Uşaqlıqdan sakit təbiətli uşaq olan Ülkər oyuncaqları
ilə oynamağı çox sevirdi. Həmyaşıdları ilə çox tez ünsiyyət qurmağı bacarır. Anası
ona yazmağı, oxumağı, riyazi əməllərdən toplama və çıxmanı öyrətmişdi. O, həmişə
şəkilli nağıl kitabları ilə maraqlanar, valideynlərindən tez-tez ona nağıllar
söyləməsini tələb edirdi. Bağça müəllimi də həmişə ondan razı qalardı. Ülkərin
yazıb-oxumağa xüsusi meylinin olmasında anasının rolu olmuşdur. Belə ki, o, qızına
oyuncaqlarla bərabər rəngləmək üçün kitablar, nağıl kitabları, albom və rəngli
karandaşlar alardı. Boş vaxtlarında onunla məşğul olardı ki, bu da balaca Ülkərdə
yazıb-oxumağa maraq oyatmışdır. Hazırda 270 saylı məktəbin şagirdi olan Ülkər əlaçıdır
və dərslərini yaxşı oxuyur. Onun ən çox sevdiyi fənlər Azərbaycan dili və ingilis
dili fənləridir. Əlaçı olmaqla yanaşı, o, keçirilən tədbirlərdə fəal iştirakı
ilə seçilir.
Ülkər bütün bunlarla yanaşı xüsusi istedadının olması
ilə yoldaşlarından fərqlənir. Belə ki, o, şeir yazmaq qabiliyyətinə malikdir. Buna
baxmayaraq o, ağ xalatlı həkim olmaq istəyir. 4-5 yaşlarından həkim olmaq
fikrinə düşüb. Peşəkar bir həkim kimi insanlara şəfa vermək, onları xəstəliklərdən
xilas edib həyata qaytarmaq onun ən böyük xəyalıdır ki, bu xəyalını, arzusunu həyata
keçirməyə çalışır. O, elm aləmində yenilik edərək, yeni bir şey kəşv və ya
ixtira etməklə tarixin yaddaşında qalmaq istəyir. “qazandığım uğurlara görə
valideynlərimə və Səkinə müəlliməmə minnətdaram” - deyir. Ona elm həyatında qətiyyətlə
irəliləməyi arzu edirik.
Комментариев нет:
Отправить комментарий