elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

6 февраля 2015 г.

Əhmədova Tünzalə Səməd qızı

Növbəti qəhrəmanımız Azərbaycanımızın, nur şəhərimiz Mingəçevirin seçilən yeniyetmələrindəndir.
Bu qəhrəmanımız Tünzalədir. Əksər yetkin insanlarımızın belə adının nəyi ifadə etdiyini, mənasını bilmədiyi halda 10 yaşlı Tünzalə çox gözəl bilir. Onu adi ilahi bir məna daşıyır. Elə bəlkə qızımızın bu qədər istedadlı, bacarıqlı olmasının sirri də onun adında gizlənir. Tünzalə ərəbcədəki tənzil, endirilmə, nazil olma, səmadan göndərilən mənasını ifadə edir. Tünzalə balamız da anası Sevda xanıma Tanrının bir payı, səmadan göndərdiyi ərməğandır.
Tünzalə Səməd qızı Əhmədova 5 oktyabr 2004-cü ildə Yevlax rayonunun Xaldan kəndində dünyaya göz açıb. Hələ kiçik yaşlarından suyuşirin, ağıllı olan Tünzalə bir çox həmyaşıdları kimi rastına çıxan hər şeylə maraqlanardı. Rəsm çəkməyi, müxtəlif əl işləri hazırlamağı və nağıl dinləməyi daha çox sevirdi. O zamanlar Tünzalənin sevimli bir oyuncaq pişiyi var idi. Hara getsə özü ilə aparardı.
Tünzalə eyni zamanda hələ məktəbə qədər dövrdə təhsilə marağı ilə həmyaşıdlarından seçilirdi. Bu marağın yaranmasında ondan 3-4 yaş böyük olan xalası uşaqlarının da əməyi az deyildi. Məktəbə hazırlaşan xalası uşaqlarını müşahidə edən Tünzalə onlarla bərabər “cızma-qaralar” edərdi. Balaca Tünzalənin marağından istifadə edən anası və 10 saylı uşaq bağçasındakı müəllimləri ona yazıb-oxumağı öyrətdilər.
Tünzalə hazırda Mingəçevir şəhərindəki Ruslan Muradov adına Texniki-Humanitar liseyin IV sinif şagirdidir. Dərs əlaçısıdır. Tədris olunan bütün fənlərə eyni dərəcədə hazırlaşması əldə etdiyi nailiyyətlərin təməlini qoyub.
Tünzalə məktəbə qədəm qoyduğu ilk günlərdən təhsillə bərabər ictimai fəallığı ilə də seçilib. Hələ I inifdə oxuyanda Əlifba bayramında, Son zəng tədbirindəki çıxışları ilə məktəb rəhbərliyinin, müəllimlərin rəğbətini qazanmışdı. Əlifba bayramında oynadığı milli rəqs, tədbirin sonunda əynində bayrağımızı əks etdirən paltar və əlində dövlət bayrağımız son akkordları vurması tamaşaçılarda xüsusi bir eyforiya yaratmışdı. Elə o üzdəndi ki, üstündən neçə illər keçsə də Tünzalənin çıxışı yaddaşlardan silinməyib.
Sonrakı illərdə də ictimai fəallığı ilə seçilən Tünzalə Yeni il şənliklərində, “Üfüqdə parıltı” hərbi-idman yarışlarında uğurlu çıxışları ilə fərqlənib.
Zamanının əsas hissəsini təhsilə sərf etsə də yaradıcı işlərə də marağı var. Güclü fantaziyaya malik olduğu üçün
hətta başqalarının lazımsız hesab etdiyi məhsullardan belə nələrsə düzəltməyə qadirdir. Özünün söyləməsinə görə bu günə qədər düzəltdiyi əl işləri içərisində balaca ev fiquru və açıqça ən çox xoşladığıdır.
Tünzalənin bu günə qədər əldə etdiyi nailiyyətlərdə anası Sevda xanımın danılmaz əməyi var. Sevda xanım bütün zamanını, əməyini qızının uğur qazanmasına, mənəvi dəyərlərlə böyüməsinə sərf edən valideynlərdəndir. Və zənnimizə görə o buna artıq nail olub.
Tünzalə gələcəkdə hüquqşünas olmaq istəyir. Bu istək onda izlədiyi filmlərdəki qadın hakim obrazlarında gördüyü müsbət xüsusiyyətlərə əsasən yaranıb. Hətta tarixdə belə ədaləti ilə seçilən, hamının hörmət və rəğbətini qazana biləcək bir hakim kimi qalmaq istədiyini dilə gətirdi.
Onun əsas istəyi orta təhsilini müvəffəqiyyətlə başa vurmaq, universitetə qəbul olmaqla anasının etimadını doğrultmaqdır.
Uğur olsun, Tünzalə!

Комментариев нет:

Отправить комментарий