elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

9 октября 2016 г.

Abbaslı Leyli Ruslan qızı

Abbaslı Leyli Ruslan qızı 2005-ci ildə avqustun  24-də Bakı şəhərində anadan olmuşdur. Kiçik yaşlarından çox ağıllı, məntiqli, aktiv uşaq olub. Təbiətlə maraqlanıb, gördüklərini rəsmlərində çəkməyi çox sevib. 
Məktəbə gedənə qədər oxumağı və yazmağı bacarırdı. Bunu valideynlərinin sayəsində öyrənmişdi. Leyli hazırda T. Həsənov adına Nəsimi rayonu 23 saylı tam orta məktəbdə təhsil alır. Leyli bildirir ki, hər fənnin ayrıca faydası olduğundan bütün fənlərə eyni diqqətlə yanaşır və bütün fənləri sevir. Lakin fizika fənnini daha maraqlı hesab etdiyinə görə, bu fənnə qarşı xüsusi marağı var. 
Onun üçün həyatının ən maraqlı və xoş günü doğum günüdür. Bütün uşaqlar kimi o da hər il bu günü qeyd etməyi xoşlayır. Lakin ən yaddaqalan günlərinin arasında onun və dostlarının çəkdiyi rəsmlərdən ibarət təşkil edilən sərgilərin keçirildiyi günləri qeyd edir. 
Bütün uğurlarına görə ilk növbədə onun üzərində hər kəsdən daha çox əziyyəti olan valideynlərinə və hər işində ona kömək edən sevimli müəllimlərinə minnətdarlıq edir. 
Rəsm qabiliyyətini dörd yaşında olarkən kəşf edib. Ətraf aləmlə çox maraqlanması, gördüklərinin rəsmini çəkməyə çalışması, onun istedadını daha da inkişaf etdirib.  Hələlik rəsm çəkməyə bir hobbi kimi yanaşan Leyli gələcəkdə öz üzərində işləyərək yüksək nailiyyətlər əldə etmək üçün çalışacaq. Gələcəkdə tanınmış rəssamlardan biri olmağı arzulayır, daha dəqiq desək, tanınmış dizaynerlərdən biri olub, hər yerdə öz əl işlərini görmək istəyir. Uşaqlıqdan hər zaman rəssam-dizayner olmaq ən böyük arzusu olub. 
Asudə vaxtlarında kitab oxuyur, rəsm çəkir və ailə üzvləri ilə birlikdə vaxt keçirməyi xoşlayır. 
Tarixin yaddaşında qalmaq üçün ən gözəl paltarın rəsmini çəkib, onu hazırlayıb anasına hədiyyə etməyi düşünür. Bu gözəl paltarın sayəsində adını tarixin yaddaşına yaza biləcəyinə ümid edir. 
Daha öncədən İçərişəhərdə Leylinin və onun kimi bir çox istedadlı uşaqların çəkdiyi rəsmlərdən ibarət sərgi də təşkil edilmişdir. 
Leyli arzu edir ki, onun kimi başqa istedadlı uşaq və gənclərimizin də rəsmləri, əl işləri nəinki vətənimiz Azərbaycanda, hətta bütün dünyada tanınsın. 
Biz də Leyliyə arzularının yolunda inamla addımlamağı, səylə çalışmağı, daha da böyük uğurlar əldə edəcəyinə ümidlə yanaşmağı arzu edirik. İnsan öz məqsədləri uğrunda nə qədər çox çalışarsa, istəyinə bir o qədər tez nail olar. Uğurların bol olsun, Leyli!

Комментариев нет:

Отправить комментарий