elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

25 декабря 2014 г.

Haqq-ədalət tərəfdarı Səbinə

 
 
 
 
2000-ci ilin 4 oktyabrında Bakı şəhərində dünyaya gələn İsmayılova Səbinə İmran qızı gələcəkdə ziyalı təbəqəsini artıracaq şagirdlərdən biridir. İlk təhsilini Bakı şəhərində, 286 saylı orta məktəbdə alan Səbinə hazırda Zərifə Əliyeva adına liseyin 9a sinfində təhsilini davam etdirir.
Anası Səbinənin uşaq yaşlarından çılğın təbiətli, hər şeylə maraqlanan, çox ünsiyyətcil bir uşaq olduğunu deyir. O deyir ki, rəsm çəkməyi uşaqlıqdan xoşlayan Səbinə ,həm də məktəb yaşına çatıncaya qədər çoxlu şeirlər, yanıltmaclar, tapmacalar bilir və onları çox gözəl bir şəkildə ifadə etməyi bacarırdı. Anası Sumarə xanımın dediklərindən: “ Qızım 10-11 yaşlarından kiçik həcmli şeirlər yazmağa başlayıb. Belə düşünürəm ki, bu həvəs ona 286 saylı məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini ona tədris edən Sevil İsmayılova və mən tərəfdən aşılanmışdır.”
Səbinə dərs əlaçısı və sinif nümayəndəsidir. Təhsil aldığı hər iki məktəbdə müxtəlif mövzularda keçirilən bütün tədbirlərdə Səbinə fəal iştirak etmişdir. Bu tədbirlərdə o, həm gözəl şeirlər söyləmiş, həm də aparıcı rolunda çıxış etmişdir. Səbinə bütün fənlərə eyni dərəcədə diqqət yetirməyə çalışdığını deyir. Ancaq buna baxmayaraq onun ən çox sevdiyi fənn Azərbaycan dili və ədəbiyyatdır.
Səbinənin qeydlərindən: “ Həyatımda ən sevincli və yaddaqalan hadisə hazırda təhsil aldığım Z. Əliyeva adına liseyə qəbul imtahanında yüksək nəticə əldə edərək, birinci yeri qazanmaqla liseyə qəbul olmağımdır. “ Səbinə burada hər ay keçirilən sınaq imtahanlarında birinciliyi hər zaman qoruyub saxlayır.
Müxtəlif vaxtlarda müxtəlif fənlər üzrə bir neçə fəxri fərmanlarla təltif olunan Səbinə bu uğurlarını davam etdirməyə çalışdığını deyir. Səbinə deyir ki, əldə etdiyi uğur və nailiyyətlərə görə ilk növbədə Allaha, sonra isə valideyn və müəllimlərinə borcludur. Çox sevdiyi şairlər B.Vahabzadə və M.Arazdır. Səbinə asudə vaxtlarında mütaliə etməyi xoşlayır. Daha çox dünya ədəbiyyatı oxuduğunu deyən Səbinənin sevdiyi yazıçı Aqata Kristidir.
Daha çox vətənpərvərlik mövzusunda şeirlər yazan Səbinə gələcəkdə də bu fəaliyyətini davam etdirmək niyyətində olduğunu deyir və bununla yanaşı, o həm də  hüquqşünas olmaq arzusundadır. Səbinə deyir ki, haqq-ədalət tərəfdarıdır və o ədalətli ,peşəkar bir hüquqşünas olacağını düşünür. Səbinənin dediklərindən: “ Mən tarixin yaddaşında yaradıcılığı ilə ölməzlik qazanan şair və vicdanlı, haqq-ədalətlə çalışan bir hüquqşünas kimi qalmaq istəyirəm. Bunun üçün kimliyindən asılı olmayaraq heç kimin haqqının tapdalanmasına yol verməməli, həmçinin öz şeirlərimlə də insanların qəlbinə yol tapmağa çalışmalı və bunu  bacarmalıyam.”


Bayrağım

İstiqlal göstərgisi, əzəmətli bayrağım,
Ucal, yüksəl daima! Qorxsunlar qüdrətindən.
Cümhuriyyət günəşim, mənim öz azadlığım,
Gözlərim qamaşıyor ay uıduz şəfəqindən.

Üstündəki rənglərin hərəsində bir məna,
Mavi rəngin: “Mən türkəm əbədiyyətdə” deyir.
Qırmızı rəng müstəqil, demokratik bir ana:
 “İki balam – bir ayım, bir yıldızım var”- deyir.

Yaşıl rəngi demirəm:İslamın coşğun səsi,
Allahın amanında bəzək verir bayrağa.
O bayrağın altında bir himnin səslənməsi
Sevincli, nəşə dolu ruh verir insanlara.

Ey bayrağım! Unutma! Çox gözlədik yolunu,
Amma geri dönmədik, sonunda dalğalandın.
Məmmədəmin, Heydərlə biz getmişik bu yolu,
İndi də İlhamla sən yüksəklərə ucaldın!
  
                          Yurdum

                   Axar suyu, tər gülü, göy meşəsi,
                   Zəngilanı, Şuşası, Füzulisi,
                   Əbədidir Babəki, Nizamisi,
                   Razı qalır hər qonağı yurdumun.
                   Bəzəyidir uca dağlar, dərələr,
                   Açıq düzlər, gen dərələr, meşələr.
                   Yaşlı olsun, cavan olsun – sevərlər,
                   Cəsur Cavanşirləri var yurdumun.
                   Ağ qızılı, sərvəti var yurdumun.
                   Neçə-neçə neməti var yurdumun.

                   Oxunduqca Qarabağ şikəstəsi
                   Dağa dönür qəlblərdə Xanın səsi.
                   Laçında, Şuşada sevinc nəğməsi,
                   Aşiqləri məst edəcək yurdumun,
                   Ram olacaq düşmənləri yurdumun.

                   Yalançı düşmənlər ətrafda dolu,
                   Ulduz tək parlayaq, yox başqa yolu.
                   Rəhbərimiz dahi Heydərin oğlu,
                   Daim gözəl hər bucağı yurdumun,

                   Ucaldacam mən adını yurdumun.

Ana

Nə olsun ki, üç hərfdir, içində üç dünya var:
Həssas ana, mərd qadın, gözəl həyat yoldaşı.
Hər birinin qəlbimdə öz yeri, öz taxtı var,
Amma yalnız anamdır dərdlərimin sirdaşı.

Sual versələr sənə - ən sevdiyin bir insan,
Tezcə çıxar dilindən “Ana” kəlməsi, sözü.
Təəccüblü deyil bu: xəstə olduğun zaman
Sözü kimi anan da tez yetirər özünü.

Sizə sual verirəm: deyər hansınız mənə
Doqquz ay daşıyaram birisini belimdə?!
Fəqət ana! Doqquz ay saxlar bizi bətnində,
Amma heç üsyan etməz, heç nə deməz bir kəsə.

Biz nə qədər böyüsək, nə qədər yaşa dolsaq,
Çəkdiyi əziyyəti yaxşı dərk edəcəyik.
Vətənə, ölkəmizə layiqli övlad olsaq,

Anamızı hər zaman sevincli görəcəyik.

Комментариев нет:

Отправить комментарий