Əlibalayev Camal Vüqar oğlu 23 avqust 2006-cı ildə Bakı şəhərində
anadan olub. 3 yaşından üzgüçülüklə məşğuldur. 5 yaşından rəsmə böyük həvəsi
oyandığından rəsm dərsləri almağa başlayıb. Məktəbə gedənə qədər yazıb-oxumağı
bacarmasa da, müxtəlif məntiqi tapşırıqları, 100 dairəsində toplama və çıxma əməllərini
asanlıqla yerinə yetirirdi. 4-5 yaşından leqo oyuncaqlarını və çoxhissəli
pazlları asanlıqla birləşdirirdi. 560 parçalı pazlları 15 dəqiqə ərzində birləşdirməyə
qadirdir.
2015-ci ildə qabilliyyət imtahanı verərək 1 №-li incəsənət məktəbinin
rəsm fakültəsinə qəbul olub. Hazırda rəsm dərsləri ilə bərabər heykəltəraşlıq və
musiqi dərsləri də alır.
2012-ci ildə Yasamal rayon 53 №-li məktəbdə I sinfə qəbul edilmiş,
2014-cü ildən Xətai rayon 17 №-li məktəbdə təhsilini davam etdirir. Dərslərini
yaxşı qiymətlərlə oxuyur. Ən sevdiyi fənn riyaziyyatdır. Məktəbdə keçirilən
bütün tədbirlərdə fəal iştirak edir.
Əldə etdiyi nailiyyətlərə görə özünü valideynlərinə borclu bilir. Fəaliyyətindən
dolayı özünə nümunə götürdüyü tanınmış insanlar çoxdur, lakin oxşamaq istədiyi
insan yoxdur. İstəyir ki, insanlar onu özü kimi tanısınlar. Nə vaxtsa o da
gördüyü işlərdən dolayı kimlərəsə nümunə olsun.
Gələcəkdə rəssam-heykəltəraş olmağı hədəfləyib.
Asudə vaxtlarında kitab oxuyur, rəsm çəkir, pazl və lego parçalarını
birləşdirir. Çəkdiyi rəsmlərdə ən çox təbiəti təsvir etməyə, gildən heyvan
fiqurları hazırlamağa üstünlük verir. Ən böyük arzusu çəkdiyi rəsm əsərlərinin
və düzəltdiyi heykəllərin xaricdə sərgisinin keçirilməsidir. Doğma Azərbaycanımızı
sərhədlərdən kənarda təmsil etmək ona ən böyük şərəf gətirəcəyini deyir. Vətənimizə
layiqli övlad olmağa çalışır.
Arzularına çatasan, Camal.