Xəlilova
Gülər Rəşad qızı 08.10.2008-ci ildə Bakı
şəhərində anadan olub. Gülər körpəlikdə çox sakit, gülərüz və tez
qaynayıb-qarışan uşaq olub. Onun ən sevimli məşğuliyyətləri şəkil çəkmək, velosiped
sürmək və idman etməkdir. İdmana olan böyük sevgisinin nəticəsi olaraq
valideynləri onu gimnastikanın tamblinq növünə yazdırıb . O, dəfələrlə öz
yaşıdları arasında 1-ci yeri qazanıb və çoxlu sayda medallara, diplomlara layiq
görülüb. Məktəbə gedənə qədər yazıb oxumağı, şeir söyləməyi ve nağıllar
danışmağı bacarıb. Buları ona evdə nənələri Nuridə və Solmaz xanım və valideynləri,
bağçada isə müəllimləri öyrədib. İdmana
olan marağı ona atasından keçib. Atası Reşad da idmançı olub və Güləri də idman
sahəsinə o yönəldib. O, 4 yaşından
etibarən bir çox gimnastik hərəkətləri sərbəst şəkildə icra etməyi
bacarıb. Xəlilova Gülər Rəşad qızı
08.10.2008-ci ildə Bakı şəhərində anadan
olub. Gülər Arif Vəliyev adına 258 saylı məktəbdə təhsil alır. Hal-hazırda həmin məktəbin 3-cü sinif şagirdidir. Dərslərini
əla qiymətlərlə oxuyur. Sinif əlaçısıdır. O, bilik və bacarıqları ilə müəllimlərinin
sevimli şagirdi olmağı bacarıb. Gülərin ən sevdiyi fənlər Azərbaycan dili, riyaziyyat və İngilis
dilidir. Məktəblərində keçirilən “Əlifba”bayramında, “Xocalı” və “Şuşa”nın
işğalına aid tədbirlərdə aparıcı qismində uğurlu çıxışlar edib. Eyni zamanda
“20 Yanvar” hadisələrinə həsr olunmuş
tamaşada “Şəhid Anası” obrazını böyük məharətlə tədbir iştirakçılarına
nümayiş etdirib. Gülər gimnastika yarışlarında dəfələrlə 1ci, 2-ci və 3-cü yerləri
qazanıb. Medal və diplomlarla təltif olunub.
Gülərin həyatında ən uğurlu günü 26 dekabr 2016- cı ildə ilk qızıl
medalını əldə etdiyi gündür. O, bu günə qədər əldə etdiyi uğurlara görə valideynlərinə,
müəllimlərinə və məşqçilərinə borcludur. Onun ən böyük hədəfi dünya
çempionatında və olimpiya oyunlarında Azərbaycanı layiqli şəkildə təmsil etməkdir. O, gələcəkdə
peşəkar idmançı və eyni zamanda da
həkim olmaq arzusundadır. Asudə
vaxtlarında məşq etməyə, velosiped sürməyə
və ev tapşırıqlarını həll etməyə üstünlük verir. Onun ən böyük arzusu olimpiya çempionu olaraq yaddaşlarda
qalmaqdır. Gülərin gələcək hədəfləri ali məktəbə daxil olmaq, gimnastika
yarışlarında Vətənini ən yüksək səviyyədə təmsil etməkdir.
Bu Azərbaycanın istedadlı yeniyetmə və gənclərinin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycan XXI əsrə istedadlarla" adlı kitab-almanaxının elektron variantıdır.
elan
1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru
Комментариев нет:
Отправить комментарий