaqlayaraq
birinciliyə layiq görülüb, buna görə də müxtəlif dini kitablarla
mükafatlandırılıb.
İxtisası ilə bağlı maraq Caviddə 10-cu sinifdə
oxuyanda yaranıb. O vaxta qədər isə həkimlik, hüquqşünaslıq və digər
ixtisaslara marağı olub. Amma sonradan hiss edib ki, Dövlət İdarəçilik işlərində
olması onun daha yaxşı nəticələr əldə etməsinə şərait yaradacaq. Gələcəkdə vətənimiz
Azərbaycan üçün, onun inkişafı, dirçəlməsi, gələcəkdə tam inkişaf etmiş bir
dövlət olması üçün əlindən gələni edəcəyinə söz verib. Məqsədlərinə, arzularına
çatmaq üçün təbii ki, gözəl, yüksək dərəcəli ali təhsil almaq lazımdır. Beləliklə,
Cavid qarşısına məqsəd qoyub ki, idarəçilik işlərində ona ən yaxşı təhsili verə
biləcək universitetə daxil olsun və o, bunu bacarıb – Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub. Doqquzuncu
sinifdən etibarən bu Akademiyaya qəbul olmağı qarşısına məqsəd qoyub. Əvvəllər
“Dövlət və Bələdiyyə idarəetməsi” ixtisasına marağı daha çox olub. Cavid bunun bir
səbəbini də altı il ərzində sinif nümayəndəsi olaraq, sinfin idarəçilik işlərində
uğurlu nəticələr əldə etməsi ilə izah edir. Qazandığı uğurlar sayəsində məktəb
rəhbərliyi tərəfindən həmişə digər sinif şagirdlərinə örnək göstərilib. Sinif
idarəetmə işlərini bacardığını görəndə Cavid “Dövlət idarəetmə” işlərini də
bacaracağına ümid edib. Beləcə, bu ixtisasa yönəlib. Amma sonradan, daha dəqiq
desək, 10-11-ci siniflərdə oxuyanda, ölkəmizi xaricdə təmsil edə bilmək, Azərbaycanı
beynəlxalq aləmdə güclü, suveren, demokratik bir ölkə kimi tanıtmağa şans
yarada biləcək bir işdə daha uğurlu olacağına ümid edərək “Beynəlxalq münasibətlər”
ixtisasına qəbul olmaq üçün hazırlaşıb.
Orta məktəbdə oxuyanda əlaçı olub, fənlər arasında
seçim etmədən, hər birini yaxşı oxumağa çalışıb. Amma təbiidir ki, bəzi fənlərə
digərlərindən daha çox marağı olub, bunların arasında ana dili, riyaziyyat,
tarix, ingilis dili fənlərini qeyd edə bilərik. Təbii ki, ixtisas qrupunu seçərkən
də bu fənlərə olan marağının təsiri böyük olub.
Cavid orta məktəbdə keçirilən intellektual
yarışların demək olar ki, hamısında iştirak edib. Bunlardan ən maraqlısı
parallel siniflər arasındakı yarışlar olub, bu yarışlarda Cavid qrup rəhbəri
olub. Qalib gəldikləri bütün yarışlarda “Tərifnamə” ilə təltif olunublar. Məktəbdə
müxtəlif fənlər üzrə keçirilən gecələrdə də qrup yarışmaçısı olaraq iştirak
edib və fəal iştirakına görə “Fəxri Fərman”la təltif olunub. Bəzi fənn gecələrində
isə aparıcı qismində çıxış edib. Bunlardan əlavə, istər məktəbdəki, istərsə də
rayon səviyyəli ictimai tədbirlərdə, bəzən aparıcı kimi, bəzən də şeirlərlə
çıxış edib. Amma bununla kifayətlənməyib, bəzən aktyor qismində də müxtəlif tədbirlərdəki
iştirakını xatırlayır. Buna misal olaraq S.Rüstəmin “Ana və poçtalyon” əsərindəki
poçtalyon rolunu ifa etməsini göstərə bilərik. Cavidin belə yarışlarla bağlı
xatirələri çoxdur. Bu da onun məktəb tədbirlərindəki fəal iştirakı ilə əlaqədardır.
Cavid, hal-hazırda ali məktəbdə də dərslərini yaxşı
oxuyur. Əlindən gəldiyi qədər bütün fənlərə ciddi yanaşır. Dərsləri ilə məşğul
olanda sadəcə kitablarla kifayətlənmir, internetdən də əlavə məlumatlar
toplayır. Ali məktəbdə də orta məktəbdə olduğu kimi uğurlar qazanmaq üçün var
qüvvəsi ilə çalışır.
Həyatında maraqlı və uğurlu günləri çox olan Cavid,
ilk ağlına gələn maraqlı hadisəni bizimlə bölüşdü: 24 noyabr 2010-cu il. Həmin
gün Xalq Şairi Fikrət Qocanın 75 illik yubileyi münasibətilə Ağdaş şəhərində
keçirilən şeir müsabiqəsinin qalibi olub. Cavid bunu özünün ən böyük
uğurlarından biri kimi qeyd edir. Çünki bu müsabiqədə şəhərin bütün məktəblərindən
olan şagirdlər iştirak ediblər. Onların içərisində fərqlənmək, qalib olmaq
Cavid üçün böyük və gözəl bir nəticə olub. Tədbirdə 3 böyük insanın: Fikrət
Qoca, Habil Əliyev və Bəkir Nəbiyevin iştirak etməsi bütün şəhər əhalisi ilə bərabər
Cavidi də sevindirib və tədbiri onun üçün daha da maraqlı edib. O, çox sevinir
ki, hər kəsə nəsib olmayan bu xoşbəxtlik: həmin insanlarla görüşmək ona nəsib
olub. Amma tədbirin ən unudulmaz anlarından biri kimi, bu şəxsiyyətlər binanın
foyesinə daxil olan zaman onların qarşısında Cavidə qalibiyyət gətirən “Dədə
Qorqud” şeirini söyləməklə, Fikrət Qocanı gül dəstəsi ilə təbrik etməsini qeyd
edir. Təbrikdən sonra Bəkir Nəbiyevlə olan görüşü də möhtəşəm tədbiri yaddaşına
qızıl hərflərlə yazmasına səbəb olub.
Seçdiyi ixtisasa yiyələnməkdə, qəbul imtahanında
yüksək nəticə əldə etməsində əməyi olan insanlara minnətdarlıq edən Cavid, bu
insanların arasında xüsusilə həyatdakı ən dəyərli varlığı olan anasının adını çəkir.
Cavid belə deyir: “Əgər o arxamda durmasaydı, mənim hazırlaşmağım üçün şərait
yaratmasaydı bəlkə də mən bu gün bu nəticəni əldə etməzdim. Buna görə də ən çox
anama borcluyam. O, mənim yaxşı təhsil almağım, hazırlaşmağım üçün əlindən gələni
əsirgəmir. Bunu da sırf mənim gələcəkdə öz işini qura bilən, ali təhsilli bir
insan olmağım üçün edir. Mən də anamın mənə çəkdiyi əziyyəti əlimdən gələn qədər
itirməməyə çalışıram və ömür boyu çalışacam.” Anasından sonra belə insanların
sırasında təbii ki, müəllimlərini də vurğulayır. Müəllimlərindən öyrəndiklərinin
sayəsində elmi işlərdə, imtahanlarda uğurlu nəticələr göstərdiyini vurğulayır:
“Anam, müəllimlərim və mənə dəstək olan hər kəs, var olun! Yaxşı ki, varsınız!”
Cavid gələcəkdə dövlətimizin inkişafı üçün əlindən
gələni edəcək. Bu işdə onun başlıca örnəyi Ümummilli liderimiz Heydər
Əliyevdir. Ali məktəbi bitirdikdən sonra, Xarici İşlər Nazirliyində, Səfirliklərdə
işləməyi arzu edir. Azərbaycanın ABŞ-dakı, yaxud Böyük Britaniyadakı səfiri
olmaq ən böyük arzusudur. Əgər bu arzusuna nail olsa, dövlətimizin inkişafı və
həmçinin həmin ölkələrlə əlaqələrinin genişlənməsində müsbət rol oynayan işlər
görəcəyinə inanır.
Asudə vaxtlarında onun ən sevimli məşğuliyyəti bədii
kitablarla söhbət etməkdir. Xüsusilə, klassiklərimizin əsərləri ilə, dünya ədəbiyyatı
ilə tanış olmaqdan zövq aldığını bildirir. Bundan başqa, internetdə dünya
xalqlarının tarixi ilə maraqlanaraq, tarixi abidələr haqqında məlumat
toplayaraq intellektual səviyyəsini bir az da artırır. Təbii ki, təbiətin
qoynunda olmaq, təbiətlə təmasa girmək də onun çox xoşuna gəlir.
Orta məktəbdə təhsil
aldığı müddət ərzində dəfələrlə şagird mətbuat orqanlarında və şəhər qəzetlərində
onun uğurları və nailiyyətləri haqqında müəyyən məlumatlar dərc edilmişdir.
Подписаться на:
Сообщения (Atom)




























