Əliyev Nəcmin Xəqani oğlu 26 sentyabr 2004-cü ildə Bakı şəhərində dünyaya gəlib. Biləcəri qəsəbəsindəki Emin Əliyev adına 297 saylı orta məktəbin şagirdidir.
Nəcmin çox sakit və ağıllı uşaq olub. Maşınlara və rəsm çəkməyə maraq göstərirdi. Dayısının çəkdiyi rəsmlərə baxanda daha da həvəslə çəkirdi. Futbola da marağı həsizdir. Nəcmin məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. Bütün hərfləri tanıyır və yaza bilirdi. Məktəbə gedəndə çətinliyi olmayıb. Təhsilə marağı isə anasının sayəsində gün-gündən artırdı. Təbii ki qavrama qabiliyyəti, məntiqi təfəkkürü də təhsilə meyl göstərməsinə zəmin yaradırdı. Nəcmin indi də dərslərindən əlavə zamanı qaldıqca rəsm çəkməklə məşğul olur. Bu onun inkişafına öz töhfəsini verir.
Dərslərimi əla oxuyuram. Ən sevimli fənlərim ingilis dili, Azərbaycan dili, riyaziyyat və rəsmdir. Mən Xocalı faciəsinə həsr olunan tədbirdə fəal iştirak etdim. Nailiyyətlərimə görə valideynlərimə minnətdaram. Onların əziyyətini hədər etməyəcəyəm. Əmimə oxşamaq istəyirəm. Onu hərbi geyimdə görəndə çox həvəslənirəm. Orta təhsilim başa vurduqdan sonra ali məktəbi bitirib, pillə-pillə yüksəlib general Nəcmin Əliyev olmaq istəyirəm. Məktəbə gedəndən bu fikrə düşmüşəm ki, vətənimə layiqli övlad olum.
Asudə vaxtlarımı futbol oynamaq, rəsm çəkmək və kompyüterlə məşğul olmaqla keçirirəm.
Bacardığımı edəcəyəm ki, hamı mənimlə fəxr etsin.
Комментариев нет:
Отправить комментарий