Mənzər Fariz qızı İsmayılzadə 17 mart 2005-ci ildə Bakı şəhərində dünyaya göz açıb. İlyas Əfəndiyev adına “Elitar” Gimnaziyanın III sinif şagirdidir. Mənzər çox aktiv, ağıllı və zəkalı uşaqdır. Dünyada baş verən hadisələr, faktlar ilə maraqlanır, ölkələr və şəhərlər barədə çoxlu məlumat bilir. Həmişə ailə şənliklərində digər uşaqlarla ensiklopedik oyunlar oynamağı xoşlayır.
Hələ məktəbə getməmişdən öncə uşaq bağçasında yazıb-oxumağı öyrənib.
Mənzərdə ensiklopedik məlumatlara maraq çox böyükdür.
Mənzər: “ - Dərslərimi çox yaxşı oxuyuram. Ən sevimli fənlərim ana dili, riyaziyyat, həyat bilgisidir. Bağça və məktəb tədbirlərində fəal iştirak edirəm, müxtəlif rolları ifa edirəm - “Naz eləmə” milli rəqsini ifa etmişəm, Vasilisa Prekrasnaya və Şərq Gözəli rollarında çıxış etmişəm.
2 il bundan əvvəl Türkiyədə uşaqlar arasında yarısma oldu, mən suallara düzgün cavab verdim və diplomla təltif olundum. Bir il bundan qabaq Fransaya getdim, Paris şəhərində Disneylendə getdim. Həmin səfər mənim üçün ən maraqlı gün oldu.”
Mənzərin hələ 9 yaşı var. Onun həyatı hələ irəlilədir. Lakin bu günə kimi əldə etdiyi nailiyyətlərə görə müəllimləri və valideynlərinə minnətdar olduğunu deyir.
Mənzər gələcəkdə elm sahəsində uğurlar əldə etmək, uğurlu və maraqlı iş sahibi olmaq istəyir.
Asudə vaxtlarında sevimli məşğuliyyəti isə rəqs etməkdir. Eyni zamanda gözəl təbiət mənzərələri çəkir.
Комментариев нет:
Отправить комментарий