elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

25 декабря 2014 г.

Tağıyev Abbas İslam oğlu

Tağıyev Abbas İslam oğlu 17 fevral 1997-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. Körpəlikdən aktiv uşaq olan Abbas hər bir məlumatla maraqlanan, güclü yaddaşa malik, saysız-hesabsız suallar verən uşaq olmuşdur. Daim biliyini artırmağa çalışırdı. Sakit, ünsiyyətcil və mehribanlığı ilə öz həmyaşıdlarından seçilirdi. Kiçik yaşlarından bağçaya getməyə başlamışdı. Məktəbəqədərki dövrdə artıq bütün hərfləri və rəqəmləri bilib, sərbəst yazıb-oxumağı bacarırdı. Artıq 2003-cü ildən məktəbə getməyə başlamışdır.
Əvvəlcə 247 saylı məktəbdə təhsilə başlamış, sonralar 2006-cı ildən sonra isə Binəqədi rayonundakı Ə. Ələsgərov adına 244 nömrəli tam orta məktəbində təhsilinə davam eləmişdir. Kiçik olmasına baxmayaraq yaşıdlarından güclü yaddaşı, hazırcavablığı, çalışqanlığı ilə seçilirdi. Dərslərində olduqca çalışqan, gündəlik tam hazır olan şagird məktəbin fəallarından biri olmağı da bacarmışdır. İbtidai sinif  müəllimi olan Fəridə  xanım onun unudulmaz və sevimli müəllimlərindəndir. Sinif rəhbəri olmuş Zərnişan və Pəri xanım daim rəğbət, sevgi, hörmət hisləri duyduğu müəllimlərdəndir. Dərslərinə olduqca çox zaman ayıran Abbas ən çox coğrafiya, ingilis dili, tarix fənnlərinə maraq göstərmişdir. Bu marağın yaranmasına səbəb isə fənləri sevməsi olmuşdur. Coğrafiyanı tədris edən - Yaşar müəllimin, ingilis dilini tədris edən - Pəri  xanımın, tarix fənnini tədris edən - Yaygül xanımın Abbasın bu fənlərdən dolayı savadlanmasında mühüm rolu olmuşdur.
2014-cü ildə 503 balla Azərbaycan Dövlət İqtisadiyyat Univesitetinin maliyyə fakültəsinə daxil olmuşdur. Hazırda təhsilini uğurla davam etdirməkdədir. Xarici dilləri bilən istedadlımız ingilis, rus dillərini mükəmməl bilmək istəyi vardır. Magistr təhsilini isə Amerikada davam etdirmək arzusundadır. Təhsili ilə yanaşı, idmana da böyük marağı olmuşdur. Özünü həm təhsil, həm də cüdo sahəsində ideal görən Abbas həqiqətəndə bunu sübut etmişdir. Əldə etdiyi uğurlar, qələbələr nəticəsində istedadı öz təsdiqini tapmışdır. 13 yaşından idmana marağı getdikcə artmağa başlamışdır. Olimpiya oyunlarına daxil olduğu üçün, ağıla və ən üstünlük verilən idman olduğuna görə, enerjisini düzgün sərf etmək üçün, həvəsi və marağı olması ilə bağlı Abbas cüdo idman növü ilə çox maraqlanmışdır. 2012-ci ildən Tofiq Bəhramov stadionun nəzdində fəaliyyət göstərən idman klubunda Elşən İsmayılov, Səhliman müəllimlərdən dərs almışdır. Qısa zamanda böyük uğur və nailiyyətlər qazanmışdır. 23-27 iyul 2012 tarixində keçirilən Avropa çempionatında 14-15 yaş qrupu üzrə 60 kq çəki dərəcəsində II yer tutduğuna görə-diplomla; 24-26 sentyabr 2012-ci il tarixində keçirilən dünya çempionatında 14-15 yaş qrupu üzrə 60 kq çəki dərəcəsində III yer tutduğuna görə-diplomla; 06-10 may 2013-cü il Qusarda keçirilən Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş universal döyüş üzrə beynəlxalq turnirdə 16-17 yaş qrupu üzrə 65 kq çəki dərəcəsində III yer tutduğuna görə-diplomla; 15-18 iyul 2013 tarixində Qusarda keçirilən Avropa çempionatında 16-17 yaş qrupu üzrə 65 kq çəki dərəcəsində II yer tutduğuna görə-diplomla; Gənclər və İdman Nazirliyinin keçirdiyi yarışda universal döyüşdə 14-15 yaş qrupu üzrə 60kq çəki dərəcəsində II yer tutduğuna görə-diplomla;  2014-cü ildə keçirilən atletika üzrə yarışda II yer tutduğuna görə-diplomla; Binəqədi rayon Gənclər və İdman İdarəsi və Bakı şəhəri Təhsil İdarəsinin təşəbbüsü ilə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda Binəqədi rayon orta ümumtəhsil şagirdləri arasında keçirilmiş seminarlarda fəal iştirakına görə-fəxri fərmanla; 2012-ci tarixində keçirilən respublika çempionatında I yer tutduğuna görə-medalla; 23-27 iyul 2012 tarixində keçirilən Avropa çempionatında 14-15 yaş qrupu üzrə 60 kq çəki dərəcəsində II yer tutduğuna görə-medalla; 24-29 sentyabr 2012-ci il tarixində Anapa şəhərində keçirilən dünya çempionatında III yer tutduğuna görə-medalla; “Azərbaycan Qərblə Şərq arasında nəqliyyat dəhlizi kimi” mövzusunda seminarda H. Əliyevin imzası ilə təltif olunmuşdur.
Asudə vaxtlarında mütaliə etməyi çox sevən Abbas xarici ədəbiyyata daha çox üstünlük verir. Dostoyevski, Alber Kamyu, Frans Kafka kimi görkəmli yazıçıların əsərlərini davamlı olaraq oxuyur. Bundan başqa gitara, klassik musiqi, dram filmləri onun maraq sahələrindəndir. Qaranlığı lənətləməkdənsə, bir şam yandır - deyən gənc istedadlımız hər zaman zamanını düzgün sərf etməyə çalışır. Onun həyatında təhsilin və idmanın mühüm yeri var.

Atası İslam Tağıyev, anası İradə Tağıyeva həmişə Abbasa hər zaman dəstək olurlar. Onların arzusu övladının əsl insan olaraq yetişməsi və sənət sahəsində yüksək zirvələrdə olması, tanınmış dövlət işçisi kimi görməkdir. Abbas ən yaddaqalan günü kimi 2014-cü ildə məktəbi bitirməsi münasibilə keçirilən “Son zəng” gününü qey edir. Gələcək arzusu karyera qurmaqdır. Əgər həyatında heç bir dəyişiklik yoxdursa, deməli xoşbəxtsən - söyləyən istedadlımız gələcəkdə də uğur və nailiyyətlərini davam etdirmək arzusundadır. 

Комментариев нет:

Отправить комментарий