Qəni Ayşən Şakir qızı 11 yanvar 2009-cu ildə Bakı şəhərində dünyaya göz açıb. Uşaqlıqda çox sakit, ağıllı uşaq olub. Rəqsə qarşı marağı 3 yaşından yaranıb. Bu marağın yaranmasında dayısının böyük təşəbbüsü olmuşdur. Ayşənin bu marağını görən valideynləri onun bu sahədə uğur əldə edə bilməsi üçün peşəkar rəqs dərslərinə başlamağına şərait yaratdılar.
Kitablara olan marağı onu gözəçarpacaq dərəcədə başqa uşaqlardan fərqləndirirdi. 5 yaşından məktəbə getməyə can atırdı. Məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi, qardaşı Mirzəxan öyrətmişdi. Müsahibimiz kiçik yaşlarından qardaşının bütün sahələrdə dəstəyini hiss edirdi.
Ayşən ilk təhsilini Nəsimi rayonu 14 saylı tam orta məktəbdə almağa başlayır. Hal-hazırda həmin məktəbin Təranə müəllimə rəhbərlik etdiyi 3-b sinif şagirdidir. O, dərslərini əla oxuyur. Müəllimləri Ayşənin dərslərə hazırlıqlı olduğunu, bütün dərslərdə fəal iştirakını, dərslərdə ən yaxşı tələbələrdən biri kimi verilən sualları məntiqli və çevik cavablandırdığını qeyd edirlər. Müsahibimiz bütün fənlərə eyni dərəcədə münasibət bəsləsə də, daha çox Azərbaycan dili, riyaziyyat, həyat bilgisi fənlərini sevir. Əlaçılar lövhəsində rəsmi öz yerini alıb. Ayşən məktəbdə keçirilən tədbirlərdə elə 1-ci sinifdən etibarən iştirak etməyə başlayıb. Əlifba bayramıında keçirilən tədbirdə fəal iştirak edir: qarışqa obrazınını canlandırır, həmçinin solo rəqs nümayiş etdirir. Bu zaman ona fəaliyyət həyatının ilk tərifnaməsi verilir. 5 yanvar 2018-ci ilə ibtidai siniflərdə riyaziyyat fənni üzrə keçirilən olimpiadada 2-ci yerə layiq görülür və diplomla təltif olunur.
Ayşənin fəaliyyəti bununla yekunlaşmır, o, məktəbdənkənar tədbirlərə də öz məharətini nümayiş etdirir. Beynəlxalq qadın gününə həsr olunmuş incəsənət və rəqs festivalında fəal iştirak edir, çıxışı diplomla rəsmiləşdirilir. “Dəcəl qızlar”qrupunun tərkibində nümayiş etdirdiyi “Qara qız rəqsi”, “Naxçıvan rəqsi” ilə 1-ci yerə, “Arı maya” rəqsi ilə isə 2-ci yerə layiq gürülərək diplomla təltif olunur. Azərbaycan televiziyasında yayımlanan “Pillə” verlişində öz rəqs qrupu ilə birgə çıxış edir.
Həyatında ən uğurlu gün rəqs müəllimi Cəmilə Bayramovanın 60 illik yubileyi günü idi. Bu gecədə Ayşən baş rolda çıxış edirdi. Bu günə qədər olan çıxışları arasında ən uğurlu çıxış bu gecədəki çıxışı idi.
Asudə vaxtlarında rəsm çəkməyi çox sevir. Balaca qəhrəmanımız bu günkü uğurlarının yaradıcısı kimi valideynləri və müəllimlərini görür . Fəaliyyətindən dolayı rəqs müəllimi xalq artisti Cəmilə Bayramovaya bənzəmək istəyir.
Ayşənin arzusu ali təhsil alıb vətənə layiq övlad olmaqdır. O, həkim olmaq, xəstələrə şəfa vermək üçün çalışmaq istəyir. Rəqslə bağlı hədəfi rəqs müəllimi kimi xalq artisti fəxri adına qədər yüksəlməkdir. Müsahibimizə bütün sahələrdə uğurlar arzu edirik!
Комментариев нет:
Отправить комментарий