elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

9 сентября 2016 г.

Nəzərli İsmayıl Qüdrət oğlu

Nəzərli İsmayıl Qüdrət oğlu 23 aprel 1999-cu ildə Abşeron rayonunun Masazır qəsəbəsində anadan olub. İlk təhsilini Xırdalan şəhər bir saylı orta məktəbdə almış və 2016-ci ildə həmin məktəbin məzunu olmuşdur.Dərslərini əla oxuyan və daha çox təbiət elimləri ilə maraqlanan gənc həkim biologiya və coğrafiyaya daha çox ütünlük verir. Məktəbdə keçirilən tədbirlərdə  (Xocalı bizim qan yaddaşımızdır) fəal iştirak  edərək  yaşıdlarından fərqlənən İsmayıl müəllim və şagird heyyətinin həmişə hörmətini qazanmışdır. Uğurlarına görə ailəsinə və müəllimlərinə çox sağol desə də,  həyatda heç kimə oxşamaq istəmir  düşünür ki, gələcəkdə  hamıya örnək olacaq obraz yarada biləcək. Gələcəkdə cərrah olmaq istəyən İsmayıl bu peşəni seçməkdə səbəb özünün uşaq vaxtı keçirdiyi qəza ilə görür.Özünü xilas edən həkimə söz verdiyini və onun kimi savadlı həkim olacağını dediyini vurğulayır. Asudə vaxtlarını idmanla məşğul olur, televizora baxır və eyni zamanda mutaliə edir. Bədii yaradıcılıqda isə daha çox real üslubda olan əsərləri oxumağı sevir. Gələcəkdə isə Tibb Universitetini qurtardıqdan sonra rezirentura təhsilini Türkiyədə davam etdirmək və  uzmanlıq  dərəcəsi almaq istəyir.Ən büyük arzusu isə “Nobel” mükafatı almaqdır.Tarixin yaddaşında qalmaq üçün yeni-yeni ixtiralar edərək və cəmiyyətə yararlı biri olaraq qalmaq mümkün olduğunu deyir.Valideyinlərinin sözlərinə görə İsmayıl uşaq vaxtı hər şeylə maraqlanan və yaşıdlarından fərqlənən uşaq olub öyrəndiklərini başqalarına danışmaqdan çəkinməyib. Həmişə istəyirdi ki, sehirli çubuğu olsun bunun səbəbi İsmayılın çox humanist olmağı idi. Məktəbə getmədən yazıb-oxumağı bilirdi.Biz də İstedadlar Redasiyası olaraq gənc həkim İsmayıla uğurlar arzu edirik!!!

Комментариев нет:

Отправить комментарий