Sahib körpəlikdən sakit və təmkinli uşaq olmuşdur. Kiçik
yaşlarından avtomobillər və polislərin iş fəaliyyəti onda maraq yaratmışdır. Məhz
bu səbəbdən də uşaqliqdan kompyüter oyunlarina və uşaq atraksionundaki
maşınlarla, atçılıq atraksionları ilə daim maraqlanmışdır.
Sahib Mürşüd oğlu Məmmədov 2 noyabr 2001-ci ildə
Rusiya Federasiyasının Novosibirsk şəhərində anadan olmuşdur. İlk təhsil almağa
115 saylı orta məktəbində başlamış və hazırda da bu məktəbin VII sinfində
oxuyur.
Sahib hələ məktəbə qədəm qoymamış oxumaği və yazmağı
tam şəkildə öyrənmişdir. Bu bilikləri ona anası və yaxın qohumlarının öyrətməsinə
baxmayaraq, məktəbəqədər yaş dövründə ona aşılanan bilikləri mənimsəməsi onun
daxili istedadindan, oxumağa olan həvəsindən xəbər verirdi.
Vətənimizin gələcək inkişafında mühüm addımlar ata biləcək
övladlardan olan Sahibin istedadi kompyuter və avtomobil texnologiyaları, vətəndaş
hüquqları ilə bağlıdır. Qeyd etdiyimiz bu sahələr üzrə yaşının az olmasına
baxmayaraq öz zəhməti hesabına,öz üzərində çalışmaqla böyük biliklər əldə
etmişdir. Sahibin bu sahədə marağının yaranmasının iki ən böyük səbəbi vardır. Biri
qardaşı,digəri isə xalqı...
Qardaşı müstəntiq işlədiyinə görə bu sahədə onda maraq
formalaşmışdır və gələcəkdə öz xalqına, dövlətinə xeyir verə biləcək bir övlad
olmağı bütün qəlbi ilə arzulayır. Onun polis və ya hüquqşünas olmaq istəyi də
ilk növbədə Vətəninə, xalqına olan sevgisindən irəli gəlir.
Sinfin ən fəal şagirdlərindən olan Sahib dərslərinə
çox məsuliyyətlə yanaşır. Olduqca çalışqandır. Tarix, coğrafiya, ədəbiyyat onun
ən çox sevdiyi fənlərdir. Tarixi, coğrafiyanı sevməsi yasının az olmasına baxmayaraq öz vətəninin tarixi
keçmişinə, bu gününə, coğrafi mövqeyinə olan marağını əks elətdirir. Sahib məktəb
və sinif rəhbərliyi tərəfindən keçirilən tədbirlərdə daima iştirak edir. Həmçinin
115 saylı məktəbdə keçirilən yarışlarda və olimpiadalarda iştirak etmişdir. Müxtəlif
sahələrdə özünü inkişaf elətdirən Sahib həmçinin III-V siniflərdə məktəb üzrə
keçirilən futbol yarışlarında sinifləri ilə birgə birinci yeri tutmuşdur.
Vətənini, xalqını səvən, xalqına layiq oğul olmağı istəyən
istedadlı Sahib balamız bütün əldə etdiyi nailiyyətlərə görə özünə və valideynlərinə
borclu olduğunu söyləyir.Beləki, valideynləri və böyük qardaşi ona hər bir işdə
birinci olmaği öyrətmişlər. O hemişə hər bir işdə birinci olmaği qarşisina məqsəd
qoymuşdur.
Sahib özü haqqinda məlumatlari da olduqca maraqlıdır. O,
özü haqqında aşağidakı məlumatları vermişdir:Mən polis olmaq istəyirəm.Qardaşım
müstəntiq olduğuna görə bu senete mende uşaqliqdan maraq yaranmışdır.Mən öz istəyimlə
vətəndaşların hüququnu qorumaq, cinayətkarlara qarşı mübarizə aparmaq istəyirəm.
Asudə vaxtlarımda kitab oxuyuram,kompyuterdə yeni xəbərlərlə
maraqlanıram, futbola azarkeşlik edirəm,eyni zamanda avtosportla da
maraqlanıram.
Gələcəkdə məktəbi bitirib polis akademiyasına və ya
BDU-nin hüquq fakültəsinə qəbul olunub daima vətəndaşların hüquqlarını, azadlıqlarını
müdafiə edib cinayətkarlığa qarşı mübarizə aparmaq istəyirəm.Mənim ən böyük istəyim
tarixin keşiyində duran bir şəxs kimi yaddaşlarda qalmaqdir...
Комментариев нет:
Отправить комментарий