Yarışova Nuray
Nazim qızı 12.12.2008 – ci ildə Bakı şəhərində anadan olub. Sakit təbiətli
uşaq olub. Televizora baxmağı
çox xoşlayıb. Əsasən də
cizgi filmlərinə marağı olub. Şer deməyi çox xoşlayıb.Nuray məktəbə
tez gedib. O, 6 yaşı
tamam olmadığı üçün
BBTİ – nin keçirdiyi imtahanı
uğurla verib 1 – ci sinifə
qəbul olub.Məktəbə gedənə qədər
yazıb – oxumağı bacarıb. Bağçaya
getdiyi zaman müəllimi
Afaq xanım tərəfindən öyrənib. Valideynlərinin onu məktəbə tez
qoymağımın əsas səbəbi onun
oxumağa , yazmağa olan böyük marağı olub. Riyaziyyat fənnini
çox gözəl qavrayır.Uşaqlıqdan çöplərlə
saymağı , toplayıb – çıxmağı həvəsli
olub. Onda bu
marağı qardaşı Nihad
oyadıb, çünki o riyaziyyat
fənnini çox sevir.Yarışova Nuray
Binəqədi rayonu 182
saylı tam orta məktəbdə
təhsil alır. Onun ən sevdiyi fənlər riyaziyyat, Azərbaycan dili və İngilis
dilidir.Məktəblərində keçirilən bir
çox tədbirlərdə iştirak
edib. Heydər Əliyev
Fondunun həyətində möhtəşəm
“ Rənglərin Sevinci”
tədbirində göy qurşağının
narıncı rəngini Nuray təmsil
edib . Sonra “Bahar qızı” obrazını canlandırıb.
Həyatında maraqlı, uğurlu günləri
çox olub, ən yadda
qalanı ilk dəfə məktəbə getdiyi
gündür. Nurayın bu günə qədər əldə
etdiyi Fəxri fərmanlarım bunlardır :
“Əlifba təlimini uğurla
bitirdiyi üçün ” , “
Yurdumuza Bahar gəlir ”adlı
rəsm müsabiqəsində fərqləndiyi
üçün , “ Ən yaxşı oxucu ” , “ Ən sürətli
oxucu ” , “Məni oxu ” layihəsində
fəal iştirakına görə , “Oxuyub – anlama ” fəaliyyətində fərqləndiyinə
görə , “ 2014/2015 – ci tədris
ilində ” göstərdiyi yüksək
təlim və tərbiyə
fəaliyyətinə görə , “ Mənim səliqəli
dəftərim ”, “ İlin nəzakətli şagirdi ” , “Qrup işi fəaliyyətinə görə “ təltif olunub.Əldə etdiyi
uğurlarına görə ilk
növbədə müəllimi Aygün
Kərimovaya , anasına və
qardaşına borcludur .O, anasını həyatının qəhrəmanı
hesab edir. Hər
bir xüsusiyyətinə görə
anasına oxşamaq istəyir.Nurayın gələcək hədəfləri ilk növbədə
ali təhsil almaq, sonra
magistraturaya daxil olmaq, öz
fəaliyyətini daha da yüksək
pilləyə qədər yüksəltməkdir. Müəllim peşəsini
çox sevir . Təlim – tərbiyə işlərinə
marağı çoxdur .Bu fikrə
məktəbə gedəndən sonra
düşüb . Müəlliminin işinə
həvəslə yanaşmağı , dürüst,
mehriban , alicənab olmağı onun da bu
sənətə olan marağını artırıb. Mütaliə etməyi
çox sevir. Özünün şəxsi
kitabxanası var. Onun evdə yazı lövhəsi belə var.
Orada işləməyi çox
xoşlayır . Dünyadakı muzeylərlə maraqlanır. ( internet vasitəsi ilə ). Şahmata da böyük həvəsi
var . Bu yaxınlarda məktəblər
arası keçirilən şahmat
oynunda 5 – ci yeri
qazanıb.Nuray bədii kitabları oxumağı çox sevir . Eyni zamanda milli
adət -ənənələrimizə , milli
geyimlərimizə böyük marağı
var.Nuray orta məktəbi uğurla
başa vurub , ali məktəbə
daxil olub , magistraturanı bitirdikdən
sonra öz sənəti
üzrə işləməyi , xalqıma , dövlətimə layiqincə
qulluq etməyi planlaşdırıb.
Həyatda yeganə məqsədi hər
bir işində uğur
qazanıb anasının ümidlərini
doğrultmaqdır .Onun hekayə yazmağa
marağı böyükdür . Balaca da
olsa hekayələri var .
Tarixin yaddaşında yaşamaq
üçün hekayələrdən ibarət
kitablarını çap etdirmək
istəyir .
Bu Azərbaycanın istedadlı yeniyetmə və gənclərinin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycan XXI əsrə istedadlarla" adlı kitab-almanaxının elektron variantıdır.
elan
1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru
Комментариев нет:
Отправить комментарий