Vətənimizin istedadlı övladlarından biri də Həbibə Səyavuş
qızı Xanlarlıdır. O, 13 mart 2006-cı ildə Bakının Hövsan qəsəbəsində anadan
olmuşdur.
Həbibə körpəlikdə dəcəl diribaş uşaq olub. Həmişə hər
şeyin yaxşısını istəyib. Həbibə məktəbə getməzdən əvvəl uşaq bağçasında tərbiyə
alıb. Burada o, yazıb-oxumağı öyrənmişdir.
Hazırda Hövsan qəsəbəsindəki Vaqif Mirzəliyev adına
281 saylı orta məktəbdə təhsil alır. Bütün fənləri yaxşı oxuyan Həbibənin ən
çox sevdiyi fənlər ana dili, ingilis dili və rəsmdir. Dərslərini yaxşı oxumaqla
yanaşı o ictimai işlərdə də aktiv olması ilə seçilir. Təşkil olunan tədbirlərdə
şeirlər söyləyir.
Həbibənin ən çox sevdiyi məşğuliyyət rəsm çəkməkdir. Çəkdiyi
rəsmləri öz otağından asır. O, gələcəkdə rəssam olmaq istəyir. Belə ki, anası
da rəssam olduğundan ona oxşamaq istəyir. Həbibə çəkdiyi şəkillərdən ibarət sərginin
olmasını arzulayır.
O, çox çalışaraq nailiyyətin ən uca zirvəsini fəth etmək
niyyətindədir.
Həbibəyə bu yolda bol-bol uğurlar arzulayırıq.
Комментариев нет:
Отправить комментарий