Aysel Nurlan qızı Mirzəyeva 21 yanvar 2007-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, ailənin ilk övladıdır. Valideynlərinin və əzizlərinin diqqəti, qayğısı sayəsində həmişə təhsilə meyli yüksək olmuşdur. Aysel körpə vaxtı oyuncaqlarla deyil, kitab, qələm və dəftərlərlə oynayırdı. Artıq o zamanlardan hiss olunurdu ki, onun təhsilə marağı çoxdur. Rəqsə, idmana böyük həvəsi var idi. Bu həvəsi görüb atası onu “Cücələrim” rəqs dərnəyinə yazdırdı. Aysel orada Cəmilə müəllimin rəhbərliyi sayəsində bir neçə rəqs öyrənmişdi. Bir neçə tədbirdə gözəl rəqsləri ilə çıxış etmişdi.
Məntiqi yönümlü sualları və fikirləri ilə hər kəsin diqqətini cəlb edən Aysel hələ uşaq bağçasına getməmişdən əvvəl artıq bütün hərfləri və rəqəmləri yazmağı öyrənmişdi. 2011-ci ildə Aysel 79 saylı uşaq bağçası-körpələr evinə getdi. Bayram tədbirlərində həmişə öndə olmağa səy göstərmişdir. Yeni ildə “Qar qız”, Novruz bayramında “Bahar qız” və digər tədbirlərdə aparıcı rolunda iştirak etmişdir. Bağçanın müdiri Gülnaz Budaqova və müəllim heyətinin sevimlisinə çevrilmişdi.
Aysel bağça dövrünü başa çatdırıb 2013-cü ildə Bakı şəhər Yasamal rayonundakı S. S. Axundov adına 172 saylı orta məktəbə qədəmlərini qoydu. Məktəbdə ilk günlərdən fəallığı ilə seçilmiş, nümunəvi şagird kimi fərqlənmişdir. Dərsə ciddi və məsuliyyətlə yanaşması onun özünə tələbkarlığından irəli gəlir. Sinif yoldaşları ilə münasibətdə çox səmimi və mehribandır. Hər kəs üçün nümunəvi olmağı, özü üçün missiya seçmişdir. Məktəbdə şərəf lövhəsində şəkli vurulmuş, birincilər sırasında daim öz yerini tapmışdır. Yeniliyə maraqları, persperkti, zəngin arzuları sonsuzdur. Aysel oxumaqla yanaşı hobbi kimi ev işlərini də çox sevir.
Aysel: “ - Hələ uşaq yaşlarında anam məndə yazıb-oxumağa həvəs oyatmışdı. İlk dəfə əlimdən tutub mənə ilk hərfi öyrədən əziz anam olub. Anamın diqqət və qayğısı sayəsində ilk uğurlarımı qazanmışam.
Məktəbə getdiyim gündən məni təhsilə daha da maraqlandıran müəllimim Gülçin Hacıyeva olub. Mən müəllimimdən ilham alıb, həvəslənib təhsildə özümü doğruldacağam.
Mənim də arzum Gülçin xanım kimi müəllim olmaqdır. Onun kimi mən də istedadlı şagirdlər yetişdirmək, həyata hazırlamaq niyyətindəyəm.
Valideynlərim qədər vətənimi də sevirəm. Çünki atam zabit olub, vətəni qoruyub. Atamın qoruduğu vətənə layiqli, istedadlı övlad olmağa çalışıram.
Həyatda əldə etdiyim bütün nailiyyətlərə görə valideynlərimə, təhsildəki uğurlarıma görə isə müəllimim Gülçin xanıma minnətdaram. Mən onları çox sevirəm.
Ayselin valideynlərini dinləyək: “ - Biz bütün işlərində qızımıza dəstək olacağıq. Arzu edirik ki, onu daim yüksək zirvələrdə görək.”
Комментариев нет:
Отправить комментарий