Rəhimzadə Sona
Zakir qızı 10 dekabr 2002-ci ildə Bakı şəhərində dünyaya gəlib. Sona zəif, ağlağan
bir uşaq olub. Nənəsinin adını daşıdığına görə xüsusi diqqət görmüşdür. Nənəsinin
körpə dəcəli, babasının Sona balası.
Açıq havada gəzməyi
çox sevirdi Sona. Sona gül həvəskarı idi, elə indi də gülləri çox sevir, qulluğunda
durur.
Məktəbə getməmişdən
böyük səylə hərfləri səhv-düz yaza-yaza öyrənirdi. Ona bu sahədə Gülüm xalası
yardımçı olurdu, səhvlərini düzəldir, onu ruhlandırırdı.
İlk təhsil
aldığı məktəb Füzuli rayonu Horadiz qəsəbəsində yerləşən 1 saylı məktəb
olmuşdur. Hal-hazırda Xətai rayonundakı 194 saylı məktəbdə VI sinifdə təhsilini
davam etdirir. Sona dərslərini yaxşı oxuyur. Bütün fənləri çox sevir. İstər məktəbdaxili,
istərsə də məktəbdənkənar tədbirlərdə öz aktivliyini göstərir.
Sona asudə
vaxtlarında bədii kitablar oxuyur və müxtəlif mənzərələri kağız üzərinə köçürür.
Əldə etdiyi uğur
və nailiyyətlərin əsas səbəbkarı valideyinləri, müəllimləri və xüsusiylə müəlliməsi
Lalə Dadaşovadır. Sona da müəlliməsi kimi işinin peşəkarı olmaq istəyir. Gələcəkdə
həkim olub, nənəsi Sona Mehdiyevanın yolunu davam etdirmək arzusundadır.
Baba deyər:
Sonası,
Sən atanın anası.
Göldə bir sona
üzər,
Sən hansısan, o
hansı?
Yusif Dirili
Комментариев нет:
Отправить комментарий