İsmayıl
Fateh Söhrab oğlu 2009-cu ildə iyun ayının 6-da Bakı şəhərində dünyaya gəlmişdir.Fateh
2015-ci ildən orta məktəbə gedir,amma buna baxmayaraq o hələ daha erkən
yaşlardan valideyinlərinin və Kaspi-Kids məktəbə qədər tədris mərkəzindəki müəllimlərinin
sayəsində oxuma və yazma vərdişlərinə yiyələnmişdi. Fateh hələ uşaq baxçasında
olarkən müəllimlərinin etimadını qazanır.Belə ki, Kaspi-kids mərkəzinin müəllim
heyəti onun valideyinlərinə övladlarının çalışqan,istedadlı,intizamlı olması barədə məlumatlandırıblar.Valideyinləri
də qeyd edirki,Fateh təkcə öz dərslərini yaxşı oxumaqla bnərabər,həmçinin məktəb
tədbirlərində,sinif daxili tədbirlərdə,bayram şənliklərində fəal iştirak edir.Təhsil
aldığı İ.Əfəndiyev adına Elitar Gimnaziyada bir sıra bilik və idman
yarışlarında iştirak edərək diplom və mükafatlar qazanmışdır.Fateh uğur
qazandığı günləri ən sevindirici və yadda qalan günlər olduğunu bildirir. Uğurlarına
və nailiyyətlərinə görə özünü valideyinlərinə və müəllimlərinə borclu olduğunu
deyir.Məktəbdə tədris olunan fənlərin hər birini yaxşı oxuyan Fatehin sevdiyi fənlər
isə riyaziyyat,ana dili və fiziki-tərbiyədir.Kiçik yaşlı uşaqlar adətən özlərinə
bir ideal seçir və ona bənzəməyə çalışırlar.Fateh isə böyüyəndə heç kimə bənzəmək istəmir,özü kimi
olmaq,arzularına uyğun həyat yolunu addımlamaq istəyir. Fateh vətəninə,millətinə
bağlı bir övladdır. Elə bu səbəbdəndir ki,gələcəyin iqtisadçısı olan balaca qəhrəmanımız bir iqtisadçı kimi ölkəsini xaricdə uğurla təmsil
etmək arzusundadır.
Bu Azərbaycanın istedadlı yeniyetmə və gənclərinin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycan XXI əsrə istedadlarla" adlı kitab-almanaxının elektron variantıdır.
elan
1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru
13 сентября 2016 г.
12 сентября 2016 г.
Qulizadə Aysel Ramiq qızı
Qulizadə Aysel Ramiq qızı 2007-ci ildə Ağcəbədi
rayonun Hindarx qəsəbəsində anadan olmuşdur.Aysel
körpəlikdə cizgi filmlərinə baxmağı
sevir,cizgi qəhrəmanları ilə maraqlanırdı.Hələ balacalıqdan idmanı sevən Aysel kiçik idman hərəkətləri ilə
etməyi öyrənmişdi.İbtidai sinif müəlliməsi olan Ayselin anası Aliyə xanım
qızının təlim-tərbiyəsi ilə hələ o məktəbə getməzdən məşğul olmağa
başlamışdır.Beləki,Aysel məktəbə gedənə qədər yazıb-oxumağı bacarır və 4
yaşından artıq xeyli şeir əzbərləmişdi.
Hal-hazırda Hindarx qəsəbə Qaraş Əliyev adına 3
saylı əsas orta məktəbin IV sinfində təhsil
alır.Sinif rəhbəri Xudiyeva Sevil müəllimə
Ayselin çox çalışqan və intizamlı bir şagird olduğunu deyir. Bütün fənlər üzrə
5 qiyməti alan Ayselin ən çox sevdiyi fənn riyaziyyatdır.Bununla yanaşı
məktəbdə təşkil olunan müxtəlif tədbirlərdə fəal iştirak edir, şeir söyləyir,
müxtəlif məzmunlu mahnı oxuyur.
Təhsilə böyük marağı və həvəsi olan Aysel elə həyatının
ən maraqlı, uğurlu gününü də məktəbə getdiyi gün olduğunu hesab edir.Böyüyəndə
həkim olmaq istəyən qəhrəmanımız 6 yaşından bu haqda düşünmüş.O, uşaqlara
yardım göstərmək üçün bu peşəyə yiyələnmək istəyir.
Asudə vaxtını səmərəli keçirməyi üstün tutan Aysel
boş vaxtlarında nağıl kitabları oxumağı çox sevir. 3 yaşlı bacısı Aytac üçün
nağıllar oxuyur və onda da kitaba sevgi yaratmağa çalışır.
9 сентября 2016 г.
Nəzərli İsmayıl Qüdrət oğlu
Nəzərli İsmayıl Qüdrət oğlu 23 aprel 1999-cu
ildə Abşeron rayonunun Masazır qəsəbəsində anadan olub. İlk təhsilini Xırdalan şəhər
bir saylı orta məktəbdə almış və 2016-ci ildə həmin məktəbin məzunu olmuşdur.Dərslərini
əla oxuyan və daha çox təbiət elimləri ilə maraqlanan gənc həkim biologiya və
coğrafiyaya daha çox ütünlük verir. Məktəbdə keçirilən tədbirlərdə (Xocalı bizim qan yaddaşımızdır) fəal
iştirak edərək yaşıdlarından fərqlənən İsmayıl müəllim və
şagird heyyətinin həmişə hörmətini qazanmışdır. Uğurlarına görə ailəsinə və müəllimlərinə
çox sağol desə də, həyatda heç kimə
oxşamaq istəmir düşünür ki, gələcəkdə hamıya örnək olacaq obraz yarada biləcək. Gələcəkdə
cərrah olmaq istəyən İsmayıl bu peşəni seçməkdə səbəb özünün uşaq vaxtı
keçirdiyi qəza ilə görür.Özünü xilas edən həkimə söz verdiyini və onun kimi
savadlı həkim olacağını dediyini vurğulayır. Asudə vaxtlarını idmanla məşğul
olur, televizora baxır və eyni zamanda mutaliə edir. Bədii yaradıcılıqda isə
daha çox real üslubda olan əsərləri oxumağı sevir. Gələcəkdə isə Tibb
Universitetini qurtardıqdan sonra rezirentura təhsilini Türkiyədə davam etdirmək
və uzmanlıq dərəcəsi almaq istəyir.Ən büyük arzusu isə
“Nobel” mükafatı almaqdır.Tarixin yaddaşında qalmaq üçün yeni-yeni ixtiralar edərək
və cəmiyyətə yararlı biri olaraq qalmaq mümkün olduğunu deyir.Valideyinlərinin
sözlərinə görə İsmayıl uşaq vaxtı hər şeylə maraqlanan və yaşıdlarından fərqlənən
uşaq olub öyrəndiklərini başqalarına danışmaqdan çəkinməyib. Həmişə istəyirdi
ki, sehirli çubuğu olsun bunun səbəbi İsmayılın çox humanist olmağı idi. Məktəbə
getmədən yazıb-oxumağı bilirdi.Biz də İstedadlar Redasiyası olaraq gənc həkim
İsmayıla uğurlar arzu edirik!!!
4 сентября 2016 г.
Bayramlı Zəhra Rasim qızı
Zəhra 2012-ci
ildə Tahir Həsənov adına 23 saylı orta məktəbin I sinfinə qəbul olundu. Müəllimi
Solmaz xanım Zəhradan həmişə çox razılıq edib. Onun bildirdiyinə görə Zəhra həmişə
suallara qeyri adi və özünəməxsus şəkildə cavab verir. II sinifdə oxuyarkən “Nağıllar
ailəminə səyahət” adlı əbədi-bədii kompozisiya üçün hazırladığı maraqlı əl işinə
görə təltifnaməylə təltif olunmuşdur.
Novruz
bayramında həm aparıcı, həm də iştirakcı qismində çıxış edib. "Biz nə
oxuyuruq" adlı əbədi-bədii tədbirin hesabat konsertində isə aparıcı
qismində çıxış edib. Dəfələrlə fəxri fərmanlar və diplomla təltif olunub. Açıq
dərslərdə fəal iştirak edib. Çox gözəl musiqi duyumu var.
Asudə
vaxtlarında şeir deməyi, rəsm çəkməyi sevir. Heyvanları da çox sevir. “İctimai”
televiziyanın çəkdiyi “Dərsdən sonra” adlı verilişdə rəssam Arif Məlikovla birgə
rol alıb.
Əldə etdiyi
naliyyətlərlə bağlı valideyilərinə və müəlliminə minətarlığımı bildirən Zəhra nəticə
çıxartmağı, analiz etməyi bacarır. İnsanlarla ünsiyyətə tez girir. Rəssam və hakim
olmaq isdəyir.
Zəhra balamız
çox ağıllı bir uşaqdır. Ən böyük arzusu tanınmış insan olmaq və qocalar evi
tikdirib onları himayəsi altına almaqdır. Hər işdə lider olmağı sevir.
Biz redaksiyamız
adına sənə həyat yollarında uğurlar arzu edirik.
3 сентября 2016 г.
Qasımova Fidan Emil qızı
Qasımova Fidan Emil qızı 19 sentyabr 2004-cu il tarixində Bakıda anadan olmuşdur. 2011-ci ildə Bakı şəhərinin Tahir Həsənov adına 23 saylı məktəbə getmişdir və hazırda həmin məktəbdə oxuyur.
Artıq uşaq
vaxtlarından Fidanda musiqiyə, incəsənətə və idmana maraq özünü göstərməyə
başlayıb. Ona görə də o, hələ məktəbdən qabaq musiqi dərslərinə gedirdi, pianoda
ifa etməyi öyrənmişdi. Burada qeyd etmək lazımdır ki, onun babası Yusif Qasımov
milli rəqs üzrə Azərbaycan Respublikasının xalq artisti, nənəsi Səbinə Qasımova
əməkdar artistdir və hazırda onlar Bakı Xoreoqrafiya Akademiyasının müəllimləridir.
Akademiyada keçirilmiş bir neçə tədbirə Fidan da dəvət olunmuşdur və ilk tədbirdən
sonra milli rəqs öyrənmək istəmişdir. I və IV siniflərin başa çatması münasibətilə məktəbdə
təşkil olunmuş konsertlərdə Fidan solo rəqsi ilə çıxış etmişdir və onun rəqs
ifası qurultulu alqışlara səbəb olub. Ümumiyyətlə demək olar ki, Fidanın rəqsə
marağı onun babası və nənəsi tərəfindən oyadılmışdır.
Qeyd etmək
lazımdır ki, Fidanın uşaqlığı Azərbaycanda yox xaricdə keçmişdir. Üç yaşına qədər
o valideynlərilə birlikdə İsveçrədə yaşamışdır. Daha sonra yeddi yaşına qədər Misirdə
olmuşdur. Misirdə olarkən irland məktəbinə hazırlıq dərslərinə gedirdi və orada
ingilis dilini öyrənmişdir.
Bakıya
qayıtdıqdan sonra 23 saylı məktəbə getməyə başlamışdır. Və orada da əla qiymətlərlə
oxumaqla bərabər təşkil olunan müxtəlif tədbirlərdə və müsabiqələrdə fəal
iştirak edir. Fidanın ən sevimli fənləri ədəbiyyat, ingilis və alman dilləri, musiqi,
riyaziyyət və rəsmdir.
Onun sözlərinə
görə, gələcək planları barədə hələlik düşünmür, çünki istəkləri çoxdur. O
bildirmişdir ki, hansısa qərar qəbul etmək üçün, bu barədə ciddi düşünmək
lazımdır. Hələlik dərslərlə məşğuldur və gələcək planları ilə bağlı hər hansı
bir qərar qəbul etmək üçün xeyli vaxt var.
1 сентября 2016 г.
Babayev Fərat Fərhad oğlu
Babayev Fərat Fərhad oğlu 2 fevral 2007-ci ildə Bakı şəhərində anadan
olub. Hazırda 6 saylı məktəb-liseydə təhsil alır. Dərs əlaçısıdır, ən sevdiyi fənnləri
riyaziyyat, ingilis-dili, informatikadır. Məktəbdə keçirilən bütün tədbirlərdə
fəal iştirak edən Fəratın ən uğurlu rolu Nizami Gəncəvinin obrazı olub, bu
obrazı həm böyük həvəslə ifa edib, həm də özünün peşəkarlığı sayəsində uğurlu
alınıb. Fəratın uğurları bununla da bitmir şahmatdan dördüncü dərəcə qazanıb
hal-hazırda üçüncülük uğrunda mübarizə aparır. Şahmat yarışlarında fəal iştirak
edir, iki dəfə diplomla təltif edilib. Uğur və nəaliyyətləri çalışqanlığının nəticəsidir.
Fəratın şahmatla bağlı ən böyük arzusu Bakı çempionu olmaqdır. Ancaq gələcəkdə
isə tarixin yaddaşında iqtisadçı kimi qalmaq istəyir. Asudə vaxtlarını
üzgüçülüklə məşğul olur və balaca qardaşı ilə vaxt keçirib, maraqlı oyunlar
oynamağı çox sevir. Fərat vətənpərvərlik mözuzunda yazı yazmağı düşünür bu onun
vətənini çox sevməyindən irəli gəlir. Valideynlərinin arzusu Fəratı savadlı, vətənpərvər
vətəndaş kimi görməkdir. Fərat da onların bu arzusunu gərşəkləşdirmək fikrindədir.
Dərslərini əla oxuyub ali məktəbə qəbul olmaq və eyni zamanda xaricdə təhsil
almaq vətənini xaricdə təmsil edib xalqına layiq vətəndaş olmaq istəyir. Valideynləri
Fəratın uşaq vaxtı çox sakit uşaq olduğunu deyirlər uşaqlıqdan rəsmlə məşğul
olub. Rəsm müəlliməsi Xədicə xanım Əliyevadan dərs alıb. Daha sonra isə bir
müddət rəqslə maraqlandı, milli rəqsləri çox gözəl ifa edir. Dörd yaşından
artıq hərfləri tanıyırdı televizordan soruşa-soruşa öyrənib öz həvəsi ilə. Fəratın
anası qeyd edir ki, Fəratın bu uğurlarında Bakı Avropa liseyində məktəbəqədər
hazırlıq müəllimi Mehriban xanımın rolu böyükdür.
6 yaşından şahmata olan marağı onu müəllimlə hazırlaşmağa qədər
apardı. Müəllimi Natəvan Yılmazova 2 saylı İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq Gənclər Şahmat İdman Məktəbinin məşqçi-müəllimi, üçqat
respublika, yeddiqat Bakı çempionudur. Müəllimi Fəratın şahmat sahəsindəki
uğurlarına çox inanır.
Подписаться на:
Сообщения (Atom)
























































