elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

5 мая 2016 г.

Əliyev Rəşad Rasim oğlu

Əliyev Rəşad Rasim oğlu 4 iyun 2004-cü il Naxçıvan şəhərində anadan olub. Uşaqlığı dəcəl və şıltaq uşaq olub. Yazıb-oxumağı bilirdi. Çünki uşaq evində müəlliməsi İlahə müəllimə öyrətmişdi. İstedadı rəqs etməkdir və 7 yaşında başlayıb. Nənəsi Almaz tərəfində məsləhət görülüb. Dərslərini yaxşı oxuyur. Ən çox sevdiyi fənn riyaziyyat fənnidir. Müəlliməsi Ülviyyə müəllimə hər zaman məsələ həllində birinci yerdə olduğunu deyirdi. Yeni il şənliklərində, məktəb tədbirləriində rəqs etmişdi. Ən maraqlı gün 4-cü sinif buraxılışında tədbirdə rəqs etmişdi və bunun direktor Teyyubə müəllimə tərəfindən bəyənildiyi üçün çox sevindi. Lada müəlliməyə özümü borclu bilirəm. Dənizçi olmaq istəyirəm. Əmim kimi geoloq olmaq istəyirəm, yeni kəşflər etmək istəyirəm. Kompyuterdə oyunlar oynayıram. Gələcək planlarım dənizçi olub, gəmilərlə səyahət etmək və başqa dövlətə getməkdir. Bunun üçün dərslərimi yaxşı oxumalıyam. Əlbəttə yaddaşlarda olmağı istəyirəm. Bunun üçün dərslərimi yaxşı oxumalıyam. Ona görə də mənə oxumağı-yazmağı öyrədən Ülviyyə müəlliməmə borcluyam. Yaxşı rəqs etdiyimə görə də Lada müəlliməmə təşəkkür edirəm. Biz əslində ailəmlə birlikdə Naxçıvan şəhərinin Culfa rayonunda yaşayırdıq. Sonra Bakı şəhərinə gəldik. Mən ailənin 2 uşağından böyük uşağam və 3 yaşında bacım var və mən bacımı çox sevirəm.


4 мая 2016 г.

Əliyeva Ayan Akif qızı


Əliyeva Ayan Akif qızı 25 fevral 2007-ci ildə Bakı şəhərində anadan olub. Ayan körpəlikdə sakit, ağıllı, təmkinli bir uşaq olub. Oyuncaqları ilə oynamağı çox sevir. Bacısı Dəniz və rəfiqəsi Fidanla hər zaman maraqlı, intelektual oyunlar təşkil edib, böyük həvəslə də qurduqları oyunları oynayıblar. Ayanın bir çox sevdiyi oyuncaqları var. Bunlardan ən çox sevdiyi “Şəhzadənin Evi” oyuncağıdır. Ayan gəlinciklərinin üzlərini və saçlarını rəngli qələmlərlə müxtəlif rənglərə boyamağı sevir. Ayanın üç yaşı olarkən Tofiq Ismayılov adına Pionerlər Evində məktəbəqədər hazırlıq kursu keçib. Həmin təhsil ocağında əsasən şifahi təfəkkürün inkişafı əsas istiqamətlərdən biri idi. Dörd yaşında Ayan “Kinder Club” məktəbəqədər hazırlıq kursuna gedib, orada yazıb-oxumağı müəllimləri tərəfindən öyrənib. Bundan əlavə Ayan həmin dərnəkdə rəqslə də məşğul olub. Üç yaşından dərnəklərə getməyə başlayan Ayan, artıq dörd-beş yaşında təhsildə nəaliyyətlər əldə etməyə başlayıb.Bunların nəticəsi olaraq ibtidai sinifi yaxşı qiymətlərlə bitirib. Ayan Avropa Azərbaycan Məktəbidə təhsil alır.Dərslərinə qarşı çox məsuliyyətlidir. Ən sevdiyi fənlər Azərbaycan, İngilis və Rus dilləridir.Uşaq şairi Zahid Xəlil Avrova Azərbaycan məktəbinə qonaq olan zaman Ayan həmin tədbirdə aparıcılıq edib.
 Ayanın məşğul olduğu rəsm dərnəyində keçirilən sərgi zamanı çəkdiyi rəsm əsəri bəyənilərək, diploma layiq görülüb. “Kinder club” məktəbəqədər hazırlıq kursunda göstərdi nəaliyyətlərə görə diplom alıb. Təhsil aldığı məktəbdə keçirilən yarışmada həftənin qalibi olub və sertifikartla qiymətləndirilib.  Bununla yanaşı “Bir avuc renk, bir avuc yürek- Uluslararası Ayvalik Cocuk Sanat Etkinligi” Beynəlxalq tədbirdə sertifikata layiq görülüb. Ayan nəaliyyətlərinə görə öncə valideynlərinə, sonra isə müəllimlərinə borclu olduğunu söyləyir. Ən çox atasına oxşamaq istəyir, çünki o, müxtəlif dillərdə danışa bilir. Bu da Ayanda əcnəbi dillərə qarşı böyük maraq oyadır. Bununla yanaşı Ayanın digər sevdiyi məşğuliyyəti də var. O, skripkanı mükəmməl şəkildə ifa etməyi bacarır. Ən böyük istəyi də konsertlərdə çıxış etmək, rəsmdə gözəl əsərlər yaratmaq, ali təhsil almaq və Azərbaycana layiqli vətəndaş olmaqdır.

Ayan asudə vaxtlarında misal, məsələ həll etməyi və cizgi filminə baxmağı   sevir. Çəkdiyi rəsm əsərlərində sülh, mavi səma, dəniz, günəş şəkillərinə daha çox üstünlük verir. Ayanın ən böyük hədələrindən biri də atasının məzun olduğu ADA Universitetində təhsil almaq, əcnəbi dilləri öyrənmək və hal-hazırda təhsil aldığı Avropa Azərbaycan Məktəbində müəllimə olaraq çalışmaqdır. Ayanın elmə, təhsilə olan marağı,qavrama qabiliyyəti səbəbsiz yerə yaranmayıb. Çünki o, ziyalı ailənin övladıdır. Anası həkim, atası isə biologiya elmləri namizədidir. Ailəsindən aldığı mənəvi dəstəyin nəticəsi olaraq Ayan dərslərini yaxşı oxuyur və hər bir işin öhdəsindən böyük məharətlə gəlir.

Abbasova Rəhimə Natiq qızı

Abbasova Rəhimə Natiq qızı dərslərini yaxşı oxuyur valideyinləri və müllimləri də təsdiq edir ki, Rəhimə həmişə yaşıdlarından fərqli istedadlı olub . Həm müllimlərinin həm də etrafındakıların sevimlisi olan  Rəhimənin sözlərinə görə isə  ən sevimli fənnləri kimya, fizika, riyaziyyat və ingilis dilidir.  Ümumiyyətlə ictimai işlərdə, məktəbin bütün tədbirlərində iştirak etməyi çox sevirem. Belə tədbirlərdən biri 13 fevral 2016-cı ildə xarici məktəblər arasında “Qardaşlaşmış məktəblərlayihəsində çox yaxından iştirak etmişəm və bu tədbirdə Rusiya, Türkiyə məktəbləri arasında qardaşlıq- tərəfdaşlıq layihəsinə imza atmışam və bu məktəblər arasında seçilərək Azərbaycan Respublikası Prezidenti yanında “Bilik fondu”nun sertifkatına layiq görülmüşəm. Əldə etdiyim uğur və nailiyyətlərə görə təhsil aldığım Eldar Məmmədov adına 189-190 saylı orta məktəbin direktoru xanım Ceyran Quliyeva  başda olmaqla, kimya müəlliməm  Nərminə Cəfərqızına, fizika müəlliməm Sevda Teymurqızına, rus -ədəniyyatı müəlliməm Sevda Zahidqızına, həmçinin bu imkanları mənə  yaradan valideyinlərimə minnətdaram. Hər zaman özümü onlara borclu bilirəm. Həmişə öz üzərimdə çalışmağı sevirəm və ən yüksək zirvəni əldə etməyi özümə hədəf götürürəm. Hədəfim Vətənim Azərbaycanı dünya ölkələrində neft- kimya sahəsində daha yüksək nailiyyətlərlə tanıtmaqdan ibarətdir. Gələcəkdə neft –qaz sənayesi üzrə tanınmış mühəndis olmaq və öz ixtiralarımla ölkəmi daha yüksək zirvəyə qaldırmaq üçün bütün imkanlardan istifadə etmək üçün qarşıma məqsəd qoymuşam. Kitabları çox sevən Rəhimə asudə vaxtlarını kitab oxumağa sərf edir və düşünür ki, kitablar onun gələcək məqsədlərini həyata keçirməyə çəx kömək edecək. Gələcək planları yalnız gözəl və savadlı mütəxəssis olmaq və Azərbaycanın iqtisadi-sosial inkişafına təsir edən bütün imkanlardan səmərəli istifadə etməkdir. Bir sözlə Vətənimin inkişafı üçün ona xidmət etməkdən qurur duyuram.Öz yaşadığım ölkəyə layiqli bir şəxsiyyət olmalı və atdığım hər addımda ölkənin mənafeyinə xidmət etməklə yaddaşlarda qalmaq istəyirəm. Biz də istedadlar redaksiyası olaraq gələcək kimyaçımıza uğurlar arzu edirik zaman öz atını gələcəyin üzərində çapır.

Gəncimova Samirə Fikrət qızı

Gəncimova Samirə Fikrət qızı  21 sentyabr 2000-ci ildə Qəbələ rayonunda dünyaya göz açıb. Balaca vaxtdan insanlara tez öyrəşən hərfləri yazmaq və şəkil çəkməyə marağı olan uşaq olub. Böyük bacısı tərəfindən yazmağı öyrədilib. İlk təhsili 1 sayli tam orta internat məktəbində olub. Hazırda 217 saylı tam orta məktəbdə oxuyur.

Samirə: I sinifdən  VI sinfə kimi  həvəsim olub yaxşı oxumuşam, amma sonra rəsm çəkməyə marağım oldu uzaqlaşa bilmədim rənglərin sehrindən. Dərslərə həvəsim azaldı. Ancaq çalışacam daha yaxşı oyuxum. Sevdiyim fənnlərim kimya, informatika, xarici dillərdən ingilis dilinə həvəs göstərirəm.Bayramlarda iştirak etmişəm tədbirlərdə (novruz bayramı və yeni il) orda da rəqqasə rolunu uğurla tamaşaçılara nümayiş etdirmişəm. Xeyr diplomla təltif edilməmişəm inşallah gələcəkdə böyük uğurlarım olar layiqincə fəxri diplomlara layiq görülərəm.Valideyinlərimə və daha çox bacıma oxşamaq istəmişəm. Mən hələki həvəskar rəssamam ona görə də heç bir hədəfim yoxdur zaman göstərər bunu . Bu haqda hələ düşünmürəm. Asudə vaxtlarımda şəkil çəkirəm istəyirəm daha gözəl portiretler yaradım, insanlar rənglərlə insanlarla edə  bilmədiyi söhbəti etsinlər. Ən çox məişət, insan şəkilləri çəkməyə üstünlük verirəm. Həmişə istəmişəm ki, elə bir işim olsun  maddi vəziyyəti aşağı olan insanlara kömək edim . Hacı Zeynalabiddin Tağıyev kimi humanist biri kimi tarixin yaddaşında əbədi qalmaq istəyirəm .

3 мая 2016 г.

Haqverdiyeva Adilə Teymur qızı

Haqverdiyeva  Adilə  Teymur qızı  22.07.2001-ci ildə Bakı şəhərində anadan olub.Uşaq yaşlarından çox mehriban  və ağıllı idi.Artıq iki yasındaykən o,rus və azərbaycan dilində şeir və nağılları bilirdi.Dörd-beş yaşında valideynlərinə oyuncaq əvəzinə kitablar aldırırmış.Adilə uşaqlıqdan çox mehriban və agıllı olub.Yazmağı.oxumağı tez bir zamanda öyrənib.Hal-hazırda o,dərslərinə məsuliyyətlə yanaşır, dərs əlaçısıdır,əqidəsini başqalarına anlatmaq üçün hərtərəfli biliyə malik olmağa çalışır.Baxmayaraq ki,onun 15 yaşı var,yaşından artıq dünyagörüşünə malikdir.Adilə orta məktəbdə dəfələrlə uğurlar əldə etmişdir.Kiçik siniflərdən olimpiadalarda şeir söyləməklə fəxri fərman,məktəblərarası fənn olimpiadasında  rus dili və ədəbiyyat fənni üzrə 1-ci yer əldə etmişdir.Və bunlardan əlavə tədbirlərdə fəal iştirakına görə bir neçə fəxri fərmanla təltif olunub.Adilə adının mənası kimi özüdə çox  düzgün qızdır.O, bütün fənlərə eyni həvəs göstərir.Bunun səbəbi də müəllimlərinin savadlı,yüksək səviyyəli dərs keçmə qabiliyyətlərinin olmasıdır.2015-ci ildə L. və M. Rastropoviçlər adına 21 saylı 11 illik musiqi məktəbinin fortopiano ixtisası üzrə tam kursunu bitirən Adilə rəsm və rəqs dərnəklərinə də gedib.Bugünkü dövrdə ingilis dilinə də həvəs göstərir və bunun nəticəsində ingilis dilində sərbəst danışır.Adilə 2015-2016 cı tədris ilində uşaq-insan hüquqları haqqinda Konstitusiyadan öz fikirləriylə məlumat vermiş və şəhərlərarası olimpiadada iştirak etmişdir. Həmçinin Azərbaycan folklyor musiqisi festivalında “Sarı gəlin”mahnısı ilə iştirak etmiş və fərqlənmə almışdır.Adilənin ən çox sevdiyi dərslər rus dili,ədəbiyyat,cəbr,həndəsədir.Təhsil aldiğı 264 No məktəb-liseyin direktoru Qocayeva Sevda müəllimə də Adiləni vokal bacarıqda olduğundan  bir çox tədbirlərdə,festivallarda iştirak etməsi üçün dəstəkləyir və uğur əldə edəcəyinə inanırAdilənin arzusu təkcə ali məktəbi bitirmək deyil.O,sonradan magistratura təhsili də almaq istəyir.                                                                                                 
Biz də Adiləyə gələcək həyatında uğurlar arzu edirik.Güman edirik ki bundan sonra qarşısına çıxan bütün çətinlikləri mətanətlə qət edecək və cəmiyyətə xeyir verə biləcək bir övlad olacaq.

2 мая 2016 г.

Səfərov Cavid Ramil oğlu

Səfərov Cavid Ramil oğlu 1 sentyabr 1997-ci ildə Ağdaş şəhərində anadan olub. Cavidlə söhbətimiz çox maraqlı alınıb. O, özü haqqında danışanda onu dinləmək çox böyük zövq verir insana. Caviddən adının mənasını və bu adı ona kimin verdiyini soruşanda Cavid bu barədə fəxrlə danışdı. Onun sözlərinə görə bu adı ona babası verib – böyük mütəfəkkirimiz, dahi Cavidin əziz xatirəsi ilə bağlı olaraq. Cavid bildirdi ki, sevimli babası  hələ Cavid beşinci sinifdə oxuyanda vəfat edib, adı ona babasında yadigar qalan tək şeydir. Buna görə də yaşadığı ömür yolunda həmişə Cavid adını doğrultmağa çalışacaq.
Cavid ilk təhsilinə 2004-cü ildə Ağdaş şəhər 3 saylı orta məktəbin 1c sinfində başlayıb, 2008-ci ildə isə Ağdaş şəhər M.Şeyxzadə adına THT təmayüllü gimnaziyanın beşinci sinfinə qəbul olub. Məktəbəqədərki dövrdə Cavidin ən sevimli məşğuliyyəti rəsm olub. Uşaqlıqdan bu sahəyə böyük marağı olduğundan, əvvəllər təxminən heçə bərabər olan əl qabiliyyətini getdikcə inkişaf etdirib, əlindən gələni əsirgəməyib. Məktəb həyatına başlayanda isə bu qabiliyyətini artıq təkmilləşdirib. Təxminən yeddi - səkkizinci  siniflərdə oxuyanda artıq istənilən bir nümunəyə baxmaqla onun rəsmini asanlıqla çəkə bilib, müəllimi də onun rəsmlərini bəyənib. Hətta müəllimi onun çəkdiyi rəsmlərin toplandığı albomu özü ilə götürərək digər siniflərdəki şagirdlərə nümunə göstərib. Cavidin fikrincə, gözəl rəsm çəkməyinin əsas səbəbi yorulmadan öz üzərində işləməsi olub. Cavid məktəbə getməzdən əvvəl yazıb – oxumağı bacarmayıb. Bunları yalnız məktəbdə öyrənib. İlk vaxtlarda uğurlu alınmasa da getdikcə yüksək səylə öz üzərində işləməsi öz bəhrəsini verib, tədricən sinifdəki yaşıdlarını qabaqlaya bilib. 2015-ci ildə M.Şeyxzadə adına THT təmayüllü gimnaziyanın  məzunu olub, TQDK – nın keçirdiyi qəbul imtahanında 681 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub.   Təhsildən əlavə məşğuliyyətlərindən biri məsciddə ərəb əlifbasını öyrənməsi olub, bundan sonra o müstəqil şəkildə Qurani – Kərimi oxumağı öyrənib. Məsciddə uşaqlar arasında dini biliklər üzrə keçirilən kiçik, həvəsləndirici yarışlarda iki dəfə yoldaşlarını qabaqlayaraq birinciliyə layiq görülüb, buna görə də müxtəlif dini kitablarla mükafatlandırılıb.
İxtisası ilə bağlı maraq Caviddə 10-cu sinifdə oxuyanda yaranıb. O vaxta qədər isə həkimlik, hüquqşünaslıq və digər ixtisaslara marağı olub. Amma sonradan hiss edib ki, Dövlət İdarəçilik işlərində olması onun daha yaxşı nəticələr əldə etməsinə şərait yaradacaq. Gələcəkdə vətənimiz Azərbaycan üçün, onun inkişafı, dirçəlməsi, gələcəkdə tam inkişaf etmiş bir dövlət olması üçün əlindən gələni edəcəyinə söz verib. Məqsədlərinə, arzularına çatmaq üçün təbii ki, gözəl, yüksək dərəcəli ali təhsil almaq lazımdır. Beləliklə, Cavid qarşısına məqsəd qoyub ki, idarəçilik işlərində ona ən yaxşı təhsili verə biləcək universitetə daxil olsun və o, bunu bacarıb – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub. Doqquzuncu sinifdən etibarən bu Akademiyaya qəbul olmağı qarşısına məqsəd qoyub. Əvvəllər “Dövlət və Bələdiyyə idarəetməsi” ixtisasına marağı daha çox olub. Cavid bunun bir səbəbini də altı il ərzində sinif nümayəndəsi olaraq, sinfin idarəçilik işlərində uğurlu nəticələr əldə etməsi ilə izah edir. Qazandığı uğurlar sayəsində məktəb rəhbərliyi tərəfindən həmişə digər sinif şagirdlərinə örnək göstərilib. Sinif idarəetmə işlərini bacardığını görəndə Cavid “Dövlət idarəetmə” işlərini də bacaracağına ümid edib. Beləcə, bu ixtisasa yönəlib. Amma sonradan, daha dəqiq desək, 10-11-ci siniflərdə oxuyanda, ölkəmizi xaricdə təmsil edə bilmək, Azərbaycanı beynəlxalq aləmdə güclü, suveren, demokratik bir ölkə kimi tanıtmağa şans yarada biləcək bir işdə daha uğurlu olacağına ümid edərək “Beynəlxalq münasibətlər” ixtisasına qəbul olmaq üçün hazırlaşıb.
Orta məktəbdə oxuyanda əlaçı olub, fənlər arasında seçim etmədən, hər birini yaxşı oxumağa çalışıb. Amma təbiidir ki, bəzi fənlərə digərlərindən daha çox marağı olub, bunların arasında ana dili, riyaziyyat, tarix, ingilis dili fənlərini qeyd edə bilərik. Təbii ki, ixtisas qrupunu seçərkən də bu fənlərə olan marağının təsiri böyük olub.
Cavid orta məktəbdə keçirilən intellektual yarışların demək olar ki, hamısında iştirak edib. Bunlardan ən maraqlısı parallel siniflər arasındakı yarışlar olub, bu yarışlarda Cavid qrup rəhbəri olub. Qalib gəldikləri bütün yarışlarda “Tərifnamə” ilə təltif olunublar. Məktəbdə müxtəlif fənlər üzrə keçirilən gecələrdə də qrup yarışmaçısı olaraq iştirak edib və fəal iştirakına görə “Fəxri Fərman”la təltif olunub. Bəzi fənn gecələrində isə aparıcı qismində çıxış edib. Bunlardan əlavə, istər məktəbdəki, istərsə də rayon səviyyəli ictimai tədbirlərdə, bəzən aparıcı kimi, bəzən də şeirlərlə çıxış edib. Amma bununla kifayətlənməyib, bəzən aktyor qismində də müxtəlif tədbirlərdəki iştirakını xatırlayır. Buna misal olaraq S.Rüstəmin “Ana və poçtalyon” əsərindəki poçtalyon rolunu ifa etməsini göstərə bilərik. Cavidin belə yarışlarla bağlı xatirələri çoxdur. Bu da onun məktəb tədbirlərindəki fəal iştirakı ilə əlaqədardır.
Cavid, hal-hazırda ali məktəbdə də dərslərini yaxşı oxuyur. Əlindən gəldiyi qədər bütün fənlərə ciddi yanaşır. Dərsləri ilə məşğul olanda sadəcə kitablarla kifayətlənmir, internetdən də əlavə məlumatlar toplayır. Ali məktəbdə də orta məktəbdə olduğu kimi uğurlar qazanmaq üçün var qüvvəsi ilə çalışır.
Həyatında maraqlı və uğurlu günləri çox olan Cavid, ilk ağlına gələn maraqlı hadisəni bizimlə bölüşdü: 24 noyabr 2010-cu il. Həmin gün Xalq Şairi Fikrət Qocanın 75 illik yubileyi münasibətilə Ağdaş şəhərində keçirilən şeir müsabiqəsinin qalibi olub. Cavid bunu özünün ən böyük uğurlarından biri kimi qeyd edir. Çünki bu müsabiqədə şəhərin bütün məktəblərindən olan şagirdlər iştirak ediblər. Onların içərisində fərqlənmək, qalib olmaq Cavid üçün böyük və gözəl bir nəticə olub. Tədbirdə 3 böyük insanın: Fikrət Qoca, Habil Əliyev və Bəkir Nəbiyevin iştirak etməsi bütün şəhər əhalisi ilə bərabər Cavidi də sevindirib və tədbiri onun üçün daha da maraqlı edib. O, çox sevinir ki, hər kəsə nəsib olmayan bu xoşbəxtlik: həmin insanlarla görüşmək ona nəsib olub. Amma tədbirin ən unudulmaz anlarından biri kimi, bu şəxsiyyətlər binanın foyesinə daxil olan zaman onların qarşısında Cavidə qalibiyyət gətirən “Dədə Qorqud” şeirini söyləməklə, Fikrət Qocanı gül dəstəsi ilə təbrik etməsini qeyd edir. Təbrikdən sonra Bəkir Nəbiyevlə olan görüşü də möhtəşəm tədbiri yaddaşına qızıl hərflərlə yazmasına səbəb olub.
Seçdiyi ixtisasa yiyələnməkdə, qəbul imtahanında yüksək nəticə əldə etməsində əməyi olan insanlara minnətdarlıq edən Cavid, bu insanların arasında xüsusilə həyatdakı ən dəyərli varlığı olan anasının adını çəkir. Cavid belə deyir: “Əgər o arxamda durmasaydı, mənim hazırlaşmağım üçün şərait yaratmasaydı bəlkə də mən bu gün bu nəticəni əldə etməzdim. Buna görə də ən çox anama borcluyam. O, mənim yaxşı təhsil almağım, hazırlaşmağım üçün əlindən gələni əsirgəmir. Bunu da sırf mənim gələcəkdə öz işini qura bilən, ali təhsilli bir insan olmağım üçün edir. Mən də anamın mənə çəkdiyi əziyyəti əlimdən gələn qədər itirməməyə çalışıram və ömür boyu çalışacam.” Anasından sonra belə insanların sırasında təbii ki, müəllimlərini də vurğulayır. Müəllimlərindən öyrəndiklərinin sayəsində elmi işlərdə, imtahanlarda uğurlu nəticələr göstərdiyini vurğulayır: “Anam, müəllimlərim və mənə dəstək olan hər kəs, var olun! Yaxşı ki, varsınız!”
Cavid gələcəkdə dövlətimizin inkişafı üçün əlindən gələni edəcək. Bu işdə onun başlıca örnəyi Ümummilli liderimiz Heydər Əliyevdir. Ali məktəbi bitirdikdən sonra, Xarici İşlər Nazirliyində, Səfirliklərdə işləməyi arzu edir. Azərbaycanın ABŞ-dakı, yaxud Böyük Britaniyadakı səfiri olmaq ən böyük arzusudur. Əgər bu arzusuna nail olsa, dövlətimizin inkişafı və həmçinin həmin ölkələrlə əlaqələrinin genişlənməsində müsbət rol oynayan işlər görəcəyinə inanır.
Asudə vaxtlarında onun ən sevimli məşğuliyyəti bədii kitablarla söhbət etməkdir. Xüsusilə, klassiklərimizin əsərləri ilə, dünya ədəbiyyatı ilə tanış olmaqdan zövq aldığını bildirir. Bundan başqa, internetdə dünya xalqlarının tarixi ilə maraqlanaraq, tarixi abidələr haqqında məlumat toplayaraq intellektual səviyyəsini bir az da artırır. Təbii ki, təbiətin qoynunda olmaq, təbiətlə təmasa girmək də onun çox xoşuna gəlir.
Orta məktəbdə təhsil aldığı müddət ərzində dəfələrlə şagird mətbuat orqanlarında və şəhər qəzetlərində onun uğurları və nailiyyətləri haqqında müəyyən məlumatlar dərc edilmişdir.

27 апреля 2016 г.

Babayev Rəfail Rövşən oğlu

 
Rəfail körpəlikdən sakit və ağıllı uşaq olub və  uşaqlıqdan şəkil çəkməyi xoşlayıb. İlk şəklini 2 yaşında çəkib. İkinci xoşladığı məşğuliyyəti isə konsturukturlar olub xırda leqolardan maraqlı fiqurlar, robotlar, maşınlar düzəldirdi. Ümumiyyətlə atası ona həmişə düşündürücü oyuncaqlar alırdı. Məsələn: xırda leqolar, maqnitlərlə olan konstrukturlar. Ən sevdiyi oyunlardan biri isə şahmat, dama, damino, kart oyunları idi. Nənə və babası boş olanda onlarla ya şahmat, ya da damino oynayır. Ümumiyyətlə Rəfail çox maraqlı uşaq olub. Sanki böyük bir adam idi, əvvəl fikirləşir sonra hərəkət edirdi.
İki yaşında hərfləri və rəqəmləri yazmağa başlayıb. Birinci uşaq olduğu üçün anası istəyirdi ki, hər şeyi öyrənsin. Buna görə də, ona yazmağı öyrətmişdi. İlk yazdığı söz isə öz adı və baba sözü olub, onu da babasıgilin qonaq otağının divarına yazıb üç yaşında. Biz valideyinlərindən çox babası Natiqi və nənəsi Sevili çox istəyib. Babası evdə olmasa yatmazdı. Rəfail qeyri-adi suallar verib həmişə bizə. Bunlar hər biri öz daxilindən gələn suallar olub. Hamıya çox təccüblü gəlirdi ki, bu yaşda uşaq şəkil çəkir, yazı yazır, şahmat kimi oyunlar oynamağı bacarır. Hətta kiçik qardaşı da onun kimi istedadlıdır. Said də Rəfailə baxıb hər şeyi tez öyrənib. Ancaq o deyir ki, mən qardaşım kimi istedadlı ola bilmərəm.
Babayev Rəfail Rövşən oğlu 12 oktyabr 2006-cı ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsil aldığı və hazırda təhsil aldığı məktəb Ə. Mahmudov adına 220 saylı məktəb-liseydir.
Rəfael: Dərslərimi əla oxuyuram. V sinifin əlaçısıyam. Ən sevdiyim fənnlər riyaziyyat, rəsm, həyat bilgisi və ingilis dilidir. Yeni il bayraında sinifimiizn tədbirində iştirak etmişəm və komandanın kopitanı olmuşam. Ən uğurlu günüm 2015-ci ilin mart ayında cüdo üzrə I yerə çıxdığım gün olub. Sevincimin həddi-hüdudu yox idi. Mən 2012-ci ildən cüdo ilə məşğul oluram. 2013-cü ildə III yerə, 2015-ci ildə isə I yerə çıxmışam. Eyni zamanda diplom və medallarla təltif olundum bu uğurlarıma görə.
Uğurlarıma görə atam Rövşənə, naliyyətimə görə isə Tərlan Həsənova borcluyam. Atam Rövşən, əmim Asif və dayım Babək ən çox oxşamaq istədiyim insanlardır. Dünya çempionu olmaq istəyirəm. Rəfailin ən böyük arzusu beyin cərrahı olmaq bütün xəstələrə kömək etməkdir. Bu fikirə o II sinifdə oxuyan zaman gəlib.

Asudə vaxtlarında şəkil çəkmək, kompüterdə oyunlar oynamaq və kiçik hekayələri mütailə etməyi xoşlayır. Gələcək planları isə yaxşı oxumaq universitetə qəbul olmaq, həm idmanda olan istedadını dünyaya tanıtmaq və eyni zamanda yaxşı cərrah olmaqdır. Hətta əsas maraq dairəsi olan rəssalığıda inkişaf etdirmək istəyir böyük sərgilərdə iştirak etmək tarixə ya rıssam kimi yada idmançı kimi düşmək istəyir. Və hər şey zamanla olacaq deyir. Hər şey uca Allahın əlindədir bildirir.

20 апреля 2016 г.

Hacıyeva Xuraman Aqil qızı

Hacıyeva Xuraman Aqil qızı Bakı şəhəri Ə. Vahid adına 293 saylı tam orta məktəbin VI sinif şagirdidir. Xuraman uşaqlıqda dəcəl olub. Dəcəlliyi ilə bərabər həm də iti zəkalı bir uşaq kimi tanınmışdır. Qonşular tərəfindən hər zaman sevilən bir uşaq olmaqla, hər kəsin rəğbətini qazana bilmişdir.
Xuraman məktəbə qədər xeyli sayda uşaq seir və nağılları öyrənmişdi. Yaddaşı iti olduğundan valideynlərinin onun üçün oxuduqları seirləri və nağılları yadda saxlamağı yaxşı bacarırdı.  Seirləri ona daha çox anası öyrətmişdi.
Yaxşı seir demək bacarığı Xuramanda I sinifdən hiss edilməyə başalamışdı. Qiraət bacarığını ona atası aşılamışdı.
Xuraman: Dərslərimi yaxşı qiymətlərlə oxuyuram. Ən çox sevdiyim fənnlər Azərbaycan dili, ədəbiyyat, tarix və coğrafiya fənləridir. Məktəbimizdə təşkil edilən bütün tədbirlərdə hər zaman fəal iştirak etmişəm, seirlər söyləmişəm. Bu xüsusiyyətimə görə ədəbiyyat müəllimimin ən sevimli şagirdlərindənəm. Həyatımda ən uğurlu günlərim dərslərimdən əla qiymət aldığım günlərdir. Ən  xoş və uğurlu günlərimdən biri isə Fidan bacımın dünyaya gəlməsi olmuşdur. 
Əldə etdiyim uğur və nailiyyətlərə görə atama, anama və müəllimlərimə borcluyam. Fəaliyyətimlə hər zaman atama bənzəmək istəmişəm. Dərslərimi daha da yaxşı mənimsəyib gələcəkdə vətənim və ölkəm üçün layiqli övlad, vətəndaş olmaq istəyirəm. Hədəfim bu baxımdan ən yüksək uğurlara çatmaqdır. Oxuyub gələcəkdə dil-ədəbiyyat üzrə yüksək biliklərə malik müəllim olmaqdır. Bu fikrə hələ ilk sinif illərindən düşmüşəm. Bu fikrə düşməyim ilk növbədə ibtidai sinif müəllimim Kübra xanım, ədəbiyyat müəllimim Şövkət müəllimə olan dərin sevgi və hörmətdən irəli gəlir. Gələcək planım dərslərimi əla qiymətlərlə oxuyub orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetinə daxil olmaqdır.
Asudə vaxtlarımı sinifdən xaric oxu üçün olan hekayələri və şeir parçalarını oxumaqla, həmçinin musiqiyə qulaq asmaqla keçirirəm.
Tarixin yaddaşında yaşamaq hər bir insanın amalı və arzusu olmalıdır. Bunun üçün təbii ki, üzərimizə düşən bütün işləri layiqincə yerinə yetirmək, dürüst, ədalətli və azad düşüncəli olmaq lazımdır.

14 апреля 2016 г.

Şükürlü Sübhan Rahib oğlu



 
Sübhan körpəlikdən həmişə maraqlı uşaq olub onun maraqları isə həmişə üstün olub. Həmişə fərqlənməyi, öndə olmağı, yaxşı geyinm, yaxşı yemək, çalışqanlığı ilə etrafı özünə çəkib. Sübhan məktəbə getməmişdən yazıb-oxumağı bilirdi. Çünki ,maraq həm özündə var idi, həm də bu həvəsi əmisi Rahil onda yaratmışdır.Ona görə də həmişə əmisinə oxşamağa çalışıb.Onun kimi gəzməyi, onun kimi geyinməyi, və onun kimi dövlət işində işləməyi qarşısına məqsəd qoyub.Sübhan bu vaxta kimi bütün yaş dövürlərində hazırcavablığı və fərqli düşünməyi  ilə digər yaşıdlarından fərqlənib. Dəqiq yaş dövrünü demək çətin olsada gözəl gələcəyi olacağını demək heç də çətin deyil.Çünki onun idialı əmisidir.
Şükürlü Sübhan Rahib oğlu 16.12.2004-cü il Azərbaycanın gözəl guşəsi olan Qəbələ rayonunun Bunud kəndin də anadan olmuşdur.Binəqədi rayonu E.Sultanov adına 217 saylı məktəbin şagirdidir.Etiraf edirəm ki, dərslərimi əla oxumuram.Yaxşı demək olar, amma istəyirəm ki, əla oxuyam.Bunun üçün öz üzərimdə çalışıram.Ən sevimli fənnim humanitar fınnlırdir ana dili, tarix və s.Məktəbimizdə keçirilən tədbirlərin demək olar hamısında istirak etmişəm .Tədbirlərdə hər hansı bir rol, şeir və bir sıra təşkilati işlərdə iştirak edirəm.Bunlardan əlavə respublika tədbirlərində də iştirak etmişəm . Əmim tərəfindən bizə xüsusi dəvvətnamələr gəlir.Qardaşım Səbuhi və valideyinlərimlə birgə bu tədbirlərdə iştirak edirik.Bu tədbirlər mənim üçün çox maraqlı və yadda qalan olur.Bunlara misal olaraq hər il “Əl oyunları “sarayında keçirilən “Yeni il” və “Novruz “şənliklərini göstərmək olar.Məktəb tərəfindən keçirilən tədbirlərdə də fəal iştirakıma görə də fəxri diplomla təltif olunmuşam.Əldə etdiyim bütün nəaliyyətlərimə və uğurlarıma görə Allahıma, valideyinlərimə, əmimə müəllimlərimə bir sözlə mənim ətrafımda mənə dəstək olan  hər kəsə şox sağolun deyirəm. Mənim böyuk hədəflərim var.Dövlətim üçün layiqli bir vətəndaş olmağa çalışacam.Gələcəkdə hansı peşəni seçəcəyimi hələ müəyyən etməmişəm. Qarşıma yaxşı oxumağı məqsəd qoymuşam.Peşə seçimimi isə sonra müəyyən edecəm.Asudə vaxtlarımda Milli kinolarımıza baxmağı xoşlayıram və  həyətdə dostlarıla oynayıram.Bədii qiraət,  şeir demək , çıxış etmək aparıcılıq etmək və s.Gələcəkdə ali məktəbə qəbul olmaq,mükəmməl təhsil almaq, xarici dil biliklərinə yiyələnmək və dövlət işində çalışmaq.Tarixin yaddaşına hər bir həs hər bir peşə sahibi düşə bilər.Əgər sən laiqli, vicdanlı və öz peşəni və vəzifə borcunu yetirərək dövlətinə xidmət edirsənsəbununlada sən adını tarixə yaza bilərsən. Səmimi etiraf edim ki, mən özümü Azərbaycan tarixinə düşmək və yazmaq üçün işğal altında olan torpaqlarımıza ilk üç rəngli Azərbaycan bayrağını dalğalandıran əsgər mən olmaq istəyirəm ....Bu mənim ən böyük arzumdur. İnşallah tezliklə də bu arzuma çataram. Bizdə tariximizi sevən gəncimizə arzusuna tezliklə çatmağı və Vətəninin əsil vətəndaşı olmasını arzu edirik Bu arzun ilə bütün Azərbaycanımızı  arzusuna çatdırmış olarsan sənə bütün məqsədlərində uğurlar ....

7 апреля 2016 г.

Səttarzadə Aydan Ağa qızı

Aydan uşaqlıqdan rəsm çəkməyə maraq göstərib. Məktəbə getməzdən öncə bağçaya gedib. Uşaq vaxtdan istedadlı şagird olduğunu müəllimləri deyirdi. Daha sonra isə hazılığa gedib orda da fəal uşaq olub. Səttarzadə Aydan Ağa qızı 16.11.2006-cı ildə Bakı şəhəri Xətai rayonunda anadan olub. Hazırda Suraxanı rayonunda Hovsan qəsəbəsində 281 saylı tam orta məktəbin III sinifində təhsil alır.Dərslərini yaxşı oxuyur, ən sevimli fənnləri riyaziyyat və təsviri incəsənətdir.Aydan rəsm sərgisində olub və orda fəal iştirak edib.Həyatında rəsm sərgisi onun üçün ən önəmli gün olub və orada III yer tutub, diplom alıb.
Asudə vaxtlarında gəzməyə gedir və şəkil çəkir. Aydan  müəllim və şagird dostlarının rəğbətini qazanmışdır. Və qazandığı uğurlara görə ailəsinə borclu olduğunu bildirir.