Qulizadə Aysel Ramiq qızı 2007-ci ildə Ağcəbədi
rayonun Hindarx qəsəbəsində anadan olmuşdur.Aysel
körpəlikdə cizgi filmlərinə baxmağı
sevir,cizgi qəhrəmanları ilə maraqlanırdı.Hələ balacalıqdan idmanı sevən Aysel kiçik idman hərəkətləri ilə
etməyi öyrənmişdi.İbtidai sinif müəlliməsi olan Ayselin anası Aliyə xanım
qızının təlim-tərbiyəsi ilə hələ o məktəbə getməzdən məşğul olmağa
başlamışdır.Beləki,Aysel məktəbə gedənə qədər yazıb-oxumağı bacarır və 4
yaşından artıq xeyli şeir əzbərləmişdi.
Hal-hazırda Hindarx qəsəbə Qaraş Əliyev adına 3
saylı əsas orta məktəbin IV sinfində təhsil
alır.Sinif rəhbəri Xudiyeva Sevil müəllimə
Ayselin çox çalışqan və intizamlı bir şagird olduğunu deyir. Bütün fənlər üzrə
5 qiyməti alan Ayselin ən çox sevdiyi fənn riyaziyyatdır.Bununla yanaşı
məktəbdə təşkil olunan müxtəlif tədbirlərdə fəal iştirak edir, şeir söyləyir,
müxtəlif məzmunlu mahnı oxuyur.
Təhsilə böyük marağı və həvəsi olan Aysel elə həyatının
ən maraqlı, uğurlu gününü də məktəbə getdiyi gün olduğunu hesab edir.Böyüyəndə
həkim olmaq istəyən qəhrəmanımız 6 yaşından bu haqda düşünmüş.O, uşaqlara
yardım göstərmək üçün bu peşəyə yiyələnmək istəyir.
Asudə vaxtını səmərəli keçirməyi üstün tutan Aysel
boş vaxtlarında nağıl kitabları oxumağı çox sevir. 3 yaşlı bacısı Aytac üçün
nağıllar oxuyur və onda da kitaba sevgi yaratmağa çalışır.
Комментариев нет:
Отправить комментарий