elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

31 октября 2016 г.

Namazov Barat Vüqar oğlu

Hazırda respublikamızda təhsilə, gənc nəslin təlim-tərbiyəsinə müasir tələblər səviyyəsində xüsusi önəm verilir. Məlumdur ki, təhsil sisteminin bünövrəsi I sinifdən qoyulur. Təhsilin bütün sonrakı pillələri bu bünövrə üzərində ucalır. Bu dəfə haqqında danışacağımız Barat Namazov yaşının kiçik olmasına baxmayaraq çox ağıllı, istedadlı uşaqdır.
Namazov Barat Vüqar oğlu 2008-ci il yanvar ayının 18-də Bakı şəhərində anadan olmuşdur. Barat körpəlikdə sakit, ağıllı, aktiv uşaq olub. Ən çox şəkilli kitablara maraq göstərib. Plastilinlə müxtəlif əşyalar hazırlamağı da sevirdi.
5 yaşından misallar həll etməyə, hesablamağa başlamışdı. Yazıb-oxumağı da mükəmməl bilirdi. Ona görə də valideynləri onu “Menar” kursuna yazdırdı. Artıq məktəbə tam hazır idi. Baratın hazırda 132-134 saylı Beynəlxalq Təhsil Kompleksində təhsil alır. Dərslərini əla qiymətlərlə oxuyur. Məktəb tədbirlərində iştirak edir. 5 yaşı olanda uşaq bağçasında keçirilən bayram şənliklərində və tədbirlərdə iştirak edib. Ən çox yadda qalan “Ayı və siçan” nağılında aparıcı olduğu və səhnədə çox alqışlandığı gündür. Bundan başqa uğurlarından biri də Mental Arfimetik Zəkanın inkişaf proqramının turlarından müvəffəqiyyətlə keçməsidir. Buna görə sertifikatla təltif olunub.
Əldə etdiyi uğur və naliyyətlərinə görə öncə ailəsinə, bağça müəllimlərinə və məktəb müəllimlərinə özünü borclu bilir.
Təhsildə ən yüksək zirvəyə yüksəlmək, gələcəkdə mühəndis olmaq, yeni tikinti layihələri vermək və şəhərimizdə müasir, gözəl binalar ucalmasını istəyir. 8 yaşından bu qərara gəlib. 
Gələcək planları çoxdur. Təbii ki, bütün şagirdlər kimi bilik yolunda hər zaman uğurlar qazanmaq və ən önəmlisi ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etmək arzuzundadır. 
Tarixin yaddaşında qalmaq üçün ölkəmizdə, keçmişimizi və tariximizi əks etdirən heykəl və abidələr yaratmaq istəyir.
İbtidai sinifləri fəallıqla bitirib təhsilin yuxarı pilləsinə getdiyi ilk gün, 2014-cü ildə Az.TV telekanalının “Səhər” verilişində çıxış edib. Azərbaycan televiziyasında “Ənənə boğçası” adlı verilişdə çıxış edib. 
Biz də redaksiyamız adından gələcəyin mühəndisinə uğurlar arzu edirik.

UĞURLARIN BOL, YOLUN AÇIQ OLSUN, BARAT!

Комментариев нет:

Отправить комментарий