elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

3 сентября 2016 г.

Qasımova Fidan Emil qızı


Qasımova Fidan Emil qızı 19 sentyabr 2004-cu il tarixində Bakıda anadan olmuşdur. 2011-ci ildə Bakı şəhərinin Tahir Həsənov adına 23 saylı məktəbə getmişdir və hazırda həmin məktəbdə oxuyur.
Artıq uşaq vaxtlarından Fidanda musiqiyə, incəsənətə və idmana maraq özünü göstərməyə başlayıb. Ona görə də o, hələ məktəbdən qabaq musiqi dərslərinə gedirdi, pianoda ifa etməyi öyrənmişdi. Burada qeyd etmək lazımdır ki, onun babası Yusif Qasımov milli rəqs üzrə Azərbaycan Respublikasının xalq artisti, nənəsi Səbinə Qasımova əməkdar artistdir və hazırda onlar Bakı Xoreoqrafiya Akademiyasının müəllimləridir. Akademiyada keçirilmiş bir neçə tədbirə Fidan da dəvət olunmuşdur və ilk tədbirdən sonra milli rəqs öyrənmək istəmişdir. I  və IV siniflərin başa çatması münasibətilə məktəbdə təşkil olunmuş konsertlərdə Fidan solo rəqsi ilə çıxış etmişdir və onun rəqs ifası qurultulu alqışlara səbəb olub. Ümumiyyətlə demək olar ki, Fidanın rəqsə marağı onun babası və nənəsi tərəfindən oyadılmışdır.
Qeyd etmək lazımdır ki, Fidanın uşaqlığı Azərbaycanda yox xaricdə keçmişdir. Üç yaşına qədər o valideynlərilə birlikdə İsveçrədə yaşamışdır. Daha sonra yeddi yaşına qədər Misirdə olmuşdur. Misirdə olarkən irland məktəbinə hazırlıq dərslərinə gedirdi və orada ingilis dilini öyrənmişdir.
Bakıya qayıtdıqdan sonra 23 saylı məktəbə getməyə başlamışdır. Və orada da əla qiymətlərlə oxumaqla bərabər təşkil olunan müxtəlif tədbirlərdə və müsabiqələrdə fəal iştirak edir. Fidanın ən sevimli fənləri ədəbiyyat, ingilis və alman dilləri, musiqi, riyaziyyət və rəsmdir.
Onun sözlərinə görə, gələcək planları barədə hələlik düşünmür, çünki istəkləri çoxdur. O bildirmişdir ki, hansısa qərar qəbul etmək üçün, bu barədə ciddi düşünmək lazımdır. Hələlik dərslərlə məşğuldur və gələcək planları ilə bağlı hər hansı bir qərar qəbul etmək üçün xeyli vaxt var.

Комментариев нет:

Отправить комментарий