Fatimə Mirələsgər qızı Muxtarova 24 iyun 2000-ci ildə Bakı şəhərində dünyaya gəlib. Maştağa qəsəbəsindəki C. Cabbarlı adına 187 saylı orta məktəbin VIII sinif şagirdidir.
Uşaqlıqda eşitdiyi mahnı və şeirləri o an əzbərləyərdi. Məktəbə gedənə qədər yazıb-oxumağı bacarır, çoxlu şeirlər və nağıllar bilirdi.
Müəlimləri onun çox istedadlı uşaq olduğunu deyirlər. O, nizam-intizamı ilə hamıdan fərqlənir. 8 yaşında Qurani-Kərimi səlist bir şəkildə oxuyurdu. İngilis dilini öyrənməyə böyük marağı var idi.
Fatimə hazırda dərs əlaçısıdır. Ən sevimli fənləri riyaziyyat, tarix, fizikadır. İctimai tədbirlərdə, bilik yarışlarında da fəal iştirak edir. M. Ə. Sabirə həsr olunmuş tədbirdə, Heydər Əliyev haqqında inşa müsabiqəsində iştirak edib. Tarix fənnindən siniflərarası yarışlarda, olimpiadalarda və inşa nominasiyasında III yerə layiq görülüb. Əldə etdiyi uğurlara görə valideynlərinə, ibtidai sinif müəllimi Şəfiqə xanıma və digər müəllimlərinə borclu olduğunu deyir Fatimə. Arzusu məktəbi əla qiymətlərlə bitirmək və universitetə qəbul olmaqdır. Gələcəkdə BDU-nun hüquq fakültəsində təhsil almaq və vəkil olmaq arzusundadır.
Fatimə asudə vaxtlarında rəsm çəkməyi, musiqiyə qulaq asmağı xoşlayır. Bacıları ilə vaxt keçirməyi də sevir. Yaxın gələcək üçün planları bədii kitablar oxumaq, sınaq imtahanlarında özünü bir daha yoxlamaqdır. Atdığı hər addımda valideynlərinin zəhmətini dəyərləndirməyə, onların üzünü ağ etməyə, etimadını doğrultmağa çalışır. Buna nail olmaq, sanki onun həyatının əsas amalına çevrilib.
Комментариев нет:
Отправить комментарий