elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

25 февраля 2014 г.

Ayxan Rauf oğlu Abbaszadə

 
Ayxan Rauf oğlu Abbaszadə 21 sentyabr 2007-ci ildə Bakı şəhərində dünyaya gəlib. Maştağa qəsəbəsindəki C. Cabbarlı adına 187 saylı orta məktəbin I sinif şagirdidir. 
Ayxan körpəlikdə uşaq­lar üçün intelektual veri­lişlərə maraqla baxırdı. Onun təhsilə marağını gö­rən valideynləri Ayxanı hazır­lığa yazdırdılar. Ay­xan hazırlığa gedəndə ən çox sevdiyi fənn olan riyaziyyatdan çox suallara cavab verirdi. Məktəbə gedənə qədər yazmağı, çıxma və toplama əməlini sərbəst bilirdi. Çoxlu şeir, nağıl da öyrənmişdi. Ayxanın rəsmə və plastlinlə əl işləri düzəltməyə də marağı böyükdür. Təsviri incəsənət maraq onda 4 yaşında yaranıb. Bibisi qızı Höküməxanımın sayəsində Ayxan rəsm çəkməyə və rəqs etməyə maraq göstərib. 
Ayxan dərslərini əla qiymətlərlə oxuyur və bütün fənləri çox sevir. Novruz bayramı şənliyində şeir və bayatılar söyləyib. Həyatında ən maraqlı gün məktəbə ilk addım atdığım günü hesab edir. Uğur əldə etməyimə görə ilk müəllimi Vüsalə xanıma və anama borcluyam deyir. 
Ayxan atası kimi dövlət qulluqçusu olmaq, polisin ən yüksək zabit rütbəsinə qədər yüksəlmək istəyir. Dövlətimizin keşiyində daim duracağına, cinayətkarlığa qarşı mübarizə aparacağına söz verir. 
Ayxan asudə vaxtlarında futbol oynayır, cizgi filminə baxır. Gələcək üçün əsas planı orta məktəbi fərqlənmə ilə bitirib, ali məktəbə qəbul olmaqdır. Vətənimə layiqli vətəndaş olmaq, valideynlərinin başını uca etmək ən ümdə arzusudur. Tarixdə tanınmış, görkəmli şəxs kimi qalmaq istəyir.

GÜLÇİN XANIM KİMİ MÜƏLLİM OLACAQ

Aysel Nurlan qızı Mirzəyeva 21 yanvar 2007-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, ailənin ilk övladıdır. Valideynlərinin və əzizlərinin diqqəti, qayğısı sayəsində həmişə təhsilə meyli yüksək ol­muşdur. Aysel körpə vaxtı oyuncaqlarla deyil, kitab, qələm və dəftərlərlə oy­nayırdı. Artıq o zamanlardan hiss olunurdu ki, onun təhsilə marağı çox­dur. Rəqsə, idmana böyük həvəsi var idi. Bu həvəsi görüb atası onu “Cücə­lə­rim” rəqs dərnəyinə yaz­dırdı. Aysel orada Cəmilə müəllimin rəhbərliyi sa­yə­sində bir neçə rəqs öy­rən­mişdi. Bir neçə təd­birdə gözəl rəqsləri ilə çı­xış etmişdi. 
Məntiqi yönümlü sual­ları və fikirləri ilə hər kəsin diqqətini cəlb edən Ay­sel hələ uşaq bağçasına getməmişdən əvvəl artıq bütün hərf­ləri və rəqəmləri yazmağı öyrənmişdi. 2011-ci ildə Aysel 79 saylı uşaq bağçası-körpələr evinə getdi. Bayram tədbirlərində həmişə öndə olmağa səy göstərmişdir. Yeni ildə “Qar qız”, Novruz bay­ramında “Bahar qız” və digər tədbirlərdə aparıcı rolunda iştirak etmişdir. Bağçanın müdiri Gülnaz Budaqova və müəllim heyə­tinin sevimlisinə çevrilmişdi.
Aysel bağça dövrünü başa çatdırıb 2013-cü ildə Bakı şəhər Yasamal rayonundakı S. S. Axundov adına 172 saylı orta mək­təbə qədəmlərini qoydu. Məktəbdə ilk günlərdən fəallığı ilə seçil­miş, nümunəvi şagird kimi fərqlənmişdir. Dərsə ciddi və məsu­liyyətlə yanaşması onun özünə tələbkarlığından irəli gəlir. Sinif yoldaşları ilə münasibətdə çox səmimi və mehribandır. Hər kəs üçün nümunəvi olmağı, özü üçün missiya seçmişdir. Məktəbdə şərəf lövhəsində şəkli vurulmuş, birincilər sırasında daim öz yerini tapmışdır. Yeniliyə maraqları, persperkti, zəngin arzuları sonsuzdur. Aysel oxumaqla yanaşı hobbi kimi ev işlərini də çox sevir.
Aysel: “ - Hələ uşaq yaş­larında anam məndə yazıb-oxumağa həvəs oyat­mışdı. İlk dəfə əlim­dən tutub mənə ilk hərfi öyrədən əziz anam olub. Anamın diqqət və qayğısı sayə­sin­də ilk uğurlarımı qazan­mı­şam. 
Məktəbə getdiyim gün­dən məni təhsilə daha da maraqlandıran müəlli­mim Gülçin Hacıyeva olub. Mən müəllimimdən ilham alıb, həvəslənib təhsildə özümü doğrul­dacağam. 
Mənim də arzum Gül­çin xanım kimi müəllim olmaqdır. Onun kimi mən də istedadlı şagirdlər ye­tiş­dirmək, həyata ha­zır­lamaq niyyətindəyəm. 
Valideynlərim qədər və­tənimi də sevirəm. Çün­ki atam zabit olub, vətəni qoruyub. Atamın qoruduğu vətənə la­yiq­li, istedadlı övlad olmağa çalışıram. 
Həyatda əldə etdiyim bütün nailiyyətlərə görə valideynlərimə, təhsildəki uğurlarıma görə isə müəllimim Gülçin xanıma min­nətdaram. Mən onları çox sevirəm.
Ayselin valideynlərini dinləyək: “ - Biz bütün işlərində qı­zı­mıza dəstək olacağıq. Arzu edirik ki, onu da­im yüksək zir­vələrdə görək.”

XALASI KİMİ HƏKİM OLACAQ (Nərmin Sadiq qızı Quluzadə)


Nərmin Sadiq qızı Quluzadə 2006-cı ilin avqustun 21-də Bakı şəhərində anadan olmuşdur. O, ya­şıd­larından ağlı, şirin ləhcəsi, gözəl hərəkətləri ilə fərqlənib. Gəlin­cik­lərlə oyna­mağı, onlara ad qoyub ça­ğır­ma­ğı xoşla­yır­dı. Təx­mi­nən 5 yaşından kiçik pazllar yığmağa baş­layıb. Bu indi də onun ən çox xoşladığı məşğu­liy­yətidir. Ən çox sevdiyi məş­ğu­liy­yətlərdən biri də rəqs et­məkdir. O, kiçik yaş­la­rın­dan Maş­ta­ğa qə­sə­bə­sin­də­ki H. A. Ab­ba­sov adına Mədəniyyət Evinin nəz­din­dəki rəqs kursuna get­miş, 2011-ci ildə həmin mə­də­niyyət evinin nəz­din­dəki 5 aylıq məktəbə­qə­dər ha­zır­lıq kursunu bi­tir­­miş­dir. Rəqs müəllimi Mehri­ban xa­nım, ibtidai hazır­lıq müəl­li­mi Məh­bu­bə xanım olub. Onlar Nərmin haqda həmişə fəxrlə danışırdılar. 
Nərmin hazırda C. Cabbarlı adına 187 saylı orta məktəbin II sinif şagirdidir. Dərslərinə çox həvəslə yanaşır. İki ildir ki, əla­çıdır. Bütün fənlərə çox marağı var. Amma riyaziyyat, Azər­bay­can dili fənləri ən sevimli fənləridir. 1 fevral 2011-ci il onun həya­tın­da ən maraqlı gündür, çünki 4 yaşında ilk dəfə parta arxa­sında oturdu. Elə həmin ilin sentyabrında qardaşı Elminin dün­ya­ya gəlişi də onu çox xoşbəxt etdi. 
Nərmin: “ - Bu gün yaxşı oxumağıma, yaşıdlarım arasındakı fəallığıma görə valideynlərimə və müəllimlərimə borcluyam. Xa­lam uşaq yaşlarımdan idealım olub. Onun kimi həkim olmaq arzu­sun­dayam. Hazırda rəqslə məşğul olmağa davam edirəm. Arzum yaxşı oxumaq, məktəbi əla qiymətlərlə bitirməkdir. Sinif rəhbərimiz Sonaxanım müəllim dərslərimdə diqqətli olsam, yax­şı oxusam bu arzuma çatacağımı deyir.

Əliyev Nəcmin Xəqani oğlu



Əliyev Nəcmin Xəqani oğlu 26 sentyabr 2004-cü ildə Bakı şəhərində dünyaya gəlib. Biləcəri qəsəbəsindəki Emin Əliyev adına 297 saylı orta məktəbin şagirdidir. 
Nəcmin çox sakit və ağıllı uşaq olub. Maşınlara və rəsm çəkməyə maraq göstərirdi. Dayısının çəkdiyi rəsmlərə baxanda daha da həvəslə çəkirdi. Futbola da marağı həsizdir. Nəcmin məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. Bütün hərfləri tanıyır və yaza bilirdi. Məktəbə gedəndə çətinliyi olmayıb. Təhsilə marağı isə anasının sayəsində gün-gündən artırdı. Təbii ki qavrama qabiliyyəti, məntiqi təfəkkürü də təhsilə meyl göstərməsinə zəmin yaradırdı. Nəcmin indi də dərslərindən əlavə zamanı qaldıqca rəsm çəkməklə məşğul olur. Bu onun inkişafına öz töhfəsini verir. 
Dərslərimi əla oxuyu­ram. Ən sevimli fənlərim ingilis dili, Azərbaycan dili, riyaziyyat və rəsmdir. Mən Xocalı faciəsinə həsr olunan tədbirdə fəal iştirak etdim. Nailiyyətlərimə görə valideynlərimə minnətda­ram. Onların əziyyətini hə­dər etməyəcəyəm. Əmimə oxşamaq istəyirəm. Onu hərbi geyimdə görəndə çox həvəslənirəm. Orta təhsilim başa vurduqdan sonra ali məktəbi bitirib, pillə-pillə yüksəlib general Nəcmin Əliyev olmaq istəyirəm. Məktəbə gedəndən bu fikrə düşmüşəm ki, vətənimə la­yiq­li övlad olum. 
Asudə vaxtlarımı futbol oynamaq, rəsm çəkmək və kompyüterlə məşğul olmaqla keçirirəm. 
Bacardığımı edəcəyəm ki, hamı mənimlə fəxr etsin.

Fatimə Mirələsgər qızı Muxtarova


Fatimə Mirələsgər qızı Muxtarova 24 iyun 2000-ci ildə Bakı şəhərində dünyaya gəlib. Maştağa qəsəbəsindəki C. Cabbarlı adına 187 saylı orta məktəbin VIII sinif şagirdidir.
Uşaqlıqda eşitdiyi mah­nı və şeirləri o an əzbər­lə­yərdi. Məktəbə gedənə qə­dər yazıb-oxumağı ba­carır, çoxlu şeirlər və nağıllar bilirdi. 
Müəlimləri onun çox istedadlı uşaq olduğunu deyirlər. O, nizam-intizamı ilə hamıdan fərqlənir. 8 ya­şında Qurani-Kərimi səlist bir şəkildə oxuyurdu. İngilis dilini öyrənməyə böyük ma­rağı var idi. 
Fatimə hazırda dərs əla­çısıdır. Ən sevimli fənləri riyaziyyat, tarix, fizikadır. İctimai tədbirlərdə, bilik ya­rışlarında da fəal iştirak edir. M. Ə. Sabirə həsr olun­muş tədbirdə, Heydər Əliyev haqqında inşa müsabiqəsində işti­rak edib. Tarix fənnindən siniflərarası yarış­lar­da, olim­pia­da­lar­da və inşa nominasiyasında III yerə layiq gö­rü­lüb. Əldə etdiyi uğurlara görə valideynlərinə, ibtidai sinif müəl­limi Şəfiqə xa­nıma və digər müəllimlərinə borclu olduğunu deyir Fatimə. Ar­zusu məktəbi əla qiymətlərlə bitirmək və universitetə qəbul ol­maqdır. Gələcəkdə BDU-nun hüquq fakültəsində təhsil almaq və vəkil olmaq arzusundadır. 
Fatimə asudə vaxtlarında rəsm çəkməyi, musiqiyə qulaq as­mağı xoşlayır. Bacıları ilə vaxt keçirməyi də sevir. Yaxın gələcək üçün planları bədii kitablar oxumaq, sınaq imtahanlarında özü­nü bir daha yoxlamaqdır. Atdığı hər addımda valideynlərinin zəhmətini dəyərləndirməyə, onların üzünü ağ etməyə, etimadını doğrultmağa çalışır. Buna nail olmaq, sanki onun həyatının əsas amalına çevrilib.

ENSİKLOPEDİK MƏLUMATLARA MARAĞI BÖYÜKDÜR (Mənzər Fariz qızı İsmayılzadə)

Mənzər Fariz qızı İsmayılzadə 17 mart 2005-ci ildə Bakı şəhərində dünyaya göz açıb. İlyas Əfəndiyev adına “Elitar” Gimnaziyanın III sinif şagirdidir. Mənzər çox aktiv, ağıllı və zəkalı uşaqdır. Dünyada baş verən hadi­sələr, fakt­lar ilə maraq­la­nır, ölkələr və şəhərlər barədə çoxlu məlumat bilir. Həmişə ailə şənlik­lərində digər uşaq­larla ensiklopedik oyun­lar oy­na­mağı xoşlayır.
Hələ məktəbə getmə­miş­dən öncə uşaq bağ­ça­sında yazıb-oxumağı öy­rənib.
Mənzərdə ensiklopedik məlumatlara maraq çox böyükdür.
Mənzər: “ - Dərslərimi çox yaxşı oxuyuram. Ən sevimli fənlərim ana dili, riyaziyyat, həyat bil­gisi­dir. Bağça və məktəb tədbirlərində fəal iştirak edirəm, müxtəlif rolları ifa edirəm - “Naz eləmə” milli rəqsini ifa etmişəm, Vasi­li­sa Prekrasnaya və Şərq Gözəli rollarında çıxış etmişəm.
2 il bundan əvvəl Türkiyədə uşaqlar arasında yarısma oldu, mən suallara düzgün cavab verdim və diplomla təltif olundum. Bir il bundan qabaq Fransaya getdim, Paris şəhərində Disney­lendə getdim. Həmin səfər mənim üçün ən maraqlı gün oldu.”
Mənzərin hələ 9 yaşı var. Onun həyatı hələ irəlilədir. Lakin bu günə kimi əldə etdiyi nailiyyətlərə görə müəllimləri və valideyn­lərinə minnətdar olduğunu deyir.
Mənzər gələcəkdə elm sahəsində uğurlar əldə etmək, uğurlu və maraqlı iş sahibi olmaq istəyir.
Asudə vaxtlarında sevimli məşğuliyyəti isə rəqs etməkdir. Ey­ni zamanda gözəl təbiət mənzərələri çəkir.

O MƏŞHUR MEMAR OLACAQ

Zaur Abbas oğlu İsmayılov 17 may 2004-cü ildə Bakı şə­hə­rində dünyaya göz açıb. İlyas Əfəndiyev adına “Elitar” Gimna­zi­yanın IV sinif şagirdidir. Körpəlikdə Zaurun ən çox xoşladığı məş­ğu­liyyət yap­poz yığmaq olub. Konst­ruk­torla müxtəlif ti­kililər qur­maqla məşğul olub. Məktəbə gedəndə ar­tıq yazıb-oxumağı bilir­di. 3 yaşından “Şəkər bala” uşaq bağçasında tər­biyə aldığı üçün latın və kiril qrafikası ilə Azər­baycan, rus, ingilis hərf­lə­rini yazır və oxu­yur­du. Ana­sı da onunla çox məş­ğul olurdu. Riyazi və məntiqi tapşırıqları çox hə­vəslə həll edirdi. Zau­run çox gözəl şəkil çək­mək ba­ca­rığı var. Kiçik yaşla­rın­dan şəkil çəkməyi sevir. Tofiq İsma­yılov adı­na Uşaq Qalere­ya­sında rəsm dər­nə­yinə də ge­dib. İndi də çox maraqlı və fantaziyalı şəkillər çəkir. 
Son vaxtlar böyük qar­daşının sayəsində futbola maraq göstərir. T. Bəhramov adına stadionda fut­bol oynamağa, məşq­lərə gedir. 
I sinifdən dərs əlaçısıdır. Ən sevimli fənləri riyaziyyat, həyat bil­gisi, dil dərsləri və rəsmdir. Hər il məktəbdə keçirilən təd­bir­lərdə fəal iştirak edir. Əlifba bayramında müdrik ağsaqqal, Gül bay­ra­mında Bulaq rollarını oynayıb. Rəsm müsabiqələrində, fənn olimpiada­larında fəal iş­ti­rak edib. 
Uğur və nailiyyətlərinə görə özünü valideynlərinə və müəllim­lə­ri­nə borclu hesab edir. Müəllimi Safura xanımın onun üzə­rin­də böyük əməyi olduğunu həmişə qeyd edir. 
Zaur böyüyəndə məşhur memar olmaq istəyir. Əmisi də me­mar­dır. Atası həmişə ona maraqlı konstruktorlar alır və Zaur çox çətin olanların da öhdəsindən gəlir. 
Asudə vaxtlarında kitab oxumağı, şəkil çəkməyi, ev tikməyi (konstruk­torlarla) və futbol oynamağı sevir.

İLK ÖVLAD, NÜMUNƏVİ ŞAGİRD (Əliyev Elçin Zaur oğlu)


Gələcəyə umüdlə baxan, gələcəyin əsgəri olan Elçin Zaur oğlu Əliyev 2007-ci lil avqustun 15-də Bakı şəhərində anadan olub. Ailənin ilk övladıdı. Məktəbəqədər dövrdə çox də­cəl, eyni zamanda cox ağıllı uşaq olan Elçin 3 yaşında Xətai rayonun­dakı 240 saylı körpələr evinə gedib. Orada tər­biyə aldığı müddətdə da­im müəllimlərinin diq­qə­tini cəlb edib, həmişə qa­baqcıl uşaqlardan biri olub. Uşaqlıqda həmişə tar calmağa həvəsi olub. İlk dəfə 4 yaşında əldə qə­ləm tutmağı anasının sa­yəsində öyrənib. 5 yaşında isə onu məktəbə hazır­laş­maq üçün müəllim yanına qoyurlar. Elə müəllimin sayəsində də Elçin təhsil pillələrində ilk addım­la­rını atmağa başlayır. Hərf­ləri, rəqəmləri, yazıb-oxumağı öyrənir.
Hazırda Elçin Sabunçu rayonunun Maştağa qəsəbəsindəki C. Cab­bar­lı adına 187 saylı orta məktəbin I sinif şagirdidir. Əla­çıdır. 
Elçinin təhsil sahəsində əldə etdiyi nailiyyətlərdə, əlaçı şagird kimi formalaşmasında sinif rəhbəri Validə Qədimovanın da­nıl­maz əməyi var. Validə xanım da öz növbəsində şagirdi barədə yük­sək fikirlər söylədi. Bu gedişlə Elçinin hələ çox nailiyyətlər əldə edə biləcəyindən söz açdı.
Elçin riyazıyyatı çox sevir. Təhsildən əlavə ictimai işlərdə də fəallıq göstərir. Məktəbdə keçirilən Cəfər Cabbarlının yara­dı­cılıq gecəsində nümunəvi şagird kimi qonaq qismində istirak edib. Gələcəkdə polis olmaq istəyən bu oğlan boş vaxtlarında ciz­gi filmlərinə baxmağı xoşlayır.

Nuriyeva Ceyran Rəfail qızı

Nuriyeva Ceyran Rəfail qızı 22 yanvar 2005-ci ildə Bakı şəhərində dünyaya gəlib. Biləcəri qəsəbəsindəki Emin Əliyev adına 297 saylı orta məktəbin şagirdidir. 
Ceyran körpəlikdə çox sakit uşaq olub. O, təklikdə oyun oynamağı çox sevirdi. Məktəbə gedənə qədər artıq yazıb-oxumağı, şəkil çəkməyi də kiçik yaşlarında öyrənib. Onda bu işdə anası və bacısı kömək edirdi. Ceyran 4 yaşından gözəl rəsmlər çəkir. Şəkil çəkməyi ana ona bacısı Aysun öyrədib. Onlar birlikdə təbiət, uşaq rəsmləri çəkirdilər. 
Dərslərimi əla oxuyuram. Əsasən də test tapşırıqlarında fəal iştirak edirəm. Ən sevdiyim fənlər riyaziyyat, ana dili və ingilis dilidir. Məktəbimizdə Xocalı soyqırımına həsr olunmuş tədbirdə faciəni əks etdirən rəsmimlə yoldaşlarımdan fərqləndim. Müəllimimi çox sevirəm. Buna görə də mənim üçün ən maraqlı və yadda qalan gün Sevda müəllimlə tanış olduğum gündür. 
Əldə etdiyim uğurlara görə anama borcluyam. Çünki anam mənə çox kömək edir. Fəaliyyətimdən dolayı müəllimimə oxşamaq istərdim. Gələcəkdə tibb sahəsi üzrə alim olmaq, yeni-yeni kəşflər etmək istəyirəm. İnsanların sağlamlığı və yaxşı yaşaması üçün yeni kəşflər edəcəyəm. Tarixə öz adımın qızıl hərflərlə yazılmasını istəyirəm. Çünki düşünürəm ki, həkimlərin insanlara köməyi daha çox olur. Mən də həkim olsam, insanlara kömək edərdim ki, gələcəyə daha da sağlam yetişsinlər. 
Asudə vaxtlarımda şəkil çəkməyi və bacımla oyun oynamağı, təbiətin qoynunda keçirməyi çox sevirəm. Gələcəkdə xeyriy­yə­çi­liklə məşğul olmaq istəyirəm.