elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

31 октября 2016 г.

Əlibalayev Camal Vüqar oğlu

Əlibalayev Camal Vüqar oğlu 23 avqust 2006-cı ildə Bakı şəhərində anadan olub. 3 yaşından üzgüçülüklə məşğuldur. 5 yaşından rəsmə böyük həvəsi oyandığından rəsm dərsləri almağa başlayıb. Məktəbə gedənə qədər yazıb-oxumağı bacarmasa da, müxtəlif məntiqi tapşırıqları, 100 dairəsində toplama və çıxma əməllərini asanlıqla yerinə yetirirdi. 4-5 yaşından leqo oyuncaqlarını və çoxhissəli pazlları asanlıqla birləşdirirdi. 560 parçalı pazlları 15 dəqiqə ərzində birləşdirməyə qadirdir.
2015-ci ildə qabilliyyət imtahanı verərək 1 №-li incəsənət məktəbinin rəsm fakültəsinə qəbul olub. Hazırda rəsm dərsləri ilə bərabər heykəltəraşlıq və musiqi dərsləri də alır.
2012-ci ildə Yasamal rayon 53 №-li məktəbdə I sinfə qəbul edilmiş, 2014-cü ildən Xətai rayon 17 №-li məktəbdə təhsilini davam etdirir. Dərslərini yaxşı qiymətlərlə oxuyur. Ən sevdiyi fənn riyaziyyatdır. Məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edir.
Əldə etdiyi nailiyyətlərə görə özünü valideynlərinə borclu bilir. Fəaliyyətindən dolayı özünə nümunə götürdüyü tanınmış insanlar çoxdur, lakin oxşamaq istədiyi insan yoxdur. İstəyir ki, insanlar onu özü kimi tanısınlar. Nə vaxtsa o da gördüyü işlərdən dolayı kimlərəsə nümunə olsun.
Gələcəkdə rəssam-heykəltəraş olmağı hədəfləyib.
Asudə vaxtlarında kitab oxuyur, rəsm çəkir, pazl və lego parçalarını birləşdirir. Çəkdiyi rəsmlərdə ən çox təbiəti təsvir etməyə, gildən heyvan fiqurları hazırlamağa üstünlük verir. Ən böyük arzusu çəkdiyi rəsm əsərlərinin və düzəltdiyi heykəllərin xaricdə sərgisinin keçirilməsidir. Doğma Azərbaycanımızı sərhədlərdən kənarda təmsil etmək ona ən böyük şərəf gətirəcəyini deyir. Vətənimizə layiqli övlad olmağa çalışır.

Arzularına çatasan, Camal.

1 комментарий: