elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 сентября 2016 г.

İsmayıl Fateh Söhrab oğlu

İsmayıl Fateh Söhrab oğlu 2009-cu ildə iyun ayının 6-da Bakı şəhərində dünyaya gəlmişdir.Fateh 2015-ci ildən orta məktəbə gedir,amma buna baxmayaraq o hələ daha erkən yaşlardan valideyinlərinin və Kaspi-Kids məktəbə qədər tədris mərkəzindəki müəllimlərinin sayəsində oxuma və yazma vərdişlərinə yiyələnmişdi. Fateh hələ uşaq baxçasında olarkən müəllimlərinin etimadını qazanır.Belə ki, Kaspi-kids mərkəzinin müəllim heyəti onun valideyinlərinə övladlarının çalışqan,istedadlı,intizamlı  olması barədə məlumatlandırıblar.Valideyinləri də qeyd edirki,Fateh təkcə öz dərslərini yaxşı oxumaqla bnərabər,həmçinin məktəb tədbirlərində,sinif daxili tədbirlərdə,bayram şənliklərində fəal iştirak edir.Təhsil aldığı İ.Əfəndiyev adına Elitar Gimnaziyada bir sıra bilik və idman yarışlarında iştirak edərək diplom və mükafatlar qazanmışdır.Fateh uğur qazandığı günləri ən sevindirici və yadda qalan günlər olduğunu bildirir. Uğurlarına və nailiyyətlərinə görə özünü valideyinlərinə və müəllimlərinə borclu olduğunu deyir.Məktəbdə tədris olunan fənlərin hər birini yaxşı oxuyan Fatehin sevdiyi fənlər isə riyaziyyat,ana dili və fiziki-tərbiyədir.Kiçik yaşlı uşaqlar adətən özlərinə bir ideal seçir və ona bənzəməyə çalışırlar.Fateh isə böyüyəndə  heç kimə bənzəmək istəmir,özü kimi olmaq,arzularına uyğun həyat yolunu addımlamaq istəyir. Fateh vətəninə,millətinə bağlı bir övladdır. Elə bu səbəbdəndir ki,gələcəyin  iqtisadçısı olan balaca qəhrəmanımız  bir iqtisadçı kimi ölkəsini xaricdə uğurla təmsil etmək arzusundadır.

Комментариев нет:

Отправить комментарий