Gənc
istedadlarımızdan biri də Bakı şəhəri 160 saylı klassik gimnaziyanın şagirdi
Yusifli İdris Pərviz oğludur. O, hələ körpəlikdən sakit, dinc uşaq olub.
Şahmata böyük maraq göstərir, saatlarla şahmat oynayanlara tamaşa etməyi sevərdi.
Məktəbə gedənə qədər yazıb-oxumağı uşaq bağçasında öyrənən İdris burada keçirilən
şahmat dərslərində həvəslə iştirak edirdi. Onun şahmata olan marağı getdikcə
artaraq bu sahədə uğurlar qazanmasına yol açdı. Belə ki, 10-19 oktyabr 2010-cu
ildə Xızıda təşkil olunan Uşaq-Gənclər Şahmat Məktəbləri komandalarının
respublika birinciliyində iştirak edən komandanın üzvü kimi uğurlu çıxış etmişdir.
Komanda bu yarışda II, İdris III yeri tutmuşdur. Bundan başqa 2007 və 2008-ci
illərdə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş
turnirdə I yeri tutaraq diplom və mükafatla təltif olunmuşdur. 15 iyun 2008-ci
ildə Milli Qurtuluş Gününə həsr olunmuş təsnifat turnirində III yerə sahib
olunmuşdur. 12-17 noyabr 2009-cu ildə “Uşaq ili”nə həsr olunmuş gənclər
arasında keçirilən şahmat turnirində birinci yer tutduğu üçün təltif
edilmişdir. 18-27 mart 2011-ci ildə Novruz bayramına həsr olunmuş şahmat üzrə gənclər
arasındakı təsnifat turnirində birinci dərəcə uğrunda yarışda birinci yer
tutaraq mükafatlandırılmışdır. 2011-ci ilin mayin 6-da Heydər Əliyevin anadan
olmasının 88-ci ildönümünə həsr olunmuş şahmat seansında fərqləndiyinə görə təltif
olunmuşdur. 2012-ci ildə Bakı şəhər məktəbliləri arasında keçirilən XXV
spartakiadanın proqramına daxil olan şahmat yarışında qalib gələrək I yerə
çıxmışdır. 31 yanvar 2013-cü ildə Bakı şəhəri ümumtəhsil məktəbləri şagirdləri
arasında keçirilmiş şahmat yarışında II yeri əldə etmişdir. 16 may 2013-cü ildə
respublika ümumtəhsil və ilk peşə ixtisas təhsilli müəssisələri şagirdlərinin
VII spartakiadasının şahmat idman növü üzrə final yarışlarında birincilik
qazanmışdır.
İdrisin ən böyük
arzusu qrossmeyster olmaqdır. İdmanın zəka tələb edən bu növü ilə məşğul olmaqla
yanaşı o, dərslərini də yaxşı oxuyur və nümunəvi şagirdlərdəndir. İdrisin ən
çox sevdiyi fənlər fizika və Azərbaycan tarixidir.
Onun asudə
vaxtları az olur. Boş vaxtını da səmərəli keçirməyə çalışır. Bunun üçün ya
şahmat oynayır, yaxud da musiqiyə qulaq asır. Bir vaxtlar İdris rəssamlığa da
maraq göstərirmiş, bu zaman daha çox təbiət mövzusuna üstünlük verirmiş.
Əldə etdiyi
uğurlara görə ən çox anasına minnətdar olduğunu bildirsə də, heç kimə oxşamaq
istəmir. Onun fikrincə hər kəsin özünəməxsus cığırı olmalıdır.
Yuxarıda
sadaladığımız qabiliyyətləri barədə jurnal və qəzetlərdə məlumat verilib. Gənc
istedadımızla fəxr edir və gələcəkdə beynəlxalq yarışlarda qələbə qazanmağı
arzulayırıq.
men Kazimov Nəsib sizdən menim size gondərdiyim məlumatlari saytda yerleşdirmeyinizi xaiş edirem
ОтветитьУдалить