Nərimanov Yusif İmran oğlu 01 oktyabr 1999-cu ildə Sumqayıt şəhərində
anadan olub. Yusif körpəlikdən çox sakit uşaq olub. Lap körpə yaşlarından
düşündürücü oyunlarla maraqlanıb. Artıq 2 yaşında nağıllar danışır, şeirləri əzbər
söyləyirdi. Saatlarla konstruktorlarla, məntiqi oyunlar oynamaqdan yorulmazdı.
Bu maraqlarını görən Sadıq babası onunla çox məşğul olurdu. 3 yaşında əlifbanı,
rəqəmləri artıq bilirdi. Məktəbə gedənə qədər oxuyur, sadə riyazi məsələləri həll
edə bilirdi.
2005-ci ildə Sabunçu rayonunu 71 №-li orta məktəbin I sinfinə daxil
olub. 2011- ci ildə imtahan verərək Səbail rayon 6 №-li məktəb-liseyə daxil
olub və 2016-cı ildə əla qiymətlərə bu məktəbin məzunu olub. Bütün dərsləri
böyük həvəslə oxuyub. Babası Sadıq Quliyev tarix və coğrafiya müəllimi
olduğundan Yusifə böyük həvəslə dünya tarixi və coğrafiyasını öyrədib. Kimya və
fizika fənlərinin dərinliyini öyrənmək ona daha maraqlı gəlirdi. 4 yaşından
ingilis dili ilə məşğul olmağa başlayıb. Xarici dillərə marağının erkən
yaşlarında yaranmasında xaricdə yaşayan dayısının rolu böyük olmuşdur. Dayısı
Əhməd hər gələndə əgər dilləri gözəl bilərsə, onun dünyanın ən öndə gedən
universitetlərində oxumasına dəstək olacağını söyləyirdi. Dayısının faciəli şəkildə
həlak olması Yusifi daha da təsirləndirdi və xaricdə təhsil almağı, müxtəlif
dilləri öyrənməyi qarşısına məqsəd qoydu. O, təkcə xarici dilləri yox, bütün fənləri
maraqla öyrənirdi. Tarix, coğrafiya, xüsusən də Azərbaycan tarixini həvəslə öyrənirdi.
Dünya siyasətini araşdırır, onunla dərindən maraqlanırdı. Tarixi əsərlər
oxumağı xoşlayırdı. Ümumiyyətlə, heç bir fənn arasında fərq qoymurdu. İxtisas
seçimi vaxtı yaxınlaşanda ölkəmizə daha çox hansı sahədə yararlı kadr ola bilər
deyə çox düşünürdü. Kimya və fizika mühəndisi olmaq qərarına gəldi. Hansı ölkədə
təhsil alacağını düşünərkən qarşısına Reyhan xanım Hüseynovanın və Bela xanım Cəlilovanın
rəhbərlik etdiyi UFC kursu çıxdı. Bu kursla tanış olmaq və orada oxumaq Yusifin
həyatının ən gözəl dönüş nöqtəsi oldu. UFC kurslarında Yusif fransız dilini mükəmməl
öyrəndi və müxtəlif səviyyələrdə diplomlar alaraq Fransanın Nitsa şəhərində
Sofiya Antipolis universitetinə daxil oldu. Bununla yanaşı Azərbaycan Dövlət
Neft və Sənaye universitetinin kompüter mühəndisliyi fakültəsinə daxil oldu.
Bir çox diplom və sertifikatla təltif olunub: “Amerikan Akademi”
kurslarında ingilis dilindən 2012-ci ildə “Pre-İntermediate” və “İntermediate”,
2014-cü ildə isə “Uper-İntermediate” səviyyələri ilə təltif olunub. Daha sonra
Reyhan xanım Hüseynovanın və Bela xanım Cəlilovanın rəhbərlik etdiyi UFC
kurslarında oxuduğu müddətdə fransız dili üzrə 2015-ci ildə “DELF”
imtahanlarından “A2” və “B1” , 2016-cı ildə isə “B2” səviyyələrini qazanıb. Səbail
rayonu 6 №-li məktəb-liseydə məktəbdaxili “Xəmsə” intelektual oynunda komanda tərkibində
iştirak edərək I yerə çıxmış və bu münasibətlə diplomla təltif olunumuşdur.
Bütün bu nailiyyətlərinə görə valideynlərinə, müəllimlərinə, xüsusilə UFC
kursunun direktoru Reyhan xanım Hüseynovaya, təhsil aldığı məktəbin direktoru
Gülşən xanım Orucovaya və babası Sadıq Quliyevə borclu olduğunu deyir.
Yusifin uşaqlıq arzularından biri də “Nobel” mükafatı laureatı
olmaqdır. Çalışır ki, ixtisası üzrə akademik səviyyəsinə qədər yüksəlsin və Azərbaycanın
“Nobel” mükafatı alan ilk alimi olsun.
Asudə vaxtlarını səmərəli keçirməyə hər zaman üstünlük verir. Bəzən
qardaşı ilə şahmat oynayır. Dedektiv və tarixi janrlarda bədii əsərlər mütaliə
etməyi çox sevir.
Sən mamanın fəxrisən! Uğurlarının davamı gəlsin!!!
ОтветитьУдалить