Əhmədli
Ayxan Ceyhun oğlu 4 oktyabr 2010-cu ildə payız fəslində Ağstafa şəhərində
dünyaya göz açıb. Körpəlikdə sakit uşaq olub. Maraqlı vərdişlərə sahib olub.
Onun maraq sahələrinin müəyyən qismi bütün uşaqlarla bənzəsə də, əksəri
bütövlüklə fərqlənirdi. Hər şeyi vaxtından tez öyrənməyə çalışması və məlumatları
qısa vaxt ərzində mənimsəməsi onun parlak zəkasının olacağına bir işarət
verirdi. Verdiyi suallar bütün uşaqların verdiyi suallar tipdə olmayıb,
valideynlərini həmişə təəcübləndirirdi. Onu buna görə həmişə atası Ceyhun Əhmədova
bənzədirdilər. Əksər uşaqların kiçik yaşda həvəsləri müxtəlif oyuncaqlara,
televizorda müxtəlif animasiyalara baxmaq olsa da, Ayxanın həvəsi kitablara
idi. Valideynlərinin onun üçün aldığı nağıl kitablarını dinləməyi çox sevərdi.
Anası Rəsmiyyə xanımın sayəsində qısa bir vaxt ərzində bu kitabları özü oxumağa
başlamışdı.
Ayxan
bağçaya getdiyi müddət ərzində kollektiv içində həmişə seçilməyə çalışırdı. AAAF
parkın “Zirvə” bağçasında müxtəlif şənliklərdə iştirak edir, müxtəlif nağıl qəhrəmanlarını
canlandırır, personajlarda çıxış edir, şeir deyirdi. Məktəbə getməmişdən öncə
yazıb-oxumağı məktəbəqədər təhsil müəssisəsində mənimsəmişdi. Əlbəttə valideynlərinin
də bu sahədə Ayxana təsirdə rolu danılmazdır.
Onun
idman sahəsində marağı 4 yaşından hiss olunmağa başlayıb. Bu marağın yaranması
səbəbsiz deyildi. Atası onu bu sahəyə həvəsləndirmişdi. Qısa vaxt ərzində “Zirvə
idman klubu”nda öyrəndiklərini yarışlarda da tətbiq etməyə başladı.
Kiçikyaşlılar arasında “Zirvə idman klubu”nda cüdo üzrə keçirilən yarışda 2-ci yerə layiq
görülüb, təltif olunmuşdur.
Ayxan
hazırda Bakı şəhəri Binəqədi rayonu 182 saylı məktəbin Xəyalə Hüseynova rəhbərlik
etdiyi 1-g sinfində təhsil alır. Dərslərini yaxşı oxuyur. Bütün fənlərdən əla
qiymət alır. Ayxanın şəkli məktəbin “Şərəf lövhəsi”ində yerləşdirilmişdir. Ən
sevdiyi fənn elmlərin şahı olan, müasir dövrün əsas hərəkətverici qüvvəsinə
çevrilmiş riyaziyyat, xarici dil və informatikadır. Ayxan kiçik yaşda olmasına
baxmayaraq, məktəbin ictimai həyatında da fəal iştirak etməyə çalışır. Xocalı
soyqrımına həsr olunmuş tədbirdə iştirak edir.
Ayxanın
əsas məşğuliyyəti boş vaxtlarında yeni cüdo fəndlərini öyrənməyə çalışmasıdır.
Eyni zamanda boş vaxtlarını babası və nənəsi ilə keçirməyi sevir.
Ayxan ali təhsil alıb, vətənə
olan borcunu ödəmək üçün hərbi xidmətə getmək, hərbi xidməti başa vurduqdan
sonra isə çalışıb valideynlərinə və vətənə olan mənəvi borcunu qaytarmaq istəyir.
O, gələcəyin hüquq müdafiəçisi olmaq arzusundadır. Onda bu fikir məktəbə
getdiyi vaxtdan formalaşmağa başlayıb. Ona doğru yolu hədəfləməyə köməklik göstərən
valideynləri və müəllimlərinə özünü borclu hesab edir. Balaca qəhrəmanımıza gələcək
planlarında da uğurlar arzu edirik!
Комментариев нет:
Отправить комментарий