elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

1 сентября 2016 г.

Babayev Fərat Fərhad oğlu

Babayev Fərat Fərhad oğlu 2 fevral 2007-ci ildə Bakı şəhərində anadan olub. Hazırda 6 saylı məktəb-liseydə təhsil alır. Dərs əlaçısıdır, ən sevdiyi fənnləri riyaziyyat, ingilis-dili, informatikadır. Məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edən Fəratın ən uğurlu rolu Nizami Gəncəvinin obrazı olub, bu obrazı həm böyük həvəslə ifa edib, həm də özünün peşəkarlığı sayəsində uğurlu alınıb. Fəratın uğurları bununla da bitmir şahmatdan dördüncü dərəcə qazanıb hal-hazırda üçüncülük uğrunda mübarizə aparır. Şahmat yarışlarında fəal iştirak edir, iki dəfə diplomla təltif edilib. Uğur və nəaliyyətləri çalışqanlığının nəticəsidir. Fəratın şahmatla bağlı ən böyük arzusu Bakı çempionu olmaqdır. Ancaq gələcəkdə isə tarixin yaddaşında iqtisadçı kimi qalmaq istəyir. Asudə vaxtlarını üzgüçülüklə məşğul olur və balaca qardaşı ilə vaxt keçirib, maraqlı oyunlar oynamağı çox sevir. Fərat vətənpərvərlik mözuzunda yazı yazmağı düşünür bu onun vətənini çox sevməyindən irəli gəlir. Valideynlərinin arzusu Fəratı savadlı, vətənpərvər vətəndaş kimi görməkdir. Fərat da onların bu arzusunu gərşəkləşdirmək fikrindədir. Dərslərini əla oxuyub ali məktəbə qəbul olmaq və eyni zamanda xaricdə təhsil almaq vətənini xaricdə təmsil edib xalqına layiq vətəndaş olmaq istəyir. Valideynləri Fəratın uşaq vaxtı çox sakit uşaq olduğunu deyirlər uşaqlıqdan rəsmlə məşğul olub. Rəsm müəlliməsi Xədicə xanım Əliyevadan dərs alıb. Daha sonra isə bir müddət rəqslə maraqlandı, milli rəqsləri çox gözəl ifa edir. Dörd yaşından artıq hərfləri tanıyırdı televizordan soruşa-soruşa öyrənib öz həvəsi ilə. Fəratın anası qeyd edir ki, Fəratın bu uğurlarında Bakı Avropa liseyində məktəbəqədər hazırlıq müəllimi Mehriban xanımın rolu böyükdür.

6 yaşından şahmata olan marağı onu müəllimlə hazırlaşmağa qədər apardı. Müəllimi Natəvan Yılmazova 2 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Şahmat İdman Məktəbinin məşqçi-müəllimi, üçqat respublika, yeddiqat Bakı çempionudur. Müəllimi Fəratın şahmat sahəsindəki uğurlarına çox inanır. 

Комментариев нет:

Отправить комментарий