Gələcəyə umüdlə baxan, gələcəyin əsgəri olan Elçin Zaur oğlu Əliyev 2007-ci lil avqustun 15-də Bakı şəhərində anadan olub. Ailənin ilk övladıdı. Məktəbəqədər dövrdə çox dəcəl, eyni zamanda cox ağıllı uşaq olan Elçin 3 yaşında Xətai rayonundakı 240 saylı körpələr evinə gedib. Orada tərbiyə aldığı müddətdə daim müəllimlərinin diqqətini cəlb edib, həmişə qabaqcıl uşaqlardan biri olub. Uşaqlıqda həmişə tar calmağa həvəsi olub. İlk dəfə 4 yaşında əldə qələm tutmağı anasının sayəsində öyrənib. 5 yaşında isə onu məktəbə hazırlaşmaq üçün müəllim yanına qoyurlar. Elə müəllimin sayəsində də Elçin təhsil pillələrində ilk addımlarını atmağa başlayır. Hərfləri, rəqəmləri, yazıb-oxumağı öyrənir.
Hazırda Elçin Sabunçu rayonunun Maştağa qəsəbəsindəki C. Cabbarlı adına 187 saylı orta məktəbin I sinif şagirdidir. Əlaçıdır.
Elçinin təhsil sahəsində əldə etdiyi nailiyyətlərdə, əlaçı şagird kimi formalaşmasında sinif rəhbəri Validə Qədimovanın danılmaz əməyi var. Validə xanım da öz növbəsində şagirdi barədə yüksək fikirlər söylədi. Bu gedişlə Elçinin hələ çox nailiyyətlər əldə edə biləcəyindən söz açdı.
Elçin riyazıyyatı çox sevir. Təhsildən əlavə ictimai işlərdə də fəallıq göstərir. Məktəbdə keçirilən Cəfər Cabbarlının yaradıcılıq gecəsində nümunəvi şagird kimi qonaq qismində istirak edib. Gələcəkdə polis olmaq istəyən bu oğlan boş vaxtlarında cizgi filmlərinə baxmağı xoşlayır.
Комментариев нет:
Отправить комментарий