Ləliş baba Ləliş
bala... Rəhimzadə Ləliş Zakir oglu. 9 oktyabr 2004-cü ildə Bakı şəhərində
anadan olub. Sarışın, qıvrım saçlı, mavi iri gözləri olan uşaq olub. Dəcəl, heç
kimlə oyuncaqlarını bölüşməyən, kimsənin də oyuncağına toxunmayan küsəyən,nənə
babasının ərköyun balası olub. Balacalıqda qumla oynamağı, qumdan maraqlı heykəllər
düzəltməyi sevirdi.Su ilə oynamaq Ləlişin maraqlı məşğuliyyətlərindən biri
olub.
Məktəbə gedənəcən
yazıb-oxumağı bilirdi. Bənövşə Rəhimova Ləlişin ilk müəllimi olub. Şeir demək
qabiliyyətinə görə o, həmişə seçilib.Nənəsi Sona xanım Ləlişin ilk şeirində
onun bu istedadını aşkar edib.
İlk təhsil aldiğı məktəb Xətai rayonu 245
saylı məktəb olmuşdur. Hazırda Xətai rayonu 194 saylı məktəbin V sinfində təhsilini
davam etdirir. Bir şagird olaraq müəllimlərin,övlad olaraq valideynlərinin
ümidlərini doğrultmağı bacarır.Bütün fənləri sevir,amma riyaziyyata olan marağı
daha güclüdür. Məktəbin əksər tədbirlərində fəal iştirak edir,şeir söyləmək
qabiliyyətinə görə bütün tədbirlərdə Ləlişin
çıxışı olur. “9 Noyabr Azərbaycan Dövlət Bayrağı günü” münasibəti ilə
rayon məktəbləri arasında “Mənim bayrağım” adlı şeir müsabiqəsində fərqləndiyinə
görə diplomla təltif olunub. “Anamin balasi” verlişində otaq bitkiləri haqqında
radioda çıxışı olmuşdur.
Asudə
vaxtlarında kitab oxumağı və şəkil çəkməyi sevir.
Ləlişin gələcək
planları yaxşı oxuyub məktəb və respublika tədbirlərdə iştirak etmək, bankda
işləmək,öz səhəsinin mütəxəssisi olub müəllim və valideyinlərini sevindirməkdir.
Babası - Oktay Rəhimov
onun kumiridir. Ləliş onun kimi savadlı,
hörmət sahibi olmaq istəyir.
Ləliş kişi, nər
kişi,
İgid kişi, ər
kişi.
Qolu güclü, gözü
tox,
Belə olmaz hər
kişi
Yusif Dirili
Комментариев нет:
Отправить комментарий