elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

31 марта 2017 г.

Bədəlov Nihad Orxan oğlu

Bədəlov Nihad Orxan 21 aprel 2008-ci ildə Bakı şəhərində anadan olmuşdur. Lap kiçik yaşlarından sakit, gülərüz və ünsiyyətcil olması ilə hamının sevimlisinə çevrilən Nihad, incəsənətin bir çox sahələrinə marağı ilə həmişə diqqəti cəlb edib.
Uşaqlıqdan rəsm çəkməyə, rəqs etməyə marağı olan Nihad, gələcəkdə seçəcəyi peşə ilə yanaşı özünü aktyorluq sənətində də sınamaq istəyir. Məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edir. Sonuncu dəfə 20 yanvar faciəsi ilə bağlı tədbirdə  iştirak edib.
Hələ uşaq bağçasında tərbiyə aldığı dövrdə şahmat onda böyük maraq oyadıb. Elə həmin vaxtlardan şahmatın sirlərinə yiyələnməyə başlayıb. Hazırda orta təhsillə bərabər 1 №li İxtisaslaşdırılmış Olimpiya  Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində şahmat dərsləri də alır.
Nihad ibtidai təhsilinə  Samir  Hacıyev adına 5 №li məktəbədə başlayıb, hazırda  Ceyranə Süleymanovanın sinfində təhsil alır. Əlaçıdır. Dərslərinə marağı, məsuliyyəti və tərbiyəsi ilə müəllimlərin sevimlisinə çevrilmişdir. Sevdiyi fənlər içərisində riyaziyyat və informatika ön sıralardadı.
O dərs zamanı qazandıqları bilikləri möhkəmləndirmək üçün mütəmadi olaraq müxtəlif tədris ocaqlarının təşkil etdiyi sınaq imtahanlarında iştirak edir və hər dəfə ön sıralarda olur. Çoxsaylı diplom və fəxri fərmanların sahibidir. Təhsil Nazirliyi, Bakı  şəhəri Təhsil  İdarəsinin I siniflər arasında keçirdiyi oxu texnikasi vərdişlərinin öyrənilməsi ilə bağlı monitorinqdə göstərdiyi yüksək nəticəyə görə diplomla təltif olunmuşdur. Bundan başqa  “Pillə” kurslarında III siniflər arasında keçirilən sınaq imtahanında I yeri tutub.
Ən böyük arzusu gələcəkdə proqramçı olmaq  və öz proqramlarını yaratmaqdır. Bu istək onda kiçik yaşlarından izlədiyi kiber dünyaya aid müxtəlif proqramlardan sonra baş qaldırıb.
Asudə vaxtlarında skeytbord sürür, rəqs edir, görkəmli şəxsiyyətlərin ev muzeyini gəzməyi və əylənməyi xoşlayır. Ən sevimli hobbisi üzməkdir.
Biz də öz növbəmizdə Nihada gələcəkdə daha böyük nailiyyətlər qazanmağı arzulayırıq.

30 марта 2017 г.

Mikayılov Ramazan Rasim oğlu

 
 
Mikayılov Ramazan Rasim oğlu 1 fevral 2009-cu ildə Bakı şəhərində anadan olub. Valideynlərinin sözlərinə görə, körpəlikdə hər şeylə maraqlanan uşaq olub. Çoxlu şeir və nağıllar öyrənib, onları ifadəli şəkildə danışmağı xoşlayıb. 4 yaşından fortepianoya maraq göstərib və ifa edib. Oktay Zülfüqarovun “Aysel” mahnı teatrının fəal iştirakçısı olub. Xarici dillərə də marağı böyükdür, həm də tez öyrənmək qabiliyyəti var. Məktəbə getməzdən əvvəl evdə yazmağı və oxumağı öyrənib. Sonralar daha təkmilləşmək üçün “Zum-zum” uşaq inkişaf mərkəzinə üzv olub. Valideynləri onun musiqiyə olan marağının bibisi oğlu Həsənin sayəsində yarandığını bildirdilər. Belə ki, Həsən də musiqi ilə məşğul olub və Ramazan ona baxdıqca həvəslənib. 2015-ci ildən Bakı şəhəri 6 saylı məktəb-liseyin şagirdi olan müsahibimiz hazırda 2k sinfində rus bölməsi üzrə təhsil alır. Bütün fənlərə maraqla və sevə-sevə hazırlaşdığına görə dərslərindən əla qiymətlər alır. İlk uğurunu isə “Zum-zum” uşaq inkişaf mərkəzində, məktəbəqədər hazırlıq qrupları arasında keçirilən “Bilik viktorinası”nda qazanıb. Birinci yerin qalibi olmağa layiq görülən Ramazan, diplomla mükafatlandırılıb. Məktəbdə keçirilən tədbirlərdə iştirakı ilə bağlı suallarımızı cavablandırarkən bildirdi ki, Əlifba bayramında aparıcı olub və müxtəlif obrazlarda çıxış edib. Çoxlu maraqlı və yaddaqalan günləri olduğunu deyir. Bunların arasında televiziya kanallarındakı çıxışlarını, viktorinada qalib gəldiyi günü və futbol yarışlarındakı iştirakını qeyd edir. Qazandığı uğur və nailiyyətlərə görə doğmalarına və müəllimlərinə minnətdarlığını belə ifadə edir: “İlk növbədə valideynlərimə, nənəm Şəfiqə xanıma, üzərimdə böyük əməyi olan bibilərimə, “Zum-zum”  məktəbəqədər kurslarındakı müəllimlərim Kama xanım, Lala xanım və Marina xanıma, НОРД  uşaq bağçasındakı müəllimlərimə - direktor Tatyana Alekseyevna, Dilarə xanım, Səbinə xanım, Gulya xanıma, Lilya Tixonovnaya, Yana Markovnayaya təşəkkür edirəm. 6 saylı məktəbdəki müəllimlərimə, xüsusilə sinif rəhbərim Xatirə xanıma minnətdarlığımı bildirirəm.”
Hələ 3 yaşı olanda Uşaq Filarmoniyasında bəstəkar  Oktay Zülfüqarovun rəhbərlik etdiyi “Aysel” uşaq mahnı teatrının üzvü olub. Bu müddət ərzində televiziya verilişlərində çıxış edib. Bunlara misal olaraq, “Ovçu”, “Əməyi sevirik biz”, “Bayraq”, “Həkim” və s. göstərmək olar. Həmin vaxtdan musiqiyə marağı yarandığına görə hazırda fortepiano təhsili alır. Fortepianoda ifa etməyi çox xoşlayır. Musiqi fəaliyyətinə görə 23 saylı musiqi məktəbindəki müəllimi Mahirə Osmanovaya minnətdarlıq edir. Fəaliyyəti bununla kifayətlənmir: “Yarat” incəsənət mərkəzində rəsm dərnəyinə yazılan balaca müsahibimiz, əvvəllər Rus Mədəniyyət Mərkəzində rəqslə məşğul olub; 2016-cı ilin dekabr ayında ADA universitetində təşkil edilən “Avropa Yeni ili necə qarşılayır?” adlı rəsm müsabiqəsində iştirak edib; “Vətən” futbol klubunda da futbolla məşğul olur. Müəllimi Samir Əbdülrəhimova da təşəkkür etməyi unutmur. İnformasiya Resurs Kompleksi və Amerika Mərkəzində təşkil olunmuş ingilis dili kurslarına yazılıb.
Gələcək fəaliyyətində hər bir xüsusiyyətinə görə atasına oxşamaq istədiyini deyən Ramazan, təhsilini yüksək nailiyyətlərlə davam etdirməyi, bilik yarışmalarında iştirak etməyi, çoxlu uğurlar qazanmağı  hədəf seçib. Məktəbi uğurla başa vurub, ali məktəbə qəbul olmağı arzulayır. Hələ ki, atası, nənəsi və babası kimi həkim olmaq haqqında düşünür. Həkim ailəsində böyüməsi və atasının öz işinə məsuliyyətlə yanaşması onun da həkim olmaq istəməsinə təsir edib. Qeyd edir ki, əgər gələcəkdə başqa bir peşəyə marağı yaranmasa, onda indiki seçimində israrlı olacağını bildirir. Gələcəklə bağlı əsas planları bir məktəbli kimi, təhsil həyatında daim uğurla addımlamaq, yeni nailiyyətlər əldə edib vətənə layiqli övlad olmaqdır. Ramazan deyir ki, hələ II sinif şagirdi olmasına baxmayaraq, istər məşğul olduğu sahələr üzrə, istərsə də məktəbdə adı və çıxışları ilə xatırlanır. Buna görə də əminliklə deyə bilərik ki, o artıq yadda qalmağı bacarıb. Amma istənilən halda onun gələcəkdə də adını tarixin yaddaşına yaza biləcəyinə inanırıq. Bunun üçün yeniliklər, ixtira və kəşflər edə bilər.
3 yaşı olanda onun Azərbaycan radiosunda “Uşaqdan xəbər alın” verilişində, 2012;2013;2014-cü illərdə Azərbaycan Televiziyasının “Musiqi xəzinəsi” verilişində Oktay Zülfüqarovla görüşlərdə, 2013-cü ildə İctimai kanalda çıxışları olub.
Asudə vaxtlarında bacı-qardaşları ilə oynamağı, onlar üçün oxumağı, gəzməyi, maraqlı filmlərə və verilişlərə baxmağı, rəsm çəkməyi, konstruktorlarla oynamağı xoşlayır.

Balaca müsahibimizə uğurlarının axarlı olmasını arzulayırıq. 

27 марта 2017 г.

Rzayev Murad Elbrus oğlu

Rzayev Murad Elbrus oğlu 1 oktyabr 1999-cu ildə Bakı şəhərində anadan olub. Valideynləri ilə söhbət edərkən, onlar Muradın uşaqlıqda sakit, şəkil çəkməyə meyilli uşaq olduğunu dedilər və bildirdilər ki, onun bu rəsm marağını görüb, onu rəsm dərnəyinə də yazdırıblar ki, həvəsini qiymətləndirsinlər. Rəsm qabiliyyəti 3-4 yaşlarından özünü büruzə verib. Sonralar daha da təkmilləşib. Çalışqan olduğundan, Murad artıq məktəbə gedənə qədər yazmağı, oxumağı, hətta sadə riyazi hesablamaları da yerinə yetirməyi bacarıb. İlk təhsilini Binəqədi rayonu, 267 saylı məktəb-lisey kompleksində alan Murad, məzun olduqdan sonra – 2016-cı ildə  qəbul imtahanında 680 bal toplayaraq, Azərbaycan Tibb Universitetinin “müalicə işi” ixtisasını seçib və tələbə adını qazanıb. Ən çox hansı fənləri xoşladığını soruşanda o yalnız “riyaziyyat” cavabını verdi. Qəbul imtahanından keçdiyi günü həyatındakı ən uğurlu gün hesab edir. Səbəb olaraq onu qeyd edir ki, həmin gün həyatının ən vacib məqsədlərindən birini həyata keçirib. Gələcəkdə tibb sahəsinin yüksək inkişaf etdiyi ölkələrdə, əsasən də Amerika və ya Almaniyada təhsilini davam etdirmək istəyir. Xüsusilə müalicəsi hələ də tam məlum olmayan xəstəliklərə qarşı effektiv mübarizə üsulları tapmaqla, tarixin yaddaşında qalmaq istədiyini bildirir və belə xəstəliklər sırasında QİÇS, anginna, qripi də vurğulayır.
Qazandığı uğurlara görə özünü valideynlərinə borclu hesab edən Murad, kardiocərrah olmaq istədiyini bildirir. Hətta bu qərarı dördüncü sinifdə oxuyanda verdiyini də qeyd edir. Asudə vaxtlarında idmanla məşğul olur və dostları ilə vaxt keçirməyi xoşlayır.
Daha əvvəl “Təbib” qəzetinin 16 sentyabr 2017-ci il buraxılışında “Prezident təqaüdçüləri” və 16 oktyabr 2016-cı il buraxılışında “Prezident təqaüdünə layiq görülən tələbələrimiz” başlığı altında məqalələrdə onun haqqında məlumatlar dərc edilib. Həmçinin 8 sentyabr 2016-cı ildə Binəqədi rayon Gənclər və İdman idarəsi tərəfindən 15 sentyabr Bilik günü və Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında yüksək bal topladığına görə Fəxri Fərmanla təltif edilib. 
Biz də redaksiyamız adından prezident təqaüdçüsü tələbəmizə həmişə uğurlar qazanmağı  və gələcəkdə illərlə çəkdiyi əziyyətlərin bəhrəsini görməyi arzulayırıq.

24 марта 2017 г.

Çingiz Әziz oğlu Rәfibәyli

Növbәti qәhrәmanımız tanınmış Rәfibәyli ailәsindә dünyaya göz açıb. Onun istedadı lap körpəykən özünü büruzə verib. Tez dil açıb, artiq iki yaşında nəinki doğma ana dilində, hətta rus dilindә də fikrini rahat şәkildә izah edә bilib. İngilis dilindә isə bəzi sözlәri bilirdi. Mәktəbə gedənə qədər saymağı və yazmağı anası ona öyrətmişdi.
Çingiz Әziz oğlu Rәfibәyli 2009-cu il oktyabrın 13-dә Sumqayıt şәhәrindә anadan olub. O, hazırda 189-190 saylı mәktәbdә tәhsil alır. Dәrs әlaçısıdır. Әn sevdiyi fәnnlәr isә Azərbaycan dili, riyaziyyat vә ingilis dilidir. Uşaqlıqdan musiqini çox sevib vә hәmişә musiqi alәtindә ifa etmək istәyi olub. Anasının musiqi təhsili və bu sahədəki bacarığı onu hәmişә bu sahəyə yönləndirib.Asudə vaxtında musiqi dinləməyi və cizgi filmlərini seyr etməyi xoşlayır.
Çingiz istedadlı və çalışqandır.Yüksək səviyyəli təhsili hər şeydən yüksək qiymətləndirir. Məktəbi əla göstəricilərlə bitirib universitetə daxil olmaq arzusundadır.
Әldә etdiyi uğur vә naliyyәtlәrinә görә özünü valideynlәrinә vә müәllimlәrinә borclu hesab edir. Gәlәcәkdә atası kimi savadlı hәkim olmaq istәyir. Daşıdığı soy adına layiq olmaq və onu daim uca tutmaq üçün var qüvvəsilə çalışacağına söz verib.

Ağıllı vә düşüncəli Çingiz balamıza uğurlar arzu edirik. Uğurların çox,yolun hamar olsun!