elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

4 сентября 2016 г.

Bayramlı Zəhra Rasim qızı

 
Bayramlı Zəhra Rasim qızı 4 fevral 2006-cı ildə Bakı şəhərində dünyaya göz açmışdır. Zəhra balamız məktəbə gedənə qədər yazıb-oxumağı bacarırdı. Dərin düşüncəyə malik olan Zəhra valideynlərinin ona danışdığı nağılları uşaq dilində ətrafdakılara danışardı. Artıq 4 yaşında tevizorda cizgi filimlərinə baxa-baxa rus dilində sərbəst danışmağı bacarırdı. Musiqiyə çox həssas idi.
Zəhra 2012-ci ildə Tahir Həsənov adına 23 saylı orta məktəbin I sinfinə qəbul olundu. Müəllimi Solmaz xanım Zəhradan həmişə çox razılıq edib. Onun bildirdiyinə görə Zəhra həmişə suallara qeyri adi və özünəməxsus şəkildə cavab verir. II sinifdə oxuyarkən “Nağıllar ailəminə səyahət” adlı əbədi-bədii kompozisiya üçün hazırladığı maraqlı əl işinə görə təltifnaməylə təltif olunmuşdur.
Novruz bayramında həm aparıcı, həm də iştirakcı qismində çıxış edib. "Biz nə oxuyuruq" adlı əbədi-bədii tədbirin hesabat konsertində isə aparıcı qismində çıxış edib. Dəfələrlə fəxri fərmanlar və diplomla təltif olunub. Açıq dərslərdə fəal iştirak edib. Çox gözəl musiqi duyumu var.
Asudə vaxtlarında şeir deməyi, rəsm çəkməyi sevir. Heyvanları da çox sevir. “İctimai” televiziyanın çəkdiyi “Dərsdən sonra” adlı verilişdə rəssam Arif Məlikovla birgə rol alıb.
Əldə etdiyi naliyyətlərlə bağlı valideyilərinə və müəlliminə minətarlığımı bildirən Zəhra nəticə çıxartmağı, analiz etməyi bacarır. İnsanlarla ünsiyyətə tez girir. Rəssam və hakim olmaq isdəyir.
Zəhra balamız çox ağıllı bir uşaqdır. Ən böyük arzusu tanınmış insan olmaq və qocalar evi tikdirib onları himayəsi altına almaqdır. Hər işdə lider olmağı sevir.

Biz redaksiyamız adına sənə həyat yollarında uğurlar arzu edirik.

Комментариев нет:

Отправить комментарий