Əhmədovlar
ailəsində səbirsizliklə gözlənilən an gəlib çatdı. Əhmədli Aysun Şakir qızı 4
avqust 2010-cu ildə yay fəslində Ağstafa şəhərində dünyaya göz açdı. Doğulduğu
gündən ailənin sevinc payına çevrildi. Nənəsinin, babasının sevimlisinə çevrilən
Aysun onların nəvazişi, sonsuz sevgisi ilə böyüyürdü.
Aysun
uşaqlıqda sakit uşaq olub. Kiçik yaşlarından Azərbaycan xalq nağıllarını anası
Elnurə xanımın dilindən dinləyir, müəyyən hissəsini öz sözləri ilə danışırdı, hərfləri
hələ tam öyrənməmiş anasının, nənəsinin dilindən eşitdiyi uşaq şeirlərini əzbər
deyirdi. Bunlar artıq Aysunun gələcək uğurlarının bir işartısı idi. Atasının da
onun inkişafında rolu danılmazdır. Atası Şakir Əhmədovun onun potensialına olan
inamı Aysunun doğru istiqamətlənməsində, yüksək motivasiya olunmasında çox
böyük nəticə vermişdir.
Balaca
qəhrəmanımız məktəbdən öncə məktəbəqədər təhsil müəssisəsində təhsil almağa
başlayır. Yazıb oxumağı-bağçada müəllimlərinin və valideynlərinin dəstəyi ilə
öyrənmişdi. AAAF parkın “Zirvə”bağçasında keçirilən əlamətdar günlərdə Aysun hər
zaman fəal iştirak edirdi. Şənliklərdə bağçada müəllimlərindən öyrəndiyi məlumatları
asanlıqla praktikaya çevirməyi bacarırdı.
Aysunun
5 yaşından etibarən şəkil çəkməyə marağı oyanıb. Onun bu qabiliyyəti heç bir
xüsusi hazırlıq keçmədən yaranıb. Eyni zamanda müsahibimiz gimnastika ilə məşğul
olur. Aysun kitab oxumağı çox sevir, kitab oxuduğu zaman keçən vaxtın ən
faydalı zaman olduğunun fərqindədir.
Aysun
hazırda Abşeron rayon Xırdalan şəhər 5 saylı orta məktəbin Nazənin müəllimənin
rəhbərlik etdiyi 2-a sinfində təhsil alır. Dərslərini əla qiymətlərlə oxuyur.
Sevimli fənləri hər bir azərbaycanlının mükəmməl şəkildə bilməli olduğu Azərbaycan
dili, global dillərdən biri olan ingilis dili və müasir dövrün idarəedici
sxeminə çevrilən informatikadır. Aysun məktəbdə keçirilən müxtəlif xarakterli tədbirlərdə
fəal iştirak edir. 20 Yanvar və Xocalı soyqrımına həsr olunmuş tədbirlərdə
iştirak etmiş şeir demiş, öz istedadını bir daha məktəb heyəti qarşısında göstərməyi
bacarmışdır.
Müsahibimiz
boş vaxtlarını səmərəli keçirir. Şəkil çəkir, maraqlı animasiyalara, uşaq
verlişlərinə baxır, onlardan faydalı məlumatlar əldə etməyə çalışır.
Onun
arzusu ali təhsil alıb, vətəninə layiqli övlad olmaqdır. O, öz peşəsini də
artıq müəyyən edib. Müəllim kimi şərəfli bir peşəyə sahib olmaq, gələcəyin təməlini
quran bir şəxs kimi tarixə adını qızıl hərflərlə yazdırmaq istəyir. Bu sahədə də
balaca müsahibimizə uğurlar arzu edirik, getdiyi yolun daim doğru olmasını diləyirik!
Комментариев нет:
Отправить комментарий