Zeyniyev
Bəhruzər Bəhruz oğlu 9 may 2008-ci ildə Bakı şəhərində dünyaya gözlərini açıb.
Bəhruzər ailənin ilk övladıdır. O, körpəlikdən sakit, yüksək zəkalı, hər şeyə
maraq göstərən uşaq olub. Maşınlara qarşı çox böyük marağı idi. Toğrul güclü
hafizəyə malikdir. Az yaşlı olanda belə yanında səslənən şeir və ya nağıl
parçalarını tez bir zamanda qavrayaraq sərbəst şəkildə fikirlərini ifadə etməyi
bacarırdı. Məktəbəqədər dövrdə artıq
yazıb-oxumağı bacarırdı. Təhsilə Bakı şəhəri Xətai rayonu Zakir Yusifov adına
194 saylı orta məktəbdə başlayıb. Dərslərini əla oxuyur. Bütün fənlərdən əla
qiymətlər alır. Tez bir zamanda müəllimlərin sevimlisinə çevrilə bilmişdir.
Ən sevimli fənni riyaziyyatdır. Bəhruzər
təmizliyə, səliqə səhmana önəm verir. Saxladığı fənn kitablarının səliqəsinə
görə digər uşaqların kitablarından daim fərqlənib. Sağlamlığına diqqət yetirən
Bəhruzər idmanla məşğul olur. II sinifdən idmana qarşı maraq yaranıb. Bu marağı
onda valideynləri oyadıb. Hətta idmanda bir sira uğurlar qaznmış və diplomla təltif
olunmuşdur.
Demək
olar ki, onun üçün hər bir gün maraqlı və uğurludur, lakin həyatında ən maraqlı
xoşbəxt gün hesab etdiyim 2 gün var. Birincisi, bacısının dünyaya gəldiyi
gündür. O gün həqiqətən çox sevinmişdi. İkincisi isə I sinifə başladığı gündür. Bundan başqa məktəbdə
təşkil olunan bir çox tədbirlərdə və mərasimlərdə müxtəlif rollarda iştirak etmişdir. “Yeni il”
də Şaxta baba, “Novruz” bayramında kosa,
“20 Yanvar” faciəsinə həsr olumuş tədbirdə əsgər rolunda çıxış etmişdir.
Əldə
etdiyi uğurlara görə öncə ailəsinə sonra isə müəllimlərinə minnətdarlığını
bildirir. Çünki həmişə onun arxasında
duran onu ruhlandıran onlar idi və bu hələ də belədir. Fəaliyyətindən
dolayı isə heç kimə oxşamaq istəmir. O öz yolunu çızmaq istəyir.
Gələcəkdə
isə komandir olmaq istəyir. II sinifdən bu fikrə düşmüşdür. Hərbiçi olaraq vətənimizin keşiyində dayanmaq istəyir. Gələcəkdəki planı isə məktəbi müvəffəqiyyətlə
bitirmək və idman da uğurlar qazanmaqdır. Həmçinin İtalyaya səyahət etmək
arzusundadır.
Asudə
vaxtlarımda təmiz havada gəzməyi, ailəsi və dostları ilə birgə zaman keçirməyi xoşlayıram
Biz də öz növbəmizdə
istedadlı müsahibimizə yolun daim işıqlı və açıq olsun deyirik. Səsin hər zaman
zirvələrdən gəlsin!
Комментариев нет:
Отправить комментарий