Azərbaycan istedadlar diyarıdır. Belə gənc
istedadlarımızdan biri də Bəxtiyar Yudin oğlu Həsənovdur. Bəxtiyar 21 mart
1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. Valideynləri deyir ki, Bəxtiyar
körpəlikdə qeyri-adi bir uşaq olub. Döyüş səhnəli filmləri izləmək və filmdən
izlədiyi fəndləri təkrar etməyi sevib. O, hələ 3 yaşındaykən riyazi əməlləri
hesablamağı öyrənmişdir. Ona yazıb-oxumağa ən çox kömək edən bacısı Könül
olmuşdur. Bəxtiyar 10 yaşında karate idman növüylə məşğul olmağa başladı. 2011-ci
ildə həvəskar kimi üzgüçülüklə, 2012-ci ildə isə taekvando idman növüylə məşğul
olmuşdur.
Bəxtiyar 2005-ci ildə 276 saylı məktəbin I sinfinə
daxil olub, hazırda isə 102 saylı məktəbin X sinfində təhsil alır. O, dərslərinə
diqqətlə yanaşır və müəllimlərinin etibarını hər zaman doğruldur. Ən sevdiyi fənlər
tarix, coğrafiya, ingilis dili, fizika, kimyadır.
Qəhrəmanımız taekvando üzrə yeniyetmələr arasında respublika
birinciliyində “Qala” komandasının tərkibində çıxış I yerə layiq görüldüyü günü
ən uğurlu günü hesab edir. Bəxtiyar bir cox diplomlara layiq görülmüşdür.
10. 04. 2011-ci il tarixində milli qəhrəman Çingiz
Mustafayevin xatirəsinə həsr olunmuş futbol yarışında I,
31. 12. 2011-ci il tarixində Dünya Azərbaycanlılarının
Həmrəylik gününə həsr olunmuş turnirdə II, 01. 04. 2012-ci il tarixində klublararası
açıq çempionatda şəxsi Kumite üzrə oğlanlar arasında öz bacarığını göstərərək III,
28.04.2012-ci il tarixində Şotokan karate-do
üzrə Bakı şəhəri açıq kubokunda II, 26.01.2012-ci ildə taekvando üzrə respublika
çempionatında 45 kq çəki dərəcəsində I, 03.05.2012-ci il tarixində taekvando üzrə
açıq respublika birinciliyində 49 kq çəkidə I yerlə təltif olunub.
07.07.2012-ci il tarixində Tovuz rayonunda şəhid Zaur
Axundovun xatirəsinə həsr olunmuş taekvondo üzrə xatirə turnirində 45 kq çəki dərəcəsində
I, 26.01.2013-cu il tarixində taekvando üzrə Bakı şəhəri birinciliyində 49 kq çəki
dərəcəsində I, 19-17.03.2013-cü il
tarixində taekvando üzrə gənclər arasında Göyçay rayon açıq birinciliyində 48
kq çəki dərəcəsində I, 03-05.05.2013-cü il tarixində taekvando üzrə Yeniyetmə və
Gənclər arasında ümumrespublika turnirində 49 kq çəki dərəcəsində II, 01.06.2013-cü
il tarixində taekvando üzrə Avstriyada open turnirdə III, 15-16.02.2014-cü il
tarixində taekvando üzrə gənclər arasında Sumqayıt şəhər açıq birinciliyində 55
kq çəki dərəcəsində II, 16.03.2014-cu il tarixində taekvando üzrə “Azəri”
klubunun açıq çempionatda III, 16-18.05. 2014-cü il tarixində taekvando üzrə
Masallı rayonunda gənclər arasında ümumrespublika turnirində 55 kq çəki dərəcəsində
III yerə layiq görülmüşdür.
Bəxtiyar əldə etdiyi uğurlarına görə ailəsinə və müəllimi
Ramil Həsənova borclu olduğunu hesab edir. O, ingilis aktyoru Jason Stathama
oxşamaq istəyir. Bəxtiyarın fikrincə insan nailiyyətləri ilə kifayətlənməməlidir.
Onun əsas hədəfi Avropa, dünya və olimpiya çempionu olmaqdır. Bəxtiyar gələcəkdə dövlət qulluqçusu olmaq istəyir.
Eyni zamanda qazandığı uğurlarla Azərbaycan adını daim yüksəltməyi özünə borc
bilir.
Bəxtiyarın asudə vaxtı az olur, istirahət vaxtında
film izləməyi xoşlayır. Gələcəklə bağlı planları coxdur, ən əsas planlarından
biri odur ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi
və İdman Akademiyasında təhsil alsın və ixtisasartırma üzrə təhsilini davam
etdirsin.
“Youtube”
internet şəbəkəsində Bəxtiyarın Göyçay rayonundakı yarışın final döyüşünü əks
etdirən videosu yerləşdirilib. “Olimpiya dünyası” qəzetinin 19-21 fevral
2013-cü il tarixli sayında “Peşəkar idmançılar yetirən idman ocağı” başlığı
altında Bəxtiyar və müəllimi Ramil Həsənovun uğurları və nailiyyətləri haqqında
məlumat verilib.
Arzuları, məqsədi böyük olan Bəxtiyara biz də ugurlar arzu edir, dərslərində muvəffəqiyyətlər
diləyirik.
Комментариев нет:
Отправить комментарий