elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

6 октября 2016 г.

İmanova Banuçiçək Fuad qızı

 
İmanova Banuçiçək Fuad qızı 3 noyabr 2008-ci ildə Şirvan şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Körpəlikdən aktiv uşaq olub. Banuçiçək konstruktordan ev, maşın, gəmi kimi müxtəlif əşyalar düzəltməyi çox sevir. 3 yaşı olarkən 100-ə qədər saymağı, bütün hərfləri yazmağı bacarır, çoxlu şeirlər bilirdi. Məntiqi kitablara, şəkil boyamağa həvəsi vardı. 4 yaşında artıq yazıb-oxuya bilirdi. Hərfləri və rəqəmləri səsli əlifbadan yazmağı əvvəlcə çap hərflərinə baxmaqla özü öyrənmiş, sonra isə anası ilə məşğul olaraq yazı yazmağı öyrənmişdir.
O, məktəbə də bilikləri sayəsində imtahan yolu ilə qəbul olub. O, imtahan aparılarkən işğal olunmuş torpaqlarımızı sadalayıb, düşmənə olan nifrətini şeirlə bildirmişdi. Məktəbə qədəm qoyduğu zamandan rəqs və rəsm dərnəklərinə də üzv olub.
Banuçiçək həmişə dərslərinə məsuliyyətlə yanaşır, çox yaxşı qiymətlərlə təhsil alır. Ən çox sevdiyi fənnlər riyaziyyat, informatika, Azərbaycan dili və təsviri incəsənət fənləridir.
Banuçiçək üçün ən uğurlu gün imtahandan keçdiyi gündür. O, bütün bu nailiyyətlərinə görə müəlliminə və valideynlərinə minnətdar olduğunu bildirir.
Asudə vaxtlarında şəkil çəkməyi çox sevir.

O daha çox oxuyub yüksək savada yiyələnməklə gələcəkdə həkim-kosmetoloq olmaq arzusundadır. 

Комментариев нет:

Отправить комментарий