Gənc istedadlarımızdan biri də Selcan Səyavuş qızı
Xanlarlıdır. O, 27 iyul 2007-ci il tarixində Bakının Hövsan qəsəbəsində anadan
olmuşdur.
Selcan körpəlikdə çox sakit, sözəbaxan uşaq olub. Şəkil
çəkməyi və plastinlə işləməyi xoşlayır. Təsadüfi deyil ki evin ayrıca bir hissəsində
onun plastinlə düzəltdiyi əl işləri vardır. Selcan məktəbə gedənə qədər artıq
yazıb-oxumağı bacarırdı. Bunu o, bağçada öyrənmişdi. Hazırda Hövsan qəsəbəsindəki
Vaqif Mirzəliyev adına 281 saylı məktəbin əlaçı şagirdlərindəndir. O, bütün fənləri
eyni məsuliyyətlə oxuyur. Bunların içərisində riyaziyyat, informatika,
texnologiya və musiqi fənlərini daha çox sevir.
Selcan məktəbin ictimai işlərində, tədbirlərdə də
aktiv iştirak edir. O, yüksək intonasiyaya malik olduğu üçün belə tədbirlərdə
şeirlər söyləyir. Selcanın həyatında ən yaddaqalan günlər məktəbdə və sirkdə
şeir deməsi olub. Qazandığı uğurlarına görə valideynlərinə və Lətafət müəllimə
minnətdar olduğunu bildirir.
Selcan orta təhsili əla qiymətlərlə başa vurub ali məktəbə
daxil olmaq, həkim peşəsinə yiyələnmək, baş alıb gedən xəstəliklərin qarşısını almaq
və insanlara şəfa vermək istəyir. O, heç vaxt təslim olmamaq devizi ilə irəliyə
getmək və daha çox nailiyyətlər əldə etmək əzmindədir.
Ona müvəffəqiyyətlər
arzulayırıq.
Комментариев нет:
Отправить комментарий