Zaur Abbas oğlu İsmayılov 17 may 2004-cü ildə Bakı şəhərində dünyaya göz açıb. İlyas Əfəndiyev adına “Elitar” Gimnaziyanın IV sinif şagirdidir. Körpəlikdə Zaurun ən çox xoşladığı məşğuliyyət yappoz yığmaq olub. Konstruktorla müxtəlif tikililər qurmaqla məşğul olub. Məktəbə gedəndə artıq yazıb-oxumağı bilirdi. 3 yaşından “Şəkər bala” uşaq bağçasında tərbiyə aldığı üçün latın və kiril qrafikası ilə Azərbaycan, rus, ingilis hərflərini yazır və oxuyurdu. Anası da onunla çox məşğul olurdu. Riyazi və məntiqi tapşırıqları çox həvəslə həll edirdi. Zaurun çox gözəl şəkil çəkmək bacarığı var. Kiçik yaşlarından şəkil çəkməyi sevir. Tofiq İsmayılov adına Uşaq Qalereyasında rəsm dərnəyinə də gedib. İndi də çox maraqlı və fantaziyalı şəkillər çəkir.
Son vaxtlar böyük qardaşının sayəsində futbola maraq göstərir. T. Bəhramov adına stadionda futbol oynamağa, məşqlərə gedir.
I sinifdən dərs əlaçısıdır. Ən sevimli fənləri riyaziyyat, həyat bilgisi, dil dərsləri və rəsmdir. Hər il məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edir. Əlifba bayramında müdrik ağsaqqal, Gül bayramında Bulaq rollarını oynayıb. Rəsm müsabiqələrində, fənn olimpiadalarında fəal iştirak edib.
Uğur və nailiyyətlərinə görə özünü valideynlərinə və müəllimlərinə borclu hesab edir. Müəllimi Safura xanımın onun üzərində böyük əməyi olduğunu həmişə qeyd edir.
Zaur böyüyəndə məşhur memar olmaq istəyir. Əmisi də memardır. Atası həmişə ona maraqlı konstruktorlar alır və Zaur çox çətin olanların da öhdəsindən gəlir.
Asudə vaxtlarında kitab oxumağı, şəkil çəkməyi, ev tikməyi (konstruktorlarla) və futbol oynamağı sevir.
Комментариев нет:
Отправить комментарий